Əlincəqalanın qapıları turistlər üçün açıldı - REPORTAJ + FOTO

Əlincəqalanın qapıları turistlər üçün açıldı - REPORTAJ + FOTO600 mühafizəçi ilə Əmir Teymurun 40 minlik qoşununa müqavimət göstərən, 14 il mühasirədə qalan, amma əyilməyən, bu gün isə qapılarını turistlər üçün açan "Əlincəqala".

"Kaspi" qəzeti Naxçıvan Muxtar Respublikasından reportaj dərc edib.

Naxçıvan Muxtar Respublikası Azərbaycanın digər fiziki-coğrafi vilayətlərindən kəskin kontinental iqlimi ilə fərqlənir. Zəngəzur və Dərələyəz dağları ilə əhatə olunan, 3 ölkənin sərhədində yerləşən bu yurdun təmiz havası, bol günəş radiasiyası şəfa mənbəyidir.

Əlincəqalanın qapıları turistlər üçün açıldı - REPORTAJ + FOTO1200-dən çox tarixi abidə

Muxtar respublikanın hər bir yaşayış məntəqəsində, hər daşında bir tarix yatır. "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, Yusif Küseyr oğlu, Qarabağlar, Nuh Peyğəmbər türbələri, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi, "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksi, Duzdağ, Batabat yaylağı, Gəmiqaya, Haçadağ zirvələri bu yurdun qədim tarixini əks etdirir, keçmişini bu günümüzə daşıyır. Təsadüfi deyil ki, muxtar respublikanı tarixi abidələr diyarı adlandırırlar. Statistikaya görə, ümumilikdə Naxçıvanda 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılıb.

Əlincəqalanın qapıları turistlər üçün açıldı - REPORTAJ + FOTOQala tipli yaşayış yerləri

Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşəbbüsü ilə 21-22 oktyabr tarixlərində Naxçıvan şəhərinə təşkil edilən media-tur zamanı bu tarixi abidələrin bir qismini görmək, bölgənin turizm potensialı ilə yaxından tanış olmaq imkanımız oldu. Ən böyük təəssüratı isə Əlincəqala yaratdı. İlk növbədə qeyd olunmalıdır ki, Naxçıvandakı abidələrin içərisində qalaların özünəməxsus yeri var. Muxtar respublika qala tipli yaşayış yerləri ilə zəngin diyardır. Bu ərazidə qalaların çoxluğunun başlıca səbəbi Naxçıvanın əlverişli coğrafi mövqeyinin, zəngin təbii sərvətlərinin, şəhər mədəniyyətinin və inkişaf etmiş sənətkarlığının yadelli işğalçıların diqqətini cəlb etməsidir. Mübariz xalqın daş yaddaşı sayılan Əlincəqala da yadellilərə qarşı uzun illər sinə gərən, onlara qarşı mübarizə aparan xalqın sığınacaq, müdafiə məkanı olub.

Əlincəqalanın qapıları turistlər üçün açıldı - REPORTAJ + FOTOTarixi irsin gələcək nəsillərə çatdırılması

"Əlincəqala" Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyevin verdiyi məlumata görə, bu tarixi abidə I-VI əsrlərə aid edilir. Qalanın xatırlandığı ən qədim mənbə "Kitabi-Dədə Qorqud" dastanıdır. Dastanda "Əlincəqala" möhkəm istehkam kimi təsvir olunur. XIV əsrin 80-90-cı illərində Əlincəqalanın Azərbaycan xalqının Əmir Teymura qarşı mübarizəsinin əsas istinadgahına çevrilməsi və 14 il mərdliklə müdafiə olunması isə tariximizin şanlı səhifələrindən biridir. 600 mühafizəçi ilə fateh Əmir Teymurun 40 minlik qoşununa müqavimət göstərən Əlincəqala Cəlairilərin, Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin hakimiyyəti dövründə də öz möhtəşəmliyini qoruyub saxlayıb. Azərbaycan Atabəyləri-Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti xüsusilə artıb, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacağa çevrilib. Naxçıvan hakimi Zahidə Xatının iqamətgahı Əlincəqalada yerləşib. Xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü il 11 fevral tarixli sərəncamına əsasən, "Əlincəqala" tarixi abidəsi bərpa olunub və ərazidə "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyi yaradılıb. 2016-cı il iyunun 17-də "Əlincəqala" tarixi abidəsi və muzeyinin açılışı olub.

Əlincəqalanın qapıları turistlər üçün açıldı - REPORTAJ + FOTODəniz səviyyəsindən 1800 metr yüksəklikdə

Sözügedən muzeydə Əlincəqalada məskunlaşmış insanların yaşayışını və döyüş sənətini özündə əks etdirən maddi-mədəniyyət nümunələri nümayiş olunur. Bu, qala sakinlərinin həyatı və qəhrəmanlıq tarixi haqqında dolğun təsəvvür yaradır. Əlincəqalanın bərpası böyük zəhmət hesabına başa gəlib. Yaxınlıqdakı Xanəgah kəndinin, eləcə də digər yaşayış məntəqəsinin sakinləri bərpa prosesinə cəlb olunub, ödəniş müqabilində onların əməyindən istifadə edilib. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən qalanın bərpasında hər hansı texnikadan yararlanmaq mümkünsüz sayıldığından yalnız insan əməyinə üstünlük verilib. Yüklər zirvəyə doğru bəlli məsafəyə qədər atlarla daşınıb. Bərpa işləri zamanı qalanın tarixiliyi qorunub saxlanılıb. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Qalanın zirvəsinə doğru yol çəkilib, qala ərazisində işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb. Muxtar respublikanın memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb.

Əlincəqalanın qapıları turistlər üçün açıldı - REPORTAJ + FOTO10 minə yaxın əcnəbi turistin ziyarət məkanı

Əlincəqalanın zirvəsinə doğru gedən yoldakı nəhəng daş üzərində "Tarixi yaşadanları tarix də yaşadacaqdır" fikri əks olunub. Bu, Naxçıvan sakinlərinin öz yurduna, tarixinə bağlılığını, onu canları bahasına olsa belə qoruyub saxladıqlarını, gələcək nəsillərə çatdırdıqlarını bir daha nümayiş etdirir. Hər il 10 minə yaxın əcnəbi turistin, eləcə də ölkə vətəndaşlarının ziyarət məkanına çevrilən, Naxçıvanın əyilməzlik simvolu sayılan Əlincəqalanın zirvəsində əzəmətlə dalğalanan üç rəngli ay-ulduzlu bayrağımız isə Azərbaycan xalqının bütövlüyünü, dövlətimizin gücünü, gələcək yolumuzu göstərir.


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 2496   Tarix: 24 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Husilər İsrailə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüblər

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər İsrailə növbəti raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüblər. "Report" TASS-a istinadən xəbər verir ki, hərəkatın nümayəndəsi Yəhya Saria bildirib ki, üsyançı qüvvələr Təl-Əvivdəki hərbi obyektə hipersəsli ballisti

3 may 2025
.

Tramp Uitkoff və Kuşnerin İslamabada səfərini ləğv edib

ABŞ Prezidenti Donald Tramp xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib. "Report"un məlumatına görə, o, bunu "Fox News" telekanalının jurnalisti Aişə Hesniyə deyib. Jurnalist "X" sosial şəbəkəsində yazı

26 aprel
.

Xaricə səfərdən əvvəl bu 4 məqama diqqət edin - Ekspertdən TÖVSİYƏ

Fransada keçirilən etiraz aksiyaları fonunda Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkəyə səfərlə bağlı xəbərdarlıq və tövsiyələri turistlərin səyahət planlarına yenidən baxmasına səbəb ola bilər. Təhlükəsizliklə bağlı narahatlıqlar bəzi şəxslərin səfərlərini təxirə salmasına, alternativ istiqamətlə

21 oktyabr
.

Cəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçib

8-10 sentyabr 2026-cı il tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən WTM Spotlight Riyadh 2026 beynəlxalq turizm sərgisində Zakher Travel olaraq Azərbaycanı təmsil etməkdən böyük qürur duyduq. xəbər verir ki, bunu sözügedən şirkətin prezidenti Cəfər Qara deyib. O bildirib ki, Zakhe

15 sentyabr
.

Hakan Fidan: "Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəs səylərini dəstəkləyir"

"Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə yetirməyə hazırdır". -ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Ukrayna üzrə qondarm

11 may 2025
.

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo

21 fevral
.

Aİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb

Avropa ölkələrinin nümayəndələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması məsələsi ilə bağlı İranın hərbi-dəniz qüvvələri, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) danışıqlara başlayıblar. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb

17 may
.

Boğulma hadisələri daxili turizmə təsir göstərir - AÇIQLAMA

Yay mövsümündə çimərliklərdə baş verən boğulma halları və təhlükəsizliklə bağlı problemlər cəmiyyətin ciddi narahatlıq doğuran məsələlərindən birinə çevrilir. Bu cür hadisələr təkcə insanların həyatı üçün risk yaratmır, həm də ölkənin turizm imicinə və daxili turizmin inkişafına təsir göstərən amillərdə

5 avqust
.

KİV: ABŞ-də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb

ABŞ-nin bəzi şəhərlərində Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb. "ICE - rədd ol!" - şüarının səsləndirildiyi qeyd olunub. Qəzetin məlumatın

1 fevral