Azərbaycanın XİN başçısı Ermənistana çağırış edib
"Azərbaycan qalib ölkə olaraq, müharibə başa çatandan sonra öz xoş niyyətini göstərərək, birtərəfli müsbət addımlar atıb".
"Report" xəbər verir, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, humanitar yüklərin Azərbaycan ərazisinə daxil olması, 2020-ci ilin qış aylarında Ermənistana Azərbaycan qaz nəqliyyat sistemi vasitəsilə Rusiyadan qazın verilməsi, avtomobil yolunun Ermənistan tərəfindən istifadə edilməsi Azərbaycan tərəfindən atılan müsbət addımlardır:
"Bütün bu addımlar münaqişənin keçmişdə qalmasının, Azərbaycanın gələcəyə baxışının nümunəsidir. Bu gün forumda Prezident İlham Əliyevin dediyi kimi, biz hələ bunun qarşılığını görmürük, ancaq düşünürük ki, Ermənistan tərəfi bunu nə qədər tez başa düşərsə, Ermənistanın özü üçün daha yaxşı seçim ola bilər".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1386 Tarix: 04 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabr