Ənənəvi atalar və oğullar problemi ədəbiyyatda: Üst-üstə düşən və düşməyən fikirlər

Ənənəvi atalar və oğullar problemi ədəbiyyatda: Üst-üstə düşən və düşməyən fikirlərƏnənəvi atalar və oğullar problemi çoxlarımıza bəllidir. Bəs ədəbiyyatda eyni problem necə meydana çıxır və yaxud nəticələri nədən ibarət olur?

"Kaspi" qəzetinin əməkdaşı bu barədə fikirləri övladlardan soruşmağı qərara alıb.

Sorğumuzda yazıçı Fəxri Uğurlu atası – tanınmış şair, elm adamı Ağa Laçınlı barədə, nasir Alpay Azər atası – tanınmış yazıçı Azər Abdulla haqqında, gənc qələm sahibi Ayxan Ayvaz isə atası – tanınmış yazıçı Eyvaz Əlləzoğlu xüsusunda danışıb, sırf ədəbi meyarlarla bağlı ata-oğul münasibətlərini yada salıblar.

Onlara ünvanlanan sualımız isə bu idi: Ədəbiyyatda atalar oğullar problemi necə təzahür edir? Yəni atanız – tanınmış qələm adamı ilə ədəbiyyat baxımından, zövq sarıdan hansı fikirləriniz ortaq idi, üst-üstə düşürdü, hansı fikirləriniz ziddiyyət təşkil edirdi, yaxud ortaq zövqün ifadəsi kimi hansı şair-yazıçıları, əsərləri bəyənir, yaxud da sevmirdiniz?

Fəxri Uğurlu deyir ki, uşaqlıqdan atamla həmsöhbət olmuşam, ayrı-ayrı əsərləri, müəllifləri dönə-dönə müzakirə eləmişik. Bundan başqa, ağlım kəsəndən atam yeni şeirlərini həmişə mənə oxuyub, çox vaxt rəyimlə hesablaşıb: "Bu baxımdan, mən ədəbi məsələlərdə ata basqısı görməmişəm. Gənc yaşlarımda qartımış estetik normalara üsyankar yanaşmağım, üslub axtarışlarında, bəzən ifrata varmağım onu narahat eləsə də, üzümə qırmızı işıq tutmağa tələsmirdi, fəhmlə, təcrübənin qazandırdığı bir arxayınlıqla bilirdi ki, bulanıq su axa-axa durulacaq, sözlər, fikirlər bir gün aydınlığa çıxacaq. Klassikaya münasibətdə, əsasən, həmrəy olmuşuq. Atamın xarici ölkələr ədəbiyyatından dərs deməyi mənim dünya klassikləri ilə erkən tanışlığıma təkan verib. Atam bir çox nəsildaşı kimi ədəbiyyatın ictimai missiyasına daha artıq önəm verirdi, mənsə iyirmi yaşlarımda bu mövqedən tədricən uzaqlaşdım, əvvəlcə psixoloji, ardınca da fəlsəfi ədəbiyyata meyilləndim. Bilirəm ki, fəlsəfi ədəbiyyatın oxucuları o birilərə nisbətdə həmişə az olub, ancaq iş işdən keçib, ora elə bir yerdir ki, gedən geri qayıtmır".

Alpay Azərin atası ilə ortaq, üst-üstə düşən zövqü realist nəsrlə bağlı olub: "Hər ikimizin sevdiyi yazıçılar, aşağı-yuxarı eyni olub – Tolstoy, Dostoyevski, Çexov, Platonov, Heminquey, Cəlil Məmmədquluzadə, müasirlərdən Səfər Alışarlı, Saday Budaqlı, Şərif Ağayar, və s. Qaldı ziddiyyət təşkil edən məqamlara, o, post-modernizmi, bu ədəbi cərəyandakı pastiş texnikasını, başqa mətndən bir hissənin öz mətninə köçürülməsini heç qəbul etmirdi, deyirdi, bu, hoqqabazlıqdır, əllaməçilikdir, yaza bilməyənlər, istedadsızlar belə şeylərə qaçır. Mən deyirdim, bu sənin zövqünə uyğun deyil, amma post-modernizm barədə yüzlərlə monoqrafiyalar yazılıb, bu cərəyanda yazılan əsərlər necə boş şey ola bilər. Bir də, atamda uzun bədii təsvirləri sevmirdim, deyirdim, bu qədər detallara nə ehtiyac var. Özüm belə şeylərdən uzağam, nəsrdə ifrat minimalist olmasam da, atamla müqayisədə az sözdən istifadə edirdim deyə, onun uzun cümlələrini, detallı təsvirlərini bəzən sevmirdim, hərçənd Marsel Prust sevimli yazıçımdır, atamın bəzi əsərlərində – "Qəmərlidən keçən qatar", "Gül yağışı"nda o cür təsvirlər yerinə düşür. O isə mənə deyirdi ki, ədəbiyyat həm də uzun, detallı bədii təsvirdir, yoxsa, "gəldim, getdim, yedim, içdimlə" ədəbiyyat olmaz. Qaldı bəyənmədiyimiz yazıçılara, klassiklərdən hər ikimizə Borxes yad idi, nə onun, nə də mənim Enriko Vita-Malasın "Bartlbi və onun çevrəsi" romanını oxumağa səbrimiz çatmadı.

Ayxan Ayvazla atası ayrı-ayrı ədəbi nəslin nümayəndələridirlər. Atası 80-ci illərin yazıçısıdır, o isə 2000-lərin. Ayxan deyir ki, Atam Eyvaz Əlləzoğlu ədəbiyyatla bağlı ənənəvi düşünürdü. Daha doğrusu, Orxan Pamukun dediyi "saf romançı" kateqoriyasının tərəfdarı idi: "Lakin bədii zövqü, şübhəsiz, çox yaxşı idi. Və mən elə bu mənada şanslı biri olmuşam. Onun dünya ədəbiyyatına, rəssamlığa, kinoya bələd olması mənə də təsirsiz ötüşməyib. Atamın düşüncəsi bu idi: ədəbiyyatı şouya çevirmək olmaz. Yazılanları tarix qiymətləndirəcək. O, bu gün üçün yazmırdı və şöhrət azarlısı deyildi. Sadəcə içindəkiləri kürüyüb atmaq istəyirdi. Əvvəl-əvvəl onunla bu müstəvidə mübahisələrimiz olurdu. Mənə Platonovu misal çəkirdi. Deyirdi, yazılan qalacaq. Zaman keçdikcə, yaş artdıqca, onun dediklərini anlamağa və özüm də o cür düşünməyə başladım. Nə qədər aramızda mübahisələr olsa da, mən də atamın oğluyam. Ziddiyyətimiz zamanla bağlı idi və mən o zamana çatmaq üçün çalışıram.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1427   Tarix: 15 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

25 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı - sağlam cəmiyyətin və güclü gələcəyin təməli

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən əsas amillərdən biridir. Çünki bu gün yetişən nəsil sabah ölkənin idarəçiliyində, iqtisadiyyatında, elmində, təhsilində, mədəniyyətində v

26 oktyabr
.

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb

Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela

26 oktyabr
.

Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!

Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər

26 oktyabr
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25 oktyabr
.

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub. APA xəbər verir ki, oktyabrın 25-də hər iki komandanın azarkeşləri Atletlər Kəndinin qarşısına toplaşaraq yarışlar

25 oktyabr
.

Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü

Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb

26 oktyabr
.

Park Yasamaldan ŞİKAYƏT: Kristal Abşeron vətəndaşı evindən çıxarmaq istəyir

ın redaksiyasına "Kristal Abşeron" şirkətindən şikayət daxil olub. Beləki, "Kristal Abşeron" şirkətinin Park Yasamal layihəsində mənzil alan vətəndaşın üzləşdiyi vəziyyət şirkətin müştərilərlə münasibətini yenidən gündəmə gətirir. Beş illik ipoteka ilə mənzil əldə edən, indiyədə

26 oktyabr
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

25 oktyabr