Hərbçi olmuş bu şəxslərin pensiyaları artırıla bilər
Ombudsman Aparatı hərbçilərin əmək pensiyalarının artırılması məqsədi ilə Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Bu barədə "Qafqazinfo"ya Ombudsman Aparatının Elmi Audit sektorunun müdiri Mahir Məmmədov bildirib. Onun sözlərinə görə, "Əmək pensiyaları haqqında" qanunun 9.6-cı maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması ilə bağlı Ombudsman sorğu verib.
"Əmək pensiyaları haqqında qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçular güzəştli əsaslarla pensiyaya çıxdıqda onlara təyin olunan pensiyanın qulluğa qayıdacağı təqdirdə artırılması nəzərdə tutulur. Amma hərbi qulluqçular pensiyaya çıxıb mülki sahədə çalışarsa, onların pensiyasına əlavələr hesablanmır. Bu da Konstitusiyamızda hüquq bərabərsizliyinə gətirib çıxarır. Yəni eyni qəbildən olan insanlara fərqli yanaşma göstərilir.
Biz də bu mənada Ombudsmanın təşəbbüsü ilə Konstitusiya Məhkəməsinə sorğu verdik ki, keçmiş hərbçilər mülki sahədə çalışdığı təqdirdə onların da əmək pensiyalarına artım məsələsi gündəmə gətirildi. Bu həssas məqamda atılan doğru addımlardan biridir".
Xatırladaq ki, "Əmək pensiyaları haqqında" qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.
Qeyd edək ki, sorğu Konstitusiya Məhkəməsinin Plenumuna qəbul olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anamla atam ailə qurmağımı istəyir"
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Azərbaycana QAR YAĞDI
"Banu" Günel illər sonra - Foto
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları