Döydüyü 4 əsgər özünü öldürmək istəyib - Gizirlə bağlı yeni detallar

Döydüyü 4 əsgər özünü öldürmək istəyib - Gizirlə bağlı yeni detallarBir müddət öncə Müdafiə Nazirliyinin N saylı hərbi hissənin giziri Rəsul Quliyev Qubadlı Hərbi Prokurorluğunda zorakılığa məruz qalması ilə bağlı videomüraciət yayımlamışdı. Daha sonra R.Quliyev yeni bir video yayaraq ona zor tətbiq edilmədiyini, boynundakı qızartıların cücü dişləməsinə görə olduğunu bildirmişdi. Hərbi qulluqçu üçüncü videosunda isə yenidən təzyiqlərə məruz qaldığını deyib. O qeyd edib ki, buna görə şikayətini təkzib etməyə məcbur olub. Gizir əslində Qubadlı Hərbi Prokurorluğunda təhqir olunduğunu və 4 nəfər tərəfindən döyüldüyünü vurğulayıb. O, işin Bakı Şəhər Prokurorluğunda araşdırılmasını istəyib.

"Qafqazinfo" gizir Rəsul Quliyevin barəsindəki cinayət işi ilə bağlı bəzi məqamlar haqqında məlumat əldə edib.

Belə ki, bu il sentyabrın 28-də Laçında yerləşən N saylı hərbi hissəsinin 4 əsgəri düşmənlə üzbəüz döyüş şəraitində avtomatı çənələrinə dirəyib özlərini öldürmək istəyiblər. Bu məlumat əsasında Qubadlı hərbi prokurorluğunda araşdırma başlayıb.

Bu zaman məlum olub ki, gizir Rəsul Quliyev tabeliyində xidmət aparan əsgərləri mütəmadi təhqir edərək onları döyüb. Buna görə də əsgərlər özlərini öldürmək istəyiblər. Məlumat əsasında gizir R.Quliyev barəsində cinayət işi başlanıb, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, R.Quliyev hamamda əl-üz yumaq üçün quraşdırılan qaba su doldurmadığı üçün əsgərlərdən birini təhqir edərək üzündən şillə ilə, başından və bədəninin digər nahiyələrindən yumruqla vurub. Daha sonra xəmirin üzərini sellofanla örtmədiyi üçün əsgəri döyərək mobil telefonu ilə başından vurub. R.Quliyev həmin əsgəri çörəyi çiy bişirdiyinə görə də təhqir edərək çənəsindən vurub. Səhhətində problem olan bir əsgər gizirə yaxınlaşaraq növbətçiliyi apara bilməyəcəyini dedikdə, o, əlindəki kitabla onun sifətindən vurub, kitelinin yaxasından tutaraq silah piramidasına çırpıb.

İttihama görə, gecə vaxtı yemək yediyi üçün əsgəri yumruqla vurub. Daha sonra əsgərə düzgün nəzarət etmədiyi üçün onun manqa komandirini təhqir edib. R.Quliyev manqa komandirinə dayaq məntəqəsinə gələn avtomobilləri nəzarətdə saxlatmasını, yüksək vəzifəli şəxslər gələrkən əvvəlcədən məlumatlandırmağı göstəriş verib. Manqa komandiri bunu bölüyün digər əsgərinə tapşırıb. Həmin əsgər tapşırığı lazımi şəkildə icra edə bilmədiyi üçün R.Quliyev hər iki əsgərin sifətindən vurub. Gizir manqa komandirinə bölüyün şəxsi heyətinin tez yuyunmasına nəzarət etməsini tapşırıb, bir müddət sonra şəxsi heyətin gec yuyunduğunu irad tutaraq onu təhqir edərək şillə vurub.

R.Quliyev manqa komandirinə odun kötüklərini qısa müddətdə daşıtdırıb bir yerə yığdırmasını göstəriş verib, lakin göstəriş vaxtında icra edilmədiyi üçün onu təhqir edərək şillə və yumruqla vurub beton divara çırpıb. Əsgər zərbənin təsirindən yerə yıxılıb, daha sonra gizir onu ayağa qaldırıb şillə və yumruqla yenidən vurub, odun kötüklərini təkbaşına yığmasını göstəriş verib.

R.Quliyev tərəfindən mütəmadi olaraq təhqir və zorakılıq hərəkətlərinə məruz qalmaları barədə əsgərlər yuxarı komandanlığa məlumat verib tədbir görülməsini xahiş etdikdə, gizir R.Quliyev buna görə onları hədələyərək hər xırda səhvlərinə görə barələrində raport yazıb cəzalandıracağını, onları həbs etdirəcəyini deyib. Sentyabrın 27-də gecə saatlarında döyüş növbətçiliyi aparan əsgəri təyin edildiyi yerdə deyil, oradan bir qədər aralıda olduğunu aşkar edərək yuxarı komandanlığa məlumat verib, barəsində raport yazdığını deyib. Əsgər gizir R.Quliyevin hərəkətlərindən təngə gələrək bir ədəd dolu vəziyyətdə avtomat silahı götürüb, çənəsinin altına dirəyib. Həmin vaxt digər 3 əsgər də eynilə silahı döyüş vəziyyətinə gətirib özlərini öldürmək üçün çənələrinin altına dirəyiblər. Gizir onlara özlərini öldürəcəkləri halda ona heç kəsin heç nə etməyəcəyini, bir daha onları döysə də barələrində raport yazmayacağını, araşdırma təyin etdirməyəcəyini vəd edib. Bundan sonra həmin əsgərlər öz fikirlərindən daşınaraq silahları yerə qoyublar.

Təqsirləndirilən şəxslə 6 əsgər arasında üzləşdirmə keçirilib. Zərərçəkmiş şəxslər R.Quliyev tərəfindən zorakılığa və təhqirə məruz qaldıqlarını onun üzünə qarşı deyərək ifşa ediblər.

Bundan sonra R.Quliyev isə tibbi müayinədən keçən zaman Qubadlı Hərbi Prokurorluğunda ona qarşı zor tətbiq edildiyini deyib. Prokurorluqda ona yumruq və təpik zərbələri endirildiyini, onu boğub xəsarət yetirdiklərini göstərib. Lakin məhkəmə-tibbi ekspertizasının rəyi ilə bu təkzib edilib.

Cinayət işi üzrə istintaq davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6593   Tarix: 10 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı - sağlam cəmiyyətin və güclü gələcəyin təməli

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən əsas amillərdən biridir. Çünki bu gün yetişən nəsil sabah ölkənin idarəçiliyində, iqtisadiyyatında, elmində, təhsilində, mədəniyyətində v

26 oktyabr
.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr
.

Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas

26 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Peşə təhsili müəssisələrində yüzlərlə vakansiya niyə boş qalıb? - AÇIQLAMA

Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştatın boş qalması bu sahədə kadr təminatı, əməkhaqqı və tədrisin keyfiyyəti ilə bağlı məsələləri gündəmə gətirir. Vakansiyaların uzun müddət doldurulmaması həm tədris prosesinə, həm də əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasın

26 oktyabr
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25 oktyabr
.

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə

26 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr
.

Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...

"Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulur. Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq, paytaxtın digər rayonlarında olduğu kimi, Nizami rayonunda da köhnə mənzi

26 oktyabr