"Optimal Electronics"dən ŞİKAYƏT: "Xiaomi Poco X3 Pro" aldı, peşman oldu
Redaksiyamıza "Optimal Electronics" şirkəti ilə bağlı şikayət daxil olub.
Sonxeber.az-ın məlumatına görə, Ə.Ürfan adlı universitet tələbəsi 2 sentyabr 2021-ci il tarixində "Optimal Electronics" mağazalar şəbəkəsindən "Xiaomi Poco X3 Pro" markalı telefon alıb, amma qısa müddət ərzində telefonda müxtəlif nasazlıqlar yaranmağa başlayıb.
Şikayətçi şirkətə müraciət etsə də, hələ də məsələ həllini tapmayıb.
O bildirir ki, hələ də nə telefondan, nə də verdiyi puldan bir xəbər yoxdur:
"İlk ay telefonun işləməyində heç bir problem olmadı. Növbəti ay telefonun qulaq sensorunda nasazlıq yarandı, amma sonradan özü düzəldi. Daha sonra qulaq mikrofonu xarab oldu. Şirkətə müraciet etdim, Əhmədlidəki servislərinə aparmağımı istədilər.
Mən telefonu servisə verdim, tələbə olduğumu bildirərək xahiş etdim ki, dərslərimdən geri qalmamağım üçün mənə əvəzedici telefon versinlər. Sərvisdəki xanım imtina etdi. Mən rəhbərliyə bildirmək istədiyimi dedikdə yenə etiraz etdilər. Mən də qaynar xəttə zəng edib şikayətimi onlara da bildirdim. Zəng mərkəzindən mənə geri zəng edib, rəhbərliyin əvəzedici telefon verilməsinə razı olduğunu və telefonun tezliklə veriləcəyini bildirdilər. Mən tarix soruşanda isə yenə "tezliklə" deyib söhbəti sonlandırdılar.
2 gün sonra mağazaya yaxınlaşdım, onsuz da dərslərimdən geri qaldığımı və telefondan imtina etmək istədiyimi, xarab telefonun mənə lazım olmadğını bildirdim. Qaytarma sorğusu yaratdılar, xəbər edəcəklərini söylədilər, amma hələ də nə telefondan, nə də pulumdan xəbər yoxdur, Zənglərimə cavab vermirlər, verəndə də "rəsmi servisdədir, gözləyin" deyirlər.
Aidiyyəti qurumlardan xahiş edirəm, pulumun qaytarılmasında mənə kömək etsinlər".
Məsələ ilə bağlı "Optimal Electronics"lə əlaqə saxladıq. Bizə tam məlumat verilməsə də, şikayətin aidiyyəti şöbəyə yönləndiriləcəyini bildirdilər. Onların mövqeyini dərc etməyə hazırıq.
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2822 Tarix: 09 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25 oktyabr"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA
Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə
26 oktyabrBu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq
26 oktyabrÇıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu
26 oktyabrAzərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır
25 oktyabrSovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose
25 oktyabr