Boğulma hadisələri daxili turizmə təsir göstərir - AÇIQLAMA

Boğulma hadisələri daxili turizmə təsir göstərir - AÇIQLAMAYay mövsümündə çimərliklərdə baş verən boğulma halları və təhlükəsizliklə bağlı problemlər cəmiyyətin ciddi narahatlıq doğuran məsələlərindən birinə çevrilir. Bu cür hadisələr təkcə insanların həyatı üçün risk yaratmır, həm də ölkənin turizm imicinə və daxili turizmin inkişafına təsir göstərən amillərdən biri kimi qiymətləndirilir. Bəs, çimərliklərdə təhlükəsizlik səviyyəsinin artırılması üçün hansı sistemli tədbirlər görülməlidir və bu sahədə mövcud problemlərin aradan qaldırılması turizm sektoruna necə təsir göstərə bilər?
Boğulma hadisələri daxili turizmə təsir göstərir - AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən turizm eksperti Cəfər Qarayev bildirib ki, çimərliklərdə təhlükəsizliklə bağlı problemlər və boğulma hallarının artması, hamımızı üzür və təəssüfləndirir.

"Uzun illərdir ki, çimərliklərdə bu cür hadisələr baş verir. Hər yay mövsümündə çimərliklərdə xəbərdaredici nişanlar quraşdırılır, insanlara təhlükəsizlik qaydaları barədə məlumat verilir. Biz də bir daha çağırış edirik ki, vətəndaşlar nəzarətsiz və çimmək qadağan olunmuş ərazilərdə, eləcə də dalğalı və küləkli havalarda dənizə daxil olmasınlar. Həmçinin spirtli içki qəbul etdikdən sonra dənizə girməkdən çəkinməlidirlər. Bu qaydalara əməl olunarsa, boğulma hallarının sayı əhəmiyyətli dərəcədə azalar".

Ekspert bildirib ki, baş verən boğulma və ölüm hadisələri, daxili turizmə müəyyən təsir göstərir:

"Çünki bu hadisələr əsasən lokal xarakter daşıyır və xarici turizmə, eləcə də Azərbaycanın beynəlxalq turizm imicinə ciddi təsir etmir. Bununla yanaşı, yay mövsümü başlamazdan əvvəl bütün çimərliklərdə məlumatlandırıcı lövhələrin quraşdırılması, xilasedici postlarının yaradılması, sahilboyu ərazilərin, suyun və qumun təmizlənməsi mütəmadi həyata keçirilməlidir. Bildiyiniz kimi, Xəzər dənizinin suyunun geri çəkilməsi nəticəsində əvvəllər su altında qalan müxtəlif tikili qalıqları, metal hissələr, daş parçaları və digər təhlükəli əşyalar üzə çıxır. Bunların vaxtında təmizlənməsi insanların təhlükəsizliyi baxımından olduqca vacibdir. Eyni zamanda, xilasedici postlarının sayının artırılması və nəzarətin gücləndirilməsi boğulma hallarının qarşısının alınmasına ciddi töhfə verə bilər".

Onun sözlərinə görə, çimərliklərin vahid idarəetmə mexanizminin yaradılması daha məqsədəuyğun olar:

"Hazırda bəzi çimərliklər Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin tabeliyindədir, bəzi ictimai çimərliklər "İDEA" İctimai Birliyi tərəfindən idarə olunur, digər çimərliklər isə fiziki və hüquqi şəxslər tərəfindən icarəyə götürülərək fəaliyyət göstərir. Bununla yanaşı, tamamilə nəzarətsiz sahələr də mövcuddur və insanlar əsasən həmin ödənişsiz çimərliklərdən istifadə edirlər. Məhz bu ərazilərdə nəzarətin zəif olması boğulma riskini artırır".

Cəfər Qarayev qeyd edib ki, problemin həlli üçün iki yanaşma təklif etmək olar:

"Birincisi, dövlət çimərlikləri vahid idarəetmə mexanizmi altında birləşdirərək onların təhlükəsizliyinə birbaşa nəzarət edə, ictimai və ödənişli çimərliklərdə xilasedici postları təşkil edə bilər. İkincisi, əgər bunun üçün dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulmayıbsa, nəzarətsiz çimərliklər mikro, kiçik və orta sahibkarlıq subyektlərinə icarəyə verilə bilər. Bu zaman sahibkarlar həmin ərazilərdə zəruri infrastruktur yaradar, xilasedici postlar və avadanlıqlar quraşdırar, peşəkar əməkdaşlar cəlb edərlər. Beləliklə, hər hansı boğulma hadisəsi baş verdikdə operativ və təxirəsalınmaz tədbirlərin görülməsi mümkün olar".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 502   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İz qoymaq üçün tarixin izini silənlər: Şuşanın təbii irsi üçün hansı risklər yaranır?

Şuşada bəzi turistlərin qayaların üzərinə müxtəlif yazılar yazması həm təbiətə, həm də tarixi əhəmiyyət daşıyan məkanlara zərər vurulması ilə bağlı narahatlıq yaradıb. Qoruq İdarəsinin məlumatına görə, bu cür yazılar sonradan silinsə də, təmizləmə zamanı qayalara əlavə zərər dəyməsi mümkündür və bel

7 sentyabr
.

Almaniya təhlükəsizlik təhdidi səviyyəsini qaldırıb

Almaniya artan həyəcan siqnalları və kəşfiyyat məlumatları fonunda təhlükəsizlik təhdidi səviyyəsini "abstrakt"dan "yüksək"ə qaldırıb. "Report"un məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri Aleksander Dobrindт "Welt am Sonntag" qəzetinə müsahibəsind

18 iyul
.

Azərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaq

Yaponiyanın məşhur "VIVANT" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosu (ATB) məlumat yayıb. Bildirilib ki, serialın Azərbaycanda çəkilişləri başa çatıb. Agentlik "Tokyo Broadcastin

15 oktyabr
.

Türkiyədə hoteldə baş vermiş yanğınla bağlı müttəhimlərə 2 min ilədək həbs cəzası tələb olunur

Türkiyənin Bolu vilayətindəki "Kartalkaya" dağ-xizək kurortunda hoteldə baş verən yanğınla bağlı istintaq aparan prokurorluq ittiham aktı hazırlayıb və bəzi müttəhimlər üçün 2 min ilə yaxın həbs cəzası tələb edir. xəbər verir ki, bu barədə "A haber" telekanalı məlumat verib. Qey

18 may 2025
.

Dağıstanda daha bir yüksəkvəzifəli məmur saxlanılıb

Rusiyanın təhlükəsizlik orqanları Dağıstanın Qarabudaqkənd rayonunun rəhbəri Mahmud Əmirəliyevi saxlayıblar. -ın məlumatına görə, bu barədə TASS agentliyi Rusiya təhlükəsizlik orqanlarına istinadən məlumat verib. Qeyd olunur ki, Mahmud Əmirəliyev bir neçə gün əvvəl saxlanılan Dağıstan Respublikasını

5 iyul 2025
.

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo

21 fevral
.

Cəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçib

8-10 sentyabr 2026-cı il tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən WTM Spotlight Riyadh 2026 beynəlxalq turizm sərgisində Zakher Travel olaraq Azərbaycanı təmsil etməkdən böyük qürur duyduq. xəbər verir ki, bunu sözügedən şirkətin prezidenti Cəfər Qara deyib. O bildirib ki, Zakhe

15 sentyabr
.

Aİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb

Avropa ölkələrinin nümayəndələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması məsələsi ilə bağlı İranın hərbi-dəniz qüvvələri, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) danışıqlara başlayıblar. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb

17 may
.

Azərbaycana Çindən turist axını iyunda 76 % artıb

Bu ilin iyun ayında Azərbaycana ölkələrindən 237 509 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11 % azdır. "Report" bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir. Sənədə əsasən, ötən ay Azərbaycana ən çox turist 73 415 ( - 11 %) nəfər olmaqla Rusiyada

24 iyul 2025