Qobustanın viran qalan Qurbançı kəndi - Reportaj / VİDEO
Qobustanın Qurbançı kəndi adı xəritədə, özü silinmək üzrə olan yaşayış məskənidir.
Hər gün iş-güc arxasınca gedən kənd sakinləri heç vaxt asfalt üzü görməyən palçıqlı yoldan istifadə etmək məcburiyyətindədirlər. Aidiyyəti qurumların unutduğu kənddə sakinlər içməli su üzünə də həsrətdir. Hər gün uzaq məsafədə çala-çuxur yollarla ya avtomobillərdə su daşıyırlar, ya da 35-40 manata su almalı olurlar. Kəndin xarabalığı xatırladan, qapısız-pəncərəsiz məktəbi də yararsız vəziyyətdədir. İllər əvvəl burada 200-dən çox şagirdə təhsil alsa da, hazırda məktəbin üç şagirdi var. Zamanında bu təhsil ocağında çox ziyalılar, alimlər yetişib.
Dünya şöhrətli sənətkarımız Alim Qasımov da təhsilini burada alıb. Kənd seysmik zonada yerləşdiyindən sürüşmələr nəticəsində evlər dağılıb, bəziləri qəzalı vəziyyətə düşüb. Bu səbəbdən sakinlər kəndi kütləvi şəkildə tərk edib. Tərk edilən evlər arasında Xalq artisti Alim Qasımovun ata evi də var.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3917 Tarix: 13 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır
25 oktyabr"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb
Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela
26 oktyabrAğac kəsən kişinin arvadı faciəli şəkildə öldü
Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb
26 oktyabrƏt bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın
25 oktyabr