"Teleradio" İstehsalat Birliyinə baş direktor təyin edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" ("Teleradio") İstehsalat Birliyinə (İB) baş direktor təyin edilib.
Sonxeber.az xəbər verir ki, bu barədə "Report"a qurumdan bildirilib.
Məlumata görə, bu, indiyə qədər baş direkto vəzifəsini müvəqqəti icra edən Mikayıl Abbasovdır.
O, 1970-ci ildə Ermənistanda anadan olub, 1993-cü ildə Azərbaycan Texniki Universitetinin "Avtomatika və hesablama texnikası" fakültəsinin "Sənaye elektronikası" ixtisasını fərqlənmə diplomu ilə bitirib.
M.Abbasov 1994-cü ildə "Telıeradio" İB-nin "Peyk rabitəsi" sexində böyük elektromexanik vəzifəsində işə başlayıb, 1995-ci ildən həmin sexin rəisi olub, 1998-ci ildən Peyk və radio-televiziya yayımı müəssisəsinin baş mühəndisi vəzifəsində çalışıb, 1999-ci ildən Texniki şöbənin rəisi vəzifəsində çalışıb, 2004-cü ildən İB-in baş mühəndisi, 2006-cı ildən texniki direktoru vəzifəsinə təyin olunub, bu ilin mart ayından isə baş direktor vəzifəsini müvəqqəti icra edib.
O, 2007-ci ildə Rabitə Nazirliyinin əmri ilə "Rabitə ustası" adı, 2008-ci ildə isə ölkə prezidentinin sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adı alıb, 2017-ci ildə isə dövlət başçısının sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
M.Abbasov türk, rus, ingilis dillərini bilir, ailəlidir, iki övladı var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1116 Tarix: 25 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Göyçayda ilan sancan şəxs məmur imiş
Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz
27 oktyabrAzərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK
Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin
27 oktyabrBakıda yeni park salınır - Fotolar
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto
27 oktyabrAylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ
Bəzi mənzil-tikinti kooperativlərinin (MTK) aylıq ödənişlər gecikdiyi üçün sakinlərə əvvəlcədən xəbərdarlıq etmədən mənzilləri satışa çıxarması mülkiyyət hüquqları və müqavilə öhdəlikləri ilə bağlı ciddi suallar yaradır. Belə hallarda mənzilin hüquqi statusu, sakinlə MTK arasında bağlanmış müqaviləni
27 oktyabrAvtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər
Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin
27 oktyabr"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26 oktyabr