Ermənilərin "KOBRA" ləqəbi ilə tanıdıqları ŞƏHİDİMİZ - FOTO
Azərbaycanın mərd, cəsur, hünərli və vətənpərvər oğlu Xeyrulla İbrahimov 19 aprel 1971-ci il tarixində Bakı şəhərində anadan olub. Ötən 19 il ərzində müxtəlif hərbi hissələrdə, fərqli vəzifələrdə çalışan Xeyrulla İbrahimov qüsursuz xidməti ilə daim diqqət mərkəzində olub. Təsadüfi deyil ki, 1992-ci ildə Azərbaycanın ən gənc hərbi hissə komandiri olan Xeyrulla İbrahimov 3 il ardıcıl olaraq "Azərbaycanın ən yaxşı zabiti" adına layiq görülüb. "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib
Sonxeber.az-ın məlumatına görə, Azərbaycan ordusunun polkovnik-leytenantı Xeyrulla İbrahimov Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq, qəhrəmanlığı ilə fərqlənib.
Ermənistan Ordusunun rəhbərliyi tərəfindən döyüş meydanında "Kobra" ləqəbi ilə tanınan Xeyrulla İbrahimovun öldürülməsi üçün pul mükafatı belə, təyin edilmişdi.
O, oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub.
II Şəhidlər Xiyabanında dəfn olunan Xeyrulla İbrahimov şəhadətindən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2542 Tarix: 27 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı
Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu
27 oktyabrErmənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas
27 oktyabrDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrMasallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı
26 oktyabr