"Türklər bizi yaxşı tanıyır, biz isə..." - Erməni prodüserdən MARAQLI ETİRAF
"Türklər bizi yaxşı tanıyır, biz isə nə özümüzü, nə də türkləri tanımırıq".
Sonxeber.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri erməni prodüser, rejissor Ruben Mxitaryan deyib:
O, ötən həftə Ermənistanda ölən 300-ə yaxın adamdan 24-ünün bədbəxt hadisələr nəticəsində, qalanlarının isə koronavirusdan dünyasını dəyişdiyini, lakin ermənilərin öz ölülərinə belə, səmimi yas tuta bilmədiklərini bildirib:
"300 ölü var, amma adlarını bilmirsən, sosial şəbəkələrdəki şəkillərini dəyişmirsən, ağlamırsan, ailələri ilə maraqlanmırsan, şam yandırmırsan, onlara həsr olunmuş mahnılar yazmırsan. Xatirə gecələri təşkil edin, ağlamayın... Təəssüf ki, əgər insan "dəbdə" deyilsə, onun ölümünə yas tutmaq da "dəbdə" olmayacaq.
Fürsətçilik və lovğalıq erməni millətini yeyib-biçdi. Dəbli "fəryad" səmimi və dürüst yası əvəz edib. İnsanların ölümü sadəcə bir televiziya xəttidir, bir neçə saniyədən sonra unudulub yox olur.
Biz özümüzü sevmirik. Biz özümüzü Türkləri "sevdiyimizdən" çox sevməmiş ola bilərik. Amma türklər bizi yaxşı tanıyır, biz isə nə özümüzü nə də türkləri tanımırıq".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 4335 Tarix: 26 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabr