"Bu da Azərbaycanın Cənubi Qafqaz regionunda lider ölkə statusunun möhkəmlənməsi deməkdir" - Jalə Əhmədova
"Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi ilə əlaqədar ölkəmizə səfər edən Türkiyə Prezidenti bununla dünyaya "Biz hər zaman Azərbaycanın yanındayıq" mesajını verdi".
Bu sözləri Sonxeber.az-a açıqlamasında deputat Jalə Əhmədova deyib.
Onun sözlərinə görə, Füzuli Beynəlxalq Hava Limanının ilk rəsmi qonağının qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olması təsadüfi deyil:
"Ən ağır günlərində Azərbaycanı yalnız buraxmayan, dostluq və qardaşlıq münasibətlərini öz əməlləri ilə sübut edən Türkiyə bugünkü xoş günümüzdə də yanımızda oldu. Hər iki ölkə üçün əlamətdar olan açılış mərasimində iştirak etməklə Türkiyə Prezidenti Azərbaycan xalqına qürur, fəxarət hissi yaşatdı. Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə keçirilən açılış mərasimi iki ölkə arasındakı münasibətlərin inkişafında da xüsusi əhəmiyyətə malik tarixi hadisə kimi qiymətləndirilir.
Onu da qeyd etmək lazımdır ki, beynəlxalq standartlara cavab verən hava limanının qısa müddətdə ərsəyə gəlməsi, Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya bir daha göstərmiş oldu. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bölgəyə səfər edənlərin rahatlığını təmin etməklə yanaşı, eyni zamanda işğaldan azad olunmuş torpaqlarımızda gerçəkləşdirilən quruculuq işlərində və bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq".
Jalə Əhmədova vurğulayıb ki, erməni silahlı birləşmələri Füzuli şəhərini işğal etməzdən öncə şəhərdə, yerli əhəmiyyətli olsa da, hava limanı mövcud olub:
"Uçuş zolağı 1600 metr olan həmin hava limanı da, bütün şəhər və kəndlərimiz kimi, son 27 ildə mənfur qonşularımız tərəfindən xarabalığa çevrilib. Lakin bu gün artıq Qarabağda tikinti-abadlıq, quruculuq və bərpa işləri böyük vüsət alıb. Dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin göstərişləri və tapşırıqları ilə bu gün Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi uğurla davam etdirilir. Bununla yanaşı, Füzuli ilə Şuşanı birləşdirən Zəfər Yolunun tikintisi də artıq yekunlaşıb. Bu isə həm vətəndaşlarımızın, həm də xarici qonaqların Füzuli Beynəlxalq Hava Limanı vasitəsi ilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfər etməsinə şərait yaradacaq. İşğaldan azad edilmiş torpaqlarımızda bizi hələ bir çox böyük layihələrin açılışı gözləyir ki, bu da Azərbaycanın Cənubi Qafqaz regionunda lider ölkə statusunun möhkəmlənməsi deməkdir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anamla atam ailə qurmağımı istəyir"
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Qızılın qiyməti rekorda çatdı
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
"Banu" Günel illər sonra - Foto
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ