Niyə məktəblərdə polis və yetərincə psixoloq yoxdur? - AÇIQLAMA
Əfsuslar olsun ki, son zamanlar ölkəmizdə zorakılıq sayı artır. Övladlarını döyənlər, yaxınlarına təcavüz edənlər, azyaşlı qızları nişanlayan "valideyn"lərlə eyni cəmiyyətdə yaşayırıq. Qonşu ölkə Qazaxıstanda məktəblərdə polis və bir neçə psixoloq olur ki, şagirdlərin problemi olan zaman kömək edə bilsinlər. Bəs bizdə də eyni tədbir görülə bilərmi?
Məsələ ilə bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib.
O bildirib ki, hazırda mövcud qanunvericiliyə görə, orta məktəblərin hər birində psixoloq ştat vahidi var, digər qanunvericilik aktlarına görə isə, çox təəssüf ki, məktəbə yuxarı təhsil orqanının razılığı olmadan heç bir hüquq mühafizə orqanı girə bilməz:
"Elina Hacıyevanın intiharı və ya digər xoşagəlməz hadisələr onu göstərir ki, biz təhsil sistemində, xüsusən də orta məktəblərin idarəetmə sistemində dəyişiklik etməliyik. Bu mövcud vəziyyət heç də xoş deyil.
Bildiyimiz qanunlardan əlavə, yazılmamış mental qanunlar da var. Etiraf edək ki, bizdə daha çox mental qanunlar öz təsirini göstərir. 11 yaşlı qızın başına gələnlər ilk hadisə deyil. Hələ rayonlarımızda 14 yaşında qızlarımızı nişanlayırlar.
Burada biz nə etməliyik? Mütləq şəkildə müstəqil qurumlar məktəblərdə monitorinq aparmalıdırlar. Lakin hər hansı media qurumuna desək, direktor onun cibinə pul qoyacaq ki, məsələ "ört-bastır" olsun. Məsələni QHT-yə də həvalə etsək, alınmaz. Çünki onların vəziyyəti ortadadır.
Biz bunu yalnız təhsil sistemində davamiyyətin elektronlaşması hesabına aradan qaldıra bilərik. Yəni bütün məktəblərin girişində barmaqla yoxlayan cihaz olsun. Uşaq məktəbə daxil olan zaman barmağını toxundursun və tədris prosesində iştirak etməsi müəyyən olunsun.
Bizim ən ciddi problem təhsildən yayınmanın qarşısının alınmasıdır. Pandemiya da buna öz təsirini göstərdi.
Şagirdlərdə ailədaxili münaqişə və konfliktlər, əks cins tərəfindən, həmyaşıdı tərəfindən fiziki zorakılığa məruz qalma halları və ya digər psixoloji təyziqlər ola bilər. Burada anonim müraciətlər qeydə alınmaldır. Amma hazırda Təhsil Nazirliyi anonim heç bir müraciəti qeydə almır. Halbuki bunlar çox ciddi məsələlərdir.
Hesab edirəm ki, bizim həll etməli olduğumuz ən vacib məsələ şagirdlərin müraciətini qeydə almaqdır. Nəinki şagird, problem yaşayan bütün şəxslərin müraciətləri qeydə alınmalıdır.
Məktəbdə pul yığmaq, rüşvət almaq, fiziki və ya psixoloji zorakılığa məruz qalma hallarının aradan qaldırılması - bunların hamısı ciddi məsələlərdir.
Düşünürəm ki, insanların ürəklərini aça biləcəyi psixoloq sayı çoxalmalıdır. Ölkəmizdə 4432 məktəb var. Bakı şəhərində şagird sayı 4-5 min olan məktəblər var. Orada da 1 psixoloq ştatı var, 200 şagirdi olan məktəbdə də 1 psixoloq var. Düşünürəm ki, hər 100 şagirdə azı 1 psixoloq ştatı ayrılmalıdır və hesabat verilməlidir".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anamla atam ailə qurmağımı istəyir"
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Qızılın qiyməti rekorda çatdı
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
"Banu" Günel illər sonra - Foto
Azərbaycana QAR YAĞDI
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video