11 yaşlı zorlanmış qızın nənəsi: "Bu saatdan sonra ona baxa bilmərik, gəlinim özü bilsin"

11 yaşlı zorlanmış qızın nənəsi: "Bu saatdan sonra ona baxa bilmərik, gəlinim özü bilsin""Nəvəmi bizə gətirəndə gördüm ki, qarnı şişib. Dedilər bir az kökəlib. Mən də dedim uşaqdır da, kökələr də, arıqlayar da. Xəstəxanaya aparanda həkim uşaq hamilədir deyəndə, dəhşətə gəldim".

Bu sözləri İmişlidə zorlanmaya məruz qalan 11 yaşlı A.N.-in (şərtidir) nənəsi Oxu.Az-a baş verənlər barədə danışarkən deyib.

O bildirib ki, gəlini oğlu vəfat etdikdən bir neçə il sonra nəvələrini də götürüb evdən gedib:

"Oğlum 2014-cü ildə qaraciyər sirrozundan vəfat edib. Ondan sonra 2020-ci ilə qədər gəlinim uşaqlarla birlikdə bizim yanımızda yaşayırdı. Sonra dedi ki, mən daha belə yaşamaq istəmirəm, ailə qurmaq istəyirəm. Uşaqları da götürdü getdi. Övladlarından biri qız uşağıdır deyib, məhkəməyə müraciət etdim ki, qızı bizə versinlər. Elə oldu ki, nəvəm bizimlə qalmaq istəmədi. Qayda-qanuna uyğun qərar verdilər ki, anası ilə qalsın uşaqlar. Mən də daha heç nə demədim. Ötən ilin dekabr ayında gəlinim uşaqları da götürüb getdi atası evinə. Sonra bir müddət keçdi, bildik ki, bəs belə bir adam var, onunla birlikdə İmişlidə kirayə mənzil tutub, yaşayırlar.

Bu söhbətin üstündən bir xeyli keçmişdi həmin S.C. (ad şərtidir) 11 yaşlı nəvəm A.N.-i (şərtidir) gətirdi bizə ki, uşaq qardaşı ilə yola getmir, sizdə qalsın. Biz də nəvəmizi çölə atası deyildik ki. Dedik qalsın. Uşağa hazırlıq üçün müəllim tutduq. Babası özü uşağı dərsə aparıb-gətirirdi. Sonra qızın anası gəlib dedi ki, uşağımı aparıram. Nəvəm dedi getmək istəmirəm, amma apardılar. Uşağı aparıb gəzdirdilər, nə dedilər, nə demədilər nəvəm daha bizə gəlmək istəmədi".

Nənəsi deyir ki, 11 yaşlı nəvəsi bir də bu məsələlərin mətbuata çıxmasından bir müddət əvvəl onlara gəlib:

"Gəlinimin anası qarnının şişinə görə nəvəmə deyib ki, sənin o biri nənən xəstəxanada işləyir, get, denən səni aparsın həkimə. Birinci deyirdilər ki, uşaq da atası kimi sirroz olub. Uşağı gətirdilər bizə, mən də apardım həkimə. Həkim uşağı yoxlayanda təəccübləndi. Dedi bu uşağın neçə yaşı var? Dedim 11 yaşı, nə olub ki? Dedi bu uşaq hamilədir. Mən dəhşətə gəldim. Mənim öz atam 42 yaşında rəhmətə gedib, dörd bacı biz heç birimiz belə hərəkətlərə yol verməmişik. Anamız bizə nəzarət edib.

Xəstəxanada uşaq heç nə demədi. Evə gələndən sonra divanda uzandı. Sual verdim ki, görüm bu nə işdir? Elə soruşdum ki, ay bala sənin başına nə hadisə gəlib? Səndən bunları soruşacaqlar. Dedi atalığımın qorxutmuşdu məni, anama deyə bilmədim. Anası soğan yığmağa gedirdi və çörək sexində növbəli işləyirmiş. Yəqin ki, hadisə o işə gedəndə bu uşaqla evdə tək qalanda baş verib. Məni yandıran odur ki, gətirib qoymadı mənim yanımda. Gəlinim bu səhvə necə yol verib, qəbul edə bilmirəm. Oğlumun yadigarının başına bu oyun gəlməməli idi".

Zorlanmaya məruz qalan 11 yaşlı qızın nənəsi deyir ki, bundan sonra nəvəsinə sahib çıxa bilməzlər:

"Mən də, yoldaşım da xəstə adamıq. Bu saatdan sonra ona baxa bilmərik, gəlinim özü bilsin. Mənim oğlum çox qeyrətli oğlan idi. Kaş onun yerinə mən ölərdim. Sağ olsaydı, yığardı ailəsini başına, baxardı. Heç belə hadisələr baş verməzdi. Üç qız böyütmüşəm, evləndirmişəm, heç kim deyə bilməz ki, qızlarım haradan gəldi, hara getdi. Ana da uşağından bezər heç? Qızının 11 yaşı var, oğlunun 10 yaşı. Oğlan indi bizim yanımızdadır. Qız indi Bakıda xəstəxanadadır. Biz bu məsələdən uzaq dayanırıq, heç nə edə bilmərik".

Qeyd edək ki, İmişlidə zorlamaya məruz qalan 11 yaşlı qızın qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi uşaq Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının neonotologiya şöbəsinə yerləşdirilmişdi. Körpə ötən gün xəstəxanada vəfat edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8739   Tarix: 03 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq

26 oktyabr
.

MTK-lar komendant pulunu hansı əsaslarla artırırlar? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Çoxmənzilli yaşayış binalarında sakinlərdən tələb olunan "komendant pulu"nun məbləği ilə bağlı narazılıqlar davam edir. Bir çox MTK-nın bu ödənişi mütəmadi artırması, aylıq məbləğlərin onsuz da yüksək olması və artımın hansı hesablamalara əsaslandığının aydın göstərilməməsi vətəndaşlar üçü

26 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas

26 oktyabr
.

Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü

Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb

26 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr
.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr