Azyaşlı qız atasının anasını öldürdüyü gecədən danışdı...

Azyaşlı qız atasının anasını öldürdüyü gecədən danışdı...Tərtərdə ondan boşanan həyat yoldaşını yatdığı yerdə boğaraq öldürən kişi törətdiyi cinayətdən məhkəmədə danışıb.

"Kriminalqafqaz" məhkəmə materiallarına istinadən xəbər verir ki, Səlim Əsədov 2017-ci ildə keçmiş həyat yoldaşı Röyalə Tağıyevanı boğaraq qətlə yetirib.

Məhkəmənin araşdırması zamanı məlum olub ki, Səlim Əsədov Röyalə Tağıyeva ilə boşanmalarına baxmayaraq, onunla dəfələrlə səbəbsiz şəkildə mübahisə edib və ailə həyatına müdaxilə edib. 2020-ci il sentyabrın 6-da gecə saatlarında əvvəlcədən planlayaraq əldə etdiyi ehtiyat açarla Röyalənin yaşadığı evə girərək ona şiddət göstərib. Röyalə yuxudan ayılaraq keçmiş həyat yoldaşına müqavimət göstərmək istəsə də, Səlim onun ağzından və boğazından tutub kürəyi üstə yatdığı yerə uzadıb. Daha sonra başının altında olan yastığı ağzının üzərinə, dizini isə bədəni üzərinə sıxmaqla Röyaləyə ağır zərbələr endirib və qəsdən boğaraq öldürüb.

Səlim Əsədov ifadəsində bildirib ki, çoban işləmək üçün Şəkiyə getmək qərarına gəlib, amma həyat yoldaşı onunla getməkdən imtina edib: "Şəkidən qayıtdıqdan sonra Röyalənin mənə qarşı münasibətinin dəyişdiyini gördüm. Məndə Röyalənin kiminləsə münasibət saxlaması ilə bağlı şübhələr oyandı. Bu səbəbdən aramızda bir neçə dəfə dava-dalaş oldu. Həmin vaxt Röyalə boşanmaq üçün məhkəməyə müraciət etdi, rəsmi qaydada boşandıqdan sonra ayrı yaşamağa başladıq. Məcburi köçkün olduğum üçün dövlət tərəfindən verilən üçotaqlı evi Röyalə və övladlarıma verərək qonşuluqda yaşayan qardaşım Kərimin evində yaşamağa başladım. Röyalə boşandıqdan sonra ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrində alaq otlarının təmizlənməsi işi ilə məşğul olurdu. Röyalə işdən gecə saatlarında qayıdırdı. Bu da məni narahat edirdi. Bir neçə dəfə Röyaləyə onu öldürəcəyimi demişdim".

Hadisədən 1 ay əvvəl R.Tağıyeva DİN-in "102" qaynar xəttinə zəng edərək keçmiş əri barəsində şikayətçi olub. Bu barədə Tərtər rayon Polis Şöbəsində araşdırma da aparılıb.

Övladları çox vaxt Röyalənin yanında olduğuna görə keçmiş əri məqsədini bir müddət reallaşdıra bilməyib. S.Kərimov onu öldürmək üçün ən uyğun vaxtın gecə olduğunu düşünərək yatdığı vaxt evə girib və əməlini gerçəkləşdirib.

Məhkəmə iclasında dindirilən R.Tağıyevanın ögey bacısı N. bildirib ki, Röyalə təxminən 7 il Səlimlə birlikdə çox mehriban yaşayıb: "Hətta Səlim Şəkiyə işləməyə gedəndə də Röyalə onunla gedirdi. Amma fermada yaşamaq üçün şərait olmadığına görə geri qayıtdı. Səlim evliliyinin beşinci ilindən sonra başqa qadınlarla münasibət saxlamağa başladı. Əlaqə saxladığı qadınların əxlaqsız şəkillərini telefonuna yükləyirdi. Həmin şəkilləri arvadı Röyaləyə göstərərək "qadın belə olar, sən bunların əlinə su tökməyə yaramırsan" deyirdi. Onu təhqir edib döyürdü. Bir neçə dəfə Röyaləyə Səlimdən boşanmasını məsləhət gördüm. Röyalə isə övladlarının azyaşlı olmalarını, boşanacağı halda onların ortalıqda qalacaqlarını əsas gətirməklə razılaşmadı. Səlim tez-tez spirtli içki içərək evə gəlib Röyaləni döyürdü. Bütün bunlar onlar boşanana qədər davam edib".

S.Əsədovun qardaşı Kərim Əsədov bildirib ki, Səlimlə Röyalə boşandıqdan sonra aralarında mübahisə yaradan əsas səbəb alimentin vaxtında ödənməməsi olub: "Qardaşımın iddia etdiyi kimi Röyalənin əxlaqsızlıq etdiyinə dair bir hadisəyə şahid olmamışam. Sadəcə keçmiş həyat yoldaşının işə gedib-gəlməsi Səlimdə qısqanclıq yaradırdı".

Övladları da anası və atası arasında həmişə dava-dalaş olduğunu təsdiqləyiblər. Mərhumun azyaşlı qızı bildirib ki, ataları hətta onların yanında da analarına döyüb, təhqir edib: "Hadisə baş verən gecə anamın səsini eşitdim. Amma qorxduğum üçün otağa girmədim. Qardaşımın da oyaq olduğunu gördüm. Qardaşım dedi ki, atam anamı döyür. Mən də dedim ki, yataq, sonra bizi də döyər".

Qışqırıq səsindən yata bilməyən uşaqlar evlərinə polis gələndən sonra biliblər ki, ataları analarını boğaraq öldürüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səlim Əsədov 16 il müddətə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1995   Tarix: 03 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq

26 oktyabr
.

MTK-lar komendant pulunu hansı əsaslarla artırırlar? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Çoxmənzilli yaşayış binalarında sakinlərdən tələb olunan "komendant pulu"nun məbləği ilə bağlı narazılıqlar davam edir. Bir çox MTK-nın bu ödənişi mütəmadi artırması, aylıq məbləğlərin onsuz da yüksək olması və artımın hansı hesablamalara əsaslandığının aydın göstərilməməsi vətəndaşlar üçü

26 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas

26 oktyabr
.

Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü

Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb

26 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr
.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr