"Azərbaycan-Türkiyə münasibətləri hər kəsə nümunədir" - DEPUTAT

"Azərbaycan-Türkiyə münasibətləri hər kəsə nümunədir" - DEPUTAT"Qarabağın "hava qapısı" hesab olunan Füzuli Beynəlxalq Hava Limanının açılışı və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə, ilk xarici qonaq qismində qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, şübhəsiz, tarixi hadisədir".

Bu sözləri Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev deyib.

Deputat vurğulayıb ki, Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma, Zəngəzur dəhlizinin tərkib hissəsi olan avtomobil yolunun təməlqoyma mərasimi xüsusi əhəmiyyət kəsb edir:

"Bu, ilk növbədə, regionda sülhün bərqərar olmasını istəməyən geosiyasi qüvvələrə, eyni zamanda revanş çağırışları səsləndirənlərə verilmiş siyasi mesajdır. Qubadlının azad olunmasının ildönümü ilə əlaqədar ictimaiyyətlə görüşdə cənab Prezident belə bir ifadə işlətdi: "Müharibə qurtarsa da, bəzi qüvvələr bizi yenidən döyüşə sürükləmək istəyirlər. Ancaq bilsinlər ki, biz hər zaman hazırıq!"

Səfər öncəsi hörmətli Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanat da bildirilib ki, "kim Azərbaycana qarşı təcavüz etmək fikrinə düşsə, qarşısında Türkiyəni görəcək".

Hər iki dövlət başçılarının səsləndirdikləri bəyanatlar hələ də bölgənin təhlükəsizliyinə təhdidlərin olduğunun sübutudur. Bu yaxınlarda sərhədlərimizin yaxınlığında irimiqyaslı hərbi təlimlər keçirənlərin, erməni ordusunu yenidən silahlandırmaq istəyənlərin, Zəngəzur dəhlizinin açılmasına qətiyyətlə maneçilik törədənlərin timsalında bunu gördük. Türkiyə kimi güclü orduya, hərbi-sənaye kompleksinə malik müttəfiqin hər zaman yanımızda olması ölkəmizə yönəlik güclərin balanslaşdırılmasına imkan verir".

Deputat qeyd edib ki, yaxın zamanda İtaliyanın paytaxtı Roma şəhərində baş tutacaq G20 sammitində, şübhəsiz, region dövlətləri ilə, ələlxüsus, cənub qonşumuzla bağlı müzakirələrin keçiriləcəyi gözlənilir:

"Sammitdə Türkiyə Prezidentinin ölkəmizin maraqlarını təmsil edib, prinsipial məsələlərdə Azərbaycanla birgə hərəkət edəcəyinə tam əminik. Necə deyərlər, biz birlikdə güclüyük və qlobal məqsədə doğru addım-addım irəliləyirik.

Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində, infrastruktur və iqtisadi layihələrin icrasında Türkiyə şirkətlərinin yaxından iştirakı əməkdaşlığımızı daha geniş spektrdə stimullaşdırır. Bu gün təməli qoyulan Zəngəzur dəhlizi vasitəsilə hər iki ölkə arasında, eyni zamanda region dövlətləri, bütövlükdə Şərq-Qərb ölkələri arasında iqtisadi-ticari əlaqələr intensivləşməkdədir. Müasir dünyada Azərbaycan-Türkiyə münasibətləri hər kəsə nümunədir. Elə bir sahə yoxdur ki, ölkələrimiz arasında maraqlar toqquşsun. Bu da, heç şübhəsiz, dövlət başçılarımızın apardığı uzaqgörən, müdrik siyasət, təmsil etdikləri ölkələrin maraqlarını beynəlxalq müstəvidə peşəkarcasına müdafiə etmələri nəticəsində baş verir.

Nəticələr isə göz qabağındadır. Hər iki qardaş ölkənin gücü dünya miqyasında etiraf olunur. Azərbaycan xalqı 44 günlük müharibədə və ondan sonra tarixinin ən şərəfli günlərini yaşayır. Hərbi qələbələrdən sonra iqtisadi sahədə, bərpa-quruculuq işlərində əldə olunan hər bir nailiyyət, dövlətimizin gücünü, nələrə qadir olduğunu bütün dünyaya göstərir. Fəxr etmək üçün kifayət qədər əsaslar var".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1118   Tarix: 27 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr