Soyuq havada kefinizi açmaq üçün BUNLARI EDİN
Adətən payız və qışda bir çoxları ruh düşkünlüyü hiss edirlər. Soyuq havada depressiyaya düşənlər də az deyil: qəmgin musiqilər, enerji çatışmazlığı, halsızlıq...
Sonxeber.az Lenta.ru-ya istinadən xəbər verir ki, "SberZdorovye" tibbi servisin psixiatrı Viktor Nurdayev bunun səbəblərindən danışaraq, problemin çıxış yollarını açıqlayıb.
Onun sözlərinə görə, soyuq havalarda ruh düşkünlüyünün səbəbi günlərin qısalması nəticəsində yaranan mövsümi affektiv pozğunluqdur (MAP):
"Mövsümi affektiv pozğunluqdan əziyyət çəkən insanlar qəmgin əhval-ruhiyyədə ola və enerji çatışmazlığı hiss edə bilərlər. Olarda ağlamağa meyillilik, qıcıqlanma, yorğunluq artır, iş qabiliyyəti azalır, tez-tez apatiya (laqeydlik) müşahidə olunur, fikirlərini toparlamaqda çətinlik çəkirlər, gecə yuxusunun müddəti uzanır. Belə insanlar şirniyyat və un məmulatlarından daha çox istifadə edə və bununla da artıq çəki yığmış ola bilərlər".
Bəs bu problemləri həll etmək və ya ümumiyyətlə qarşısını almaq üçün nə etməliyik?
Psixoloqların məsləhətlərinə görə, yaxşı əhval-ruhiyyədə olmaq üçün hər gün gəzintiyə çıxmaq, həm evdə, həm iş yerində otağın yetərincə işıqlı olmasına diqqət etmək, fiziki aktivliyi qorumaq və gündəlik rejimə riayət etmək lazımdır.
Həmçinin, sosial izolyasiya da depressiya və psixi sağlamlığın pisləşməsinə səbəb ola bilər. Bu səbəbdən dostlarınızla, əzizlərinizlə tez-tez görüşmək, stress azaldan və neqativ fikirlərdən uzaqlaşdıran, sevdiyiniz işlərlə, hobbilərinizlə məşğul olmaq məsləhətdir.
Daha öncə həkim-terapevt Nadejda Çernışeva isə tutqun havada yüksək əhval-ruhiyyədə olmaq üçün doyunca yatmaq, otağı tez-tez havalandırmaq və hər gün küçəyə çıxmağı tövsiyə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anamla atam ailə qurmağımı istəyir"
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Qızılın qiyməti rekorda çatdı
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
"Banu" Günel illər sonra - Foto
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ