Şuşada "Nə oldu, Paşinyan?!" deyən türk aktyor əslən azərbaycanlı imiş
Xəbər verdiyimiz kimi, Türkiyənin reytinqli "Eşkiya dünyaya hükümdar olmaz" serialında İlyas obrazı ilə məşhurlaşan aktyor Ozan Akbaba Şuşaya səfər edib. O, Elşən Orucovun çəkdiyi videoda "Nə oldu, Paşinyan?!" deməsi ilə gündəm olub.
Sözügedən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. 39 yaşlı aktyorun şəxsiyyəti bir daha maraq doğurub.
"Qafqazinfo" xəbər verir ki, ayrı-ayrı illərdə Türkiyənin dövri mətbuatında Akbabanın Qarsda doğulması, əslən isə azərbaycanlı olması ilə bağlı məlumatlar dərc olunub.
Bundan başqa, aktyor toyunda həyat yoldaşı ilə "Tərəkəmə" rəqsini oynayıb. Hələ 2019-cu ilin dekabrında "Aman reis duymasın" filminin premyerası çərçivəsində Bakıya təşrif buyuran Akbaba əslən azərbaycanlı olduğunu demişdi:
"Mənim soyum buradandır, babam azərbaycanlıdır.Ona görə Bakıya özəl marağım və istəyim var. İlk dəfə gəlsəm də, inanılmaz gözəl şəhərlə qarşılaşdım. İnsanları da çox gözəldir. Hətta vaxtım olsa, burada yaşamağa belə gələrəm.
Tərəkəməli olduğumuz üçün o rəqsi oynadım. Oynamaqda çətinlik çəkmədim. Amma yutubda çox maraqlı şərhlə qarşılaşdım: "Oğlan yaxşı oynamır. Ancaq deyəsən, həyat yoldaşı azərbaycanlıdır". Ancaq xanımım Konyadandır. Bizlərə heç bir aidiyyəti yoxdur. Düzü, o paylaşıma bir az pis oldum".
O, Rəşid Behbudov, Şövkət Məmmədova, İmamyar Həsənov kimi sənətkarlarımızı çox sevdiyini demişdi:
"Xüsusi olaraq operalarınıza qarşı böyük sevgim var. Məsələn, "Arşın mal alan" operettanızı çox bəyənirəm. Azərbaycan film və seriallarından yaxşı təklif gəlsə, qəbul edərəm. Əsas odur ki, ürəyimcə olsun".



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anamla atam ailə qurmağımı istəyir"
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Azərbaycana QAR YAĞDI
"Banu" Günel illər sonra - Foto
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları