Səlim Müslümovun atası: "Ona heç azadlıq da arzulamıram"

Səlim Müslümovun atası: "Ona heç azadlıq da arzulamıram"1 noyabr 1961-ci ildə dünyaya gələn sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 60 illik yubileyini dəmir barmaqlıqlar arxasında qeyd edib.

Bu barədə Modern.az-a danışan sabiq nazirin atası Yanvar Müslümov oğluna arzularını dilə gətirib:

"Səlimə ancaq və ancaq can sağlığı arzulayıram. İndiki zamanda bundan mühüm, bundan ali heç nə yoxdur. Ona görə də oğluma yalnız can sağlığı arzulayıram. İnanın ki, heç azadlıq da arzulamıram. Bircə canı sağ olsun, bu dünyanı bürüyən koronavirus ondan uzaq olsun, başqa heç nə istəmirəm".

Y.Müslümov eyni zamanda, öz səhhətindən də danışıb:

"Yaşlı adamam, bir yerim düzəlir, o biri yerim ağrıyır. Yaşıma görə düşünürəm ki, normaldır, belə də olmalıdır. Ayaqlarım da çox ağrıyır, uzaq yol da gedə bilmirəm ki, Səlimə baş çəkim. Danışanda ancaq deyir ki, yaxşıyam, narahat olma məndən. Mənim də gücüm dua etməyə çatır. Allah heç kimi azadlıq demirəm, can sağlığı ilə sınağa çəkməsin bircə".

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına görə, Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Səlim Müslümov 1995-ci ildən bəri yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. 2018-ci ilin sentyabrında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsinə təyin olunub. İqtisad elmləri doktoru, professordur.

Yeri gəlmişkən, eks-nazirin yüksək rütbəsi də var - 17 yanvar 2002-ci ildə ölkə Prezidentinin fərmanı ilə ona gömrük xidməti general-mayoru rütbəsi verilib.

Bu, Səlim Müslümovun ilk həbsi deyil. Onun adı maliyyə qalmaqalında ilk dəfə 1995-ci ildə hallanıb. O zaman Azərbaycan Əmanət Bankının Səbail filialının rəhbəri Bəşər Hacıyev, Maliyyə Nazirliyinin idarə rəisi Səlim Müslümov və Səbailin icra başçısının birinci müavini Hüseyn Hüseynov 50 milyon dolları mənimsəməkdə ittiham edilmişdilər. Belə ki, bununla bağlı yayılan məlumatlarda bildirilirdi ki, Səlim Müslümov Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışarkən Azərbaycan Əmanət Bankından (indiki Kapital Bank) milyonlarla vəsaitin "yoxa" çıxması ilə əlaqədar məsuliyyətə cəlb olunub. Həmin dönəmdə saxlanılan Səlim Müslümov altı aydan sonra azadlığa buraxılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5369   Tarix: 03 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq

26 oktyabr
.

MTK-lar komendant pulunu hansı əsaslarla artırırlar? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Çoxmənzilli yaşayış binalarında sakinlərdən tələb olunan "komendant pulu"nun məbləği ilə bağlı narazılıqlar davam edir. Bir çox MTK-nın bu ödənişi mütəmadi artırması, aylıq məbləğlərin onsuz da yüksək olması və artımın hansı hesablamalara əsaslandığının aydın göstərilməməsi vətəndaşlar üçü

26 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas

26 oktyabr
.

Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü

Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb

26 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr
.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr