"İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan XXI əsrdə qalib gələn yeganə dövlətdir"-POLİTOLOQ

"İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan XXI əsrdə qalib gələn yeganə dövlətdir"-POLİTOLOQİstiqamət: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.

"Azərbaycanda belə bir tarixi şərait məhz İlham Əliyevin rəhbərlik etdiyi dönəmə təsadüf etdi. Bizim rəhbər son 300 il ərzində ilk dəfədir ki, dövlətçilik tarixində torpaq azad edən dövlət rəhbəri kimi tarixə düşdü".

Bu sözləri Sonxeber.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, Qarabağı İlham Əliyevin dönəmində dünyaya gələn gənclər azad etdi:

"Yəni möhtərəm Ali Baş Komandanın hakimiyyəti dönəmində yeni ordu quruculuğuna keçildi, yeni dövlət inşa edildi. Bütövlükdə, bu bizim yeni bir dövlət mərhələmizdir. Bundan öncə, orta əsrlər tarixi boyunca şanlı imperiaların varisi olan Azərbaycan xalqının sonrakı dönəmi 300 il ərzində müxtəlif şəkildə parçalanması, müxtəlif işğallara məruz qalması və bizim xalq kimi formalaşmamızda dərin yaralar açması ilə yadda qaldı.

Hesab edin ki, 1918-ci ildə yaradılmış Cümuriyyət belə, ondan sonrakı dönəmdə Azərbaycan SSR-in təbii torpaq itkilərinə məruz qalması ilə müşayiət olundu. Ən pis ssenari ondan ibarət oldu ki, müxtəlif beynəlxalq liderlərin təsiri altında bizim torpaqlarımız hesabına erməni dövləti inşa edildi. Bu, azmış kimi, 1991-ci ildə SSRİ süquta uğradıqdan dərhal sonra, hətta süquta uğramamış, artıq 80-ci illərin sonundan Azərbaycan torpaqları ermənilərin silahlı anneksiyasına məruz qaldı.

Bütün bunların hamısı tarixi sınaq idi. Tarixi sınaqda biz böyük itkilərlə qarşılaşdıq. Amma sınağı durduran, şübhəsiz ki, dövlətin tam şəkildə süqut eləməsi ərəfəsində hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev oldu. Bu amilin üzərində xüsusi dayanmaq lazımdır. Çünki o dövrdə mərkəzi hakimiyyətə qarşı çıxışlar, o cümlədən xalqın parçalanması ehtimalları kifayət qədər güclü idi və birinci vəzifə ölkənin müstəqilliyini, dövlətçiliyi qoruyub saxlamaq idi.

Təsəvvür edin, 86.6 kv. km ərazinin 20 faizi işğal altında idi.

1918-ci ildə Cümuriyyət elan olunanda ərazimiz 113.1 kv. km idi. 27 minə yaxın ərazi tarixi şaraitdə itirilmişdi və onun da təxminən 16 min kv. km-ni 90-cı illərdən sonra işğal etdilər.

90-cı illərdən keçən 30 il ərzində bölgədə Qafqaza marağı olan bütün ölkələr, o cümlədən beynəlxalq münasibətlər sistemi bu yaradılmış şəraiti qəbul etməyə başladı. Uzun illər boyu ATƏT-in Minsk qrupu xətti ilə də təlqin etməyə çalışdılar ki, Azərbaycan işğal faktı ilə barışsın və ermənilərə bu ərazini güzəştə getmək məcburiyyətində qalsın.

Amma, xatırlayırsınızsa, 2001-ci ildə mərhum Heydər Əliyevlə "Ki-Uest" danışıqları da oldu. Həmin dönəmdə Ermənistan rəhbəri ilə ilkin razılıq əldə olundu və məsələnin həllinə dair tarixi şarait formalaşdı. Azərbaycanı müəyyən güzəştlərə razı salmaq istəsələr də, ölkəmiz nə qədər çətin vəziyyətdə ola da, iqtisadi baxımdan problemlər yaşasa da, böyük basqılar altında qalsa da, heç bir halda razılaşmaya getmədi.

Sonrakı dönəmdə, İlham Əliyevin hakimiyyəti zamanı dünyaya gələn gənclər nəhayət Qarabağı azad etdi.

Azərbaycançılıq, vətənpərvərlik hissi ilə böyüyən bir nəsil torpaqların işğal altında olması faktı ilə barışmadı. Bu, artıq bir çağırış, hətta tələb kimi ictimai normaya çevrildi. Sözsüz ki, ölkə rəhbəri bütün bünların hamısını nəzərə aldı. 2020-ci ilin tarixi şaraitinin yetişməsində də, təbii ki, Ali Baş Komandan İlham Əliyevin tarixi rolu oldu.

Eyni zamanda, o, bütün beynəlxalq aləmdə diplomatik olaraq doğru siyasət irəli sürdü. Ermənistanın işğalçı kimi tanınması ilə bağlı beynəlxalq təşkilatların qətnamələri oldu. Digər tərəfdən, ermənilər müttəfiqlərindən ayrıldı və artıq təkbətək müharibə eləmək imkanı əldə edildi. Ermənistanın hazırkı rəhbərinin və bundan əvvəlki başçılarının işğalçılıq faktı bütün dünyaya göstərildi, tam şəkildə müharibəni həyata keçirmək üçün hüquqi diplomatik hərbi baza hazırlandı.

44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin bu sahədəki fəaliyyətinin kulminasiya nöqtəsidir.

Sosial Tədqiqatlar Mərkəzinin Vətən müharibəsindən dərhal sonra azərbaycanlılar arasında həyata keçirdiyi sorğuda təxminən 65 faiz insanlar etiraf etdilər ki, Vətən müharibəsi nəticəsində üzərimizdən "məğlub xalq" damğasının götürülməsi Prezidentimizin siyasətinin nəticəsində mümkün oldu.

Bu tarixi qələbə Ali Baş Komandan İlham Əliyev, xalq və ordu birliyinin yaratdığı "DƏMİR YUMRUQ"la əldə edildi.

İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan XXI əsrdə qalib gələn yeganə dövlətdir.

Onu da nəzərə alaq ki, bu, artıq 5-ci nəsil savaşıdır. İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) nəzərindən baxsaq, bu, bir "ağıllı müharibə" fenomenidir. Yəni dünyada bu vaxta qədər "ağıllı müharibə" olmamışdı. Azərbaycan bu ilkə imza atmaqla bütövlükdə müharibəyə baxışları dəyişmiş oldu".

Material Azərbaycan Respublikası

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan XXI əsrdə qalib gələn yeganə dövlətdir"-POLİTOLOQZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1054   Tarix: 08 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr