Polisdən sürücülərə müraciət: "Qazanclarını cərimələrə deyil, öz ailələrinə xərcləsinlər" - FOTO

Polisdən sürücülərə müraciət: "Qazanclarını cərimələrə deyil, öz ailələrinə xərcləsinlər" - FOTOSosial şəbəkələrdə tez-tez sürücülərlə yol polisi arasında yaşanan mübahisəli məqamlara rast gəlirik. Kimin haqlı, kimin haqsız olması isə, təbii ki, məsələyə və aparılan araşdırmaların yekun nəticəsinə görə dəyişir. Mübahisəli məsələlərdən biri də sürücülərin "Yol hərəkəti haqqında" qanunun tələblərini pozduqları zaman onlara yazılan cərimələrlə əlaqəli olur.

Belə ki, mübahisə o zaman yaranır ki, sürücü ya qanunvericiliyin tələbinə uyğun olaraq tətbiq edilən cərimədən və ya cərimənin ödənilməsinin gecikdirdiyi üçün yaranmış əlavə məsuliyyətdən, beləliklə də artan cərimə məbləğindən şikayət etməyə başlayır. Mübahisələr isə bəzən qalmaqallı hadisələrlə yekunlaşır.

Elə olur ki, sürücü tək və ya sərnişinlərlə birlikdə nəqliyyat vasitəsilə ilə hərəkətdə olan zaman zərurət yaranarsa, yol polisi əməkdaşları tərəfindən saxlanılır. DYP əməkdaşı sürücüyə tətbiq edilən cərimənin ödənilmədiyini bildirir və onu hərəkətdən uzaqlaşdırıb müvafiq qaydada avtomobilini cərimə meydançasına aparır.

Təbii olaraq ailə üzvləri maşında olan zaman və ya təcili getməli olduğu ünvana tələsən zaman belə bir problemlə rastlaşmaq heç kimə xoş olmaz. Məhz bu zaman polis əməkdaşlarının müvafiq təlimata uyğun tələbləri sürücü və polis əməkdaşı arasında mübahisənin yaranması ilə nəticələnir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında sürücülərin bənzər problemlərlə qarşılaşmaması üçün tətbiq edilən cərimələrin qanunla nəzərdə tutulan müddətdə geniş yayılan ödəniş köşklərində və ya elektron xidmətlərdən istifadə etməklə onlayn qaydada ödənilməsini tövsiyə edir:
Polisdən sürücülərə müraciət: "Qazanclarını cərimələrə deyil, öz ailələrinə xərcləsinlər" - FOTO"Cəmiyyət varsa, deməli inzibati xətalar da olacaq, cinayət də olacaq. Hüquq-mühafizə sistemlərində xidmət edən əməkdaşların da borcu insanları bu kimi inzibati və digər növ məsuliyyət yaradan hallardan çəkindirməkdir. Lakin inzibati tənbeh tədbirlərinə tuş gələn sürücülərin qanunvericiliyin tələblərinə əməl etməyərək, vəziyyəti bilərəkdən və ya bilmədən ötən müddət ərzində özləri üçün əlavə məsuliyyət yaratması bizi narahat edir. Belə ki, bu sahədə insanların onların istifadəsinə təqdim edilən mövcud elektron xidmətlərdən düzgün istifadə etməməsi sonrakı mərhələlərdə yollarda DYP əməkdaşları ilə sürücülər arasında xoşagəlməz mübahisələrə gətirib çıxara bilir. Hər bir inzibati xəta törətmiş şəxs barəsində qanunvericilikdə müəyyən olunmuş qaydada istər xüsusi texniki vasitələrin imkanlarından istifadə edilməklə elektron qaydada, yəni avtomatik üsulla real vaxt rejimində, həmçinin polis əməkdaşının birbaşa yolda tərtib etdikləri protokolları onların qərarlarını elektron sistemlərdən istifadə etməklə nəzarətdə saxlaya bilərlər. Bunun üçün sürücülər nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirləri çərçivəsində öz üzərinə düşən məsuliyyəti bilməli və zamanında yerinə yetirməlidirlər. Əks təqdirdə bu məqam gələcəkdə daha xoşagəlməz hallarla nəticələnə bilir.

Belə hallarla rastlaşmamaq üçün əvvəlcə sürücülərimiz yol hərəkəti qaydalarına məsuliyyətlə riayət etsinlər ki, cərimə olunmasınlar və qazanclarını cərimələrə deyil, öz ailələri üçün xərcləsinlər. Cərimələrdən şikayət etmək əvəzinə ondan nəticə çıxarıb, eyni növ xətaları etməməyi düşünmək daha doğru olar. Vətəndaşlarımız bilməlidir ki, yol hərəkəti qaydalarında inzibati xəta törətdikləri zaman tətbiq edilən cərimə protokolu qüvvəyə mindikdən sonra 10 gün ərzində baş verən inzibati xətaya uyğun olaraq ödəniş edərkən 10 % məbləğində güzəşt əldə edirlər. Məsələn, sürücü 50 manat dəyərindəki cəriməni 10 gün ərzində ödəsə, 45 manat ödəyə bilər. Dövlətimiz vətəndaşına məsuliyyətdən yayınmamaq üçün qanunla belə bir üstün imkan da yaradıb. 10 gündən sonra isə İnzibati Xətalar Məcəlləsinin (İXM)150-ci maddəsinə uyğun olaraq, tətbiq edilən cəriməni 1 ay ərzində heç bir artım olmadan güzəştsiz qaydada ödəyə bilər. Bir ay tamam olduqdan sonra isə cərimənin ödənilmədiyi hər ötən gün üçün 1 faiz dəbbə pulu hesablanır, 3-cü aydan sonra isə nəqliyyat vasitəsinin idarə olunması hüquqi olaraq məcburi qaydada məhdudlaşdırılır. Həmin şəxslər nəqliyyat vasitəsini idarə edərkən "iPatrul" sistemi və digər xüsusi texniki vasitəsilə müəyyən edilir ki, bu zaman da DYP əməkdaşları vəzifə borcunu yerinə yetirməli, qanunun tələblərinə uyğun olaraq tədbir görməlidirlər. Belə olan halda isə bəzi sürücülərlə polis əməkdaşları arasında xoşagəlməz dialoqların yarandığının şahidi oluruq. Onu da qeyd edim ki, inzibati məsuliyyətdən yayınma halları sürücülərin barəsində sürücülük hüququnun məhdudlaşdırılmasına qədər gətirib çıxara bilər.

Bu kimi hallarla qarşılaşmamaq üçün biz sürücülərimiz üçün "AsanPay" kabinetlərinin yaradılmasını tövsiyə edirik. Beləliklə də hər bir sürücü yaradılan şəxsi kabinetində idarə etdiyi nəqliyyat vasitəsilə ona tətbiq edilən bütün növ inzibati protokollar barədə məlumat əldə edə və barəsində yazılan protokoldan şikayət edə bilər. Sürücülərimiz və sürücü olmayan digər vətəndaşlarımız "Mygov.az" portalı vasitəsilə nəinki cərimələrlə, eləcə də sürücülük vəsiqələri, texniki şəhadətnamələri üzrə məlumatlarını və ümumilikdə DİN-in vətəndaşlara göstərdiyi bütün xidmətlər üzrə məlumatları rahat şəkildə əldə edə bilərlər. DİN proaktiv və reaktiv xidmətləri vətəndaşlara təqdim edən dövlət qurumlarının içərisində ilkin təcrübə nümayiş etdirib və bu prosesi daim nəzarətdə saxlayır. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə əlaqədar olaraq bütün növ təbliğat xarakterli müraciətlərimizdə hərəkət iştirakçılarını hər zaman qaydalara riayət etməyə çağırmışıq. Fürsətdən istifadə edib bir daha yol hərəkəti iştirakçılarına nəzərdə tutulan qaydalara əməl etməyi, həyat və sağlamlıqlarına biganə qalmamağı və məsuliyyət yaradan hallara yol verməməyi xahiş edirik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1340   Tarix: 05 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-

25 oktyabr
.

Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas

26 oktyabr
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların

25 oktyabr
.

Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?

Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını

26 oktyabr
.

MTK-lar komendant pulunu hansı əsaslarla artırırlar? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Çoxmənzilli yaşayış binalarında sakinlərdən tələb olunan "komendant pulu"nun məbləği ilə bağlı narazılıqlar davam edir. Bir çox MTK-nın bu ödənişi mütəmadi artırması, aylıq məbləğlərin onsuz da yüksək olması və artımın hansı hesablamalara əsaslandığının aydın göstərilməməsi vətəndaşlar üçü

26 oktyabr
.

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb

Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela

26 oktyabr
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25 oktyabr
.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

26 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr