Ərdoğan Füzuli və Zəngilan səfərindən DANIŞDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
"Haber Global" məlumat verir ki, Türkiyə lideri Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana birgünlük işgüzar səfəri uğurla başa vurduqlarını qeyd edib.
"Qardaş Azərbaycanda sonuncu dəfə iyun ayında olmuşam. Qardaşım İlhamla Şuşadan sonra bu dəfə işğaldan azad edilən Füzuli və Zəngilanda görüşdüm.
Səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında apardığı yenidənqurma və abadlıq işlərini yaxından gördük. Biz rayonda iqtisadi potensialın canlandırılması, nəqliyyat xətlərinin dirçəldilməsi və yenilərinin çəkilməsi ilə bağlı fəaliyyətləri birlikdə araşdırdıq. Biz də azərbaycanlı qardaşlarımız kimi Azərbaycanın nailiyyətlərinə sevinirik. Bu layihələrin bir parçası olmaqdan qürur duyuruq", - deyə Ərdoğan qeyd edib.
Türkiyə başçısı Füzuli Beynəlxalq Hava Limanı barədə də danışıb:
"Bu hava limanı təkcə Azərbaycan üçün deyil, ümumilikdə Qafqaz üçün daşımalarda əlavə üstünlük təklif etmək potensialına malikdir. Azərbaycanın regionun inkişafını prioritet hesab etmək iradəsinin təzahürü olan və çox qısa müddətdə başa çatdırılan bu mühüm nəqliyyat mərkəzinin fəaliyyətə başlamasında əməyi olan hər kəsi təbrik edirəm"./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1149 Tarix: 27 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabr