AMEA-nın dörd İnstitutuna baş direktor seçildi - FOTO
Oktyabrın 28-də AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib.
Bu barədə Milli Elmlər Akademiyasından məlumat verilib.
Bildirilib ki, ümumi yığıncağı AMEA-nın vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdə duran elmi-təşkilati və kadr məsələləri haqqında məlumat verib.
O, ölkə başçısının "Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında" 3 dekabr 2020-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar HEB və İEB-in elmi-tədqiqat müəssisələrində keçiriləcək tədbirlərdən ətraflı söz açıb və bununla bağlı tövsiyələrini bildirib.
Akademik İsa Həbibbəyli AMEA-nın Humanitar Elmlər Bölməsi və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə 24 oktyabr 2021-ci il tarixində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilmiş "Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış" mövzusunda VIII "Fizika və lirika" elmi konfransının əhəmiyyətindən bəhs edib, Ümumi yığıncaq iştirakçıları ilə konfransda edilmiş məruzələr haqqında düşüncələrini bölüşüb.
Həmçinin HEB-in və İEB-in elmi müəssisələrinə 1 noyabr 2021-ci il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək "AMEA-nın Qarabağnaməsi" mövzusundakı təqdimat – sərginin təşkili ilə bağlı tapşırıqlar verilib.
Ümumi yığıncaqda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparılan struktur və kadr islahatları ilə əlaqədar müəssisənin Elmi şurasının tərkibində qismən dəyişiklik haqqında qərar qəbul edilib.
İclasda, o cümlədən bölmənin elmi-tədqiqat müəssisələrinin baş direktoru vəzifəsinə seçkilərin keçirilməsi məsələsi də müzakirə olunub. AMEA-nın müxbir üzvü Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli Elm Tarixi İnstitutunun, hüquq elmləri doktoru Aytən Mustafazadə Hüquq və İnsan Haqları İnstitutunun və filologiya elmləri doktoru, professor Nadir Məmmədli Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru vəzifəsinə seçiliblər və təsdiq olunmaları üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anamla atam ailə qurmağımı istəyir"
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Qızılın qiyməti rekorda çatdı
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
"Banu" Günel illər sonra - Foto
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ