Xaricə səfərdən əvvəl bu 4 məqama diqqət edin - Ekspertdən TÖVSİYƏ
Fransada keçirilən etiraz aksiyaları fonunda Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkəyə səfərlə bağlı xəbərdarlıq və tövsiyələri turistlərin səyahət planlarına yenidən baxmasına səbəb ola bilər. Təhlükəsizliklə bağlı narahatlıqlar bəzi şəxslərin səfərlərini təxirə salmasına, alternativ istiqamətlər seçməsinə, eləcə də turizm şirkətlərinin rezervasiya və satış fəaliyyətinə təsir göstərə bilər. Bununla yanaşı, belə xəbərdarlıqların turizm axınına real təsiri aksiyaların miqyasından, davametmə müddətindən və səfər ediləcək bölgələrdəki vəziyyətdən asılıdır.
Bəs, Fransadakı etirazlar və Azərbaycan XİN-in səyahət tövsiyələri ölkəmizdən bu istiqamətə turist axınına və turizm şirkətlərinin fəaliyyətinə necə təsir edə bilər? Turistlər xaricə səfər etməzdən əvvəl təhlükəsizlik baxımından hansı məqamları nəzərə almalıdırlar?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev bildirib ki, Fransada baş verən etirazlar fonunda Azərbaycan Xarici İşlər Nazirliyinin səyahət xəbərdarlığı və tövsiyələri ölkəmizdən bu istiqamətə səfər etməyi planlaşdıran turistlərin qərarlarına müəyyən təsir göstərə bilər.
"İlk növbədə, turistlər təhlükəsizlik amilini nəzərə alaraq səfərlərini təxirə sala, marşrutlarını dəyişə və ya alternativ istiqamətlərə üstünlük verə bilərlər. Bu cür hallar turizm şirkətlərinin rezervasiyalarına, aviabiletlərin satışına və hotel sifarişlərinə də təsirsiz ötüşmür. Bununla belə, xəbərdarlıqları Fransaya səyahətin tamamilə təhlükəli olması kimi qiymətləndirmək düzgün deyil, vəziyyət konkret şəhər və ərazilər üzrə fərqlənə bilər. Turistlərə tövsiyəm odur ki, səfərdən əvvəl rəsmi dövlət qurumlarının məlumatlarını, aviaşirkətlərin bildirişlərini və səyahət sığortasının şərtlərini diqqətlə yoxlasınlar. Kütləvi etirazların keçirildiyi ərazilərdən uzaq durmaq, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək və fövqəladə hallar üçün əlaqə məlumatlarını əldə saxlamaq vacibdir. Unutmayaq ki, təhlükəsiz və rahat səyahətin əsas şərti düzgün məlumatlanmaq, çevik qərar vermək və hər hansı vəziyyətə əvvəlcədən hazır olmaqdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Məşq zamanı vəfat edən Rəsulun fotosu
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video
Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...