"Bu gün ən vacib məsələlərdən biri həmrəyliyimizi qorumaq və gücləndirməkdir" - Deputat
Qardaş ölkə Türkiyədə bu gün 29 oktyabr Cümhuriyyət bayramıdır. Artıq Zəfər Günündən 98 il ötür. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk Qurtuluş savaşında Qərb ölkələri üzərində qələbədən sonra 29 oktyabr 1923-cü il tarixində Türkiyədə respublika qurulduğunu elan edib.
Məsələ ilə bağlı Sonxeber.az-a deputat Ceyhun Məmmədov fikir bildirib.
O, Azərbaycanın Qarabağda zəfər əldə etməsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyinin xüsusi rol oynadığını qeyd edib:
"Bəli, qeyd etdiyiniz kimi, bu gün qardaş Türkiyə bayram içərisindədir, möhtəşəm Zəfər Gününü qeyd edir. Məncə, bizim dostluğumuzu ən gözəl ifadə edən fikirlərdən biri Ulu Öndərin "bir millət, iki dövlət" tərifidir. Biz ayrı-ayrı dövlətlər olsaq da, bir millətik, bir millətin qurduğu dövlətik.
Bu gün Azərbaycan-Türkiyə münasibətləri artan xətlə yüksək səviyyədə inkişaf edir. Xüsusi qeyd etmək lazımdır ki, münasibətlərimizin bu səviyyədə olmasında da həm cənab Prezident İlham Əliyevin, həm də möhtərəm Türkiyə Prezidentinin müstəsna xidmətləri və rolu var.
Bu əlaqələr son illər daha da inkişaf edib. Azərbaycanın Qarabağda zəfər əldə etməsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi xüsusi rol oynayır. Bu gün qarşıda duran ən vacib məsələlərdən biri də həmrəyliyimizi, birliyimizi qorumaq, gücləndirməkdir.
Hazırda Azərbaycan xalqı da Türkiyə xalqı qədər sevinir və bu bayramı qeyd edir. Bizim insanlar, mətbuatımız, həmçinin siyasi liderlərimiz təbriklər ünvanlayırlar. Cənab Prezidentimiz Türkiyə Prezidentinə təbrik ünvanladı, Milli Məclis sədri də təbrik etdi. Bunlar bizim, iki xalq olaraq, həmrəyliyimizin nümunəsidir. Bu birlik və bərabərlik sarsılmazdır, bundan sonra daha da inkişaf edəcək və güclənəcək".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR