Bu avtomobilləri almaq iki dəfə baha başa gəlir - VİDEO

Bu avtomobilləri almaq iki dəfə baha başa gəlir - VİDEOSon bir neçə aydır ki, Azərbaycanda avtomobillər fantastik kredit faizləri ilə satılır.

Sonxeber.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, vətəndaşlara günlük kredit şəklində təklif edilən avtomobillər sonda iki dəfədən çox baha qiymətə başa gəlir.

Məsələn, elan saytındakı bir satıcının təqdim etdiyi avtomobillərin qiyməti 9-13 min manat arasında dəyişir. İlkin ödəniş 1500 manat, 33 ay gündəlik 25 manat ödədikdə isə avtomobil 26 min manatdan artıq qiymətə başa gəlir. Avtomobillər o qədər sadə şərtlərlə təklif olunur ki, sadəcə sürücülük vəsiqəsi və az miqdarda ilkin ödəniş imkan verir ki, hər kəs əldə edə bilsin.

Avtomobili alan şəxsə onu idarə etmək üçün etibarnamə verilir. Bu etibarnamə ilə avtomobili satmaq, girov qoymaq və digər şəxsə vermək mümkün deyil. Alıcı ilə satıcının arasında bağlanan müqaviləyə əsasən isə ödənişdə gecikmə olarsa, satıcı avtomobili geri ala bilir. Alıcı isə ödədiyi pulun 1 manatını belə tələb edə bilmir.

Avtomobil bazarı üzrə ekspert Sərxan Qədirov deyir ki, satıcıların burada əsas gəliri avtomobilin iki dəfə baha satılmasından əldə olunmur. Satıcıları varlandıran ödənişi edə bilməyən alıcıdan geri qaytarılan avtomobilin yenidən başqasına satılmasıdır. Bəzən xeyli miqdarda ödəniş edən vətəndaş sonda avtomobilsiz qalır.

Qeyd edək ki, hazırda ölkə üzrə istehlak kreditinin ortalama faiz dərəcəsi 14.5 faizdir. Lizinq yolu ilə verilən kreditlər 40 faiz, günlük ödəniş əsasında verildikdə isə bu faiz dərəcəsi 100 faizdən də artıq başa gəlir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2274   Tarix: 25 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr
.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

Göyçayda ilan sancan şəxs məmur imiş

Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz

27 oktyabr
.

Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK

Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin

27 oktyabr
.

Bakıda yeni park salınır - Fotolar

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto

27 oktyabr
.

Aylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ

Bəzi mənzil-tikinti kooperativlərinin (MTK) aylıq ödənişlər gecikdiyi üçün sakinlərə əvvəlcədən xəbərdarlıq etmədən mənzilləri satışa çıxarması mülkiyyət hüquqları və müqavilə öhdəlikləri ilə bağlı ciddi suallar yaradır. Belə hallarda mənzilin hüquqi statusu, sakinlə MTK arasında bağlanmış müqaviləni

27 oktyabr
.

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər

Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin

27 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edildi (RƏSMİ)

Bakının Xətai rayonunda silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, general Ə.Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmdə "Ceyhu

27 oktyabr