Avrora Qrup iki beynəlxalq sertifikat alıb: İSO 14001:2015 və İSO 45001:2018
Avrora Qrup distributor və istehsalçı şirkət kimi ölkəmizin aparıcı qida şirkətlərindəndir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan "Avrora Qrup"un portfoliosuna "Danone", "Ehrman", "Arla", "Rollton", "Hochland", "Pernod Ricard", "Diageo", "Jagermeister", "Gruppo Campari", "Brown Forman", "Bacardi Limited" və s. kimi aparıcı şirkətlər daxildir. Bundan başqa, şirkət bazarda həm də istehsalçı kimi tanınır. Avrora Qrupun istehsalat sahələrini özündə birləşdirən "Avrora Sənaye Parkı"nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon dioksid fabriki, Un istehsalı fabriki vardır. Fabriklərdə Avstriyanın "Buhler", "Frans Haaz", İtaliyanın "İmaforni", "CFT", "Favo" və digər avadanlıqlar quraşdırılmışdır. Bu fabriklər İSO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi və İSO 9001:2015 Keyfiyyətin İdarəedilməsi Sistemi əsasında fəaliyyət göstərir. Qeyd olunan fabriklərdə "Doymak", "Lafarella", "Günaydın", "Tanelli" markalı makaronlar, "Doymak" və "Günaydın" markalı unlar, "Bizon" və "Go" qazlı vitaminləşdirilmiş içkilər, "Çinarlı" süfrə suyu, "Kreki" krekerləri, "Sladena" və "Borowski" peçenyeləri, "Lafarella" və "Sladok" vafliləri istehsal olunur.
Avrora Qrup istehsal müəssisələrində ətraf mühitin qorunması, əməkdaşlarının daha sağlam və təhlükəsiz şəraitdə çalışması üçün səylərini davam etdirir. Bütün bunların uğurlu nəticəsi olaraq şirkət İSO 14001:2015 "Ətraf mühiti idarəetmə sistemi" və İSO 45001:2018 "Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi" beynəlxalq sertifikatlarına layiq görülüb.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anamla atam ailə qurmağımı istəyir"
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Azərbaycana QAR YAĞDI
"Banu" Günel illər sonra - Foto
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları