Emil Əkbərov: "Ermənistan və havadarları unutmasınlar ki, "Dəmir yumruq" öz yerindədir"

Emil Əkbərov: "Ermənistan və havadarları unutmasınlar ki, "Dəmir yumruq" öz yerindədir""Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədindən ölkəmizə qarşı yenidən genişmiqyaslı təxribatlara əl atması açıq şəkildə 10 noyabr bəyanaməsinin pozulması deməkdir".

Bu sözləri Olaylar.az-a açıqlamasında "BİG Media" MMC-nin rəhbəri Emil Akbarov söyləyib. O, qeyd edib ki, erməni terrorçu dəstələrinin noyabrın 16-da törətdiyi təxribat nəticəsində 7 hərbi quluqçumuz şəhid olub, 10-nu isə yaralanıb:

"Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Ermənistanın növbəti təxribatı yenə də biabırçi məğlubiyyətlə nəticələndi. Düşməni geri çəkilməyə məcbur edən Azərbaycanın Müzəffər Ordusu 6 terrorçununu ələ keçirib. 10 noyabr bəyannaməsindən 1 ildən çox vaxt keçsə də, erməni terrorçuları torpaqlarmızdan tam çıxarılmayıb. Hələ də Rusiya sülhməramlıları tərəfindən silahlı erməni terrorçularının Azərbaycan torpağından çıxarılmaması və təxribatların davam etməsi sual doğurur. Təəssüf ki, 30 il olduğu kimi, yenə də beynəlxalq təşkilatlar Ermənistan tərəfinin, revanşizm mövqeyindən çıxış edərək, hərbi təxribatları davam etdirməsinə göz yumur".

Emil Akbarov vurğulayıb ki, Ermənistan bu təxribatları ilə Azərbaycan Ordusunun "dəmir yumruğ"unu yenidən öz başında hiss etmək istəyir: "Ermənistan və havadarları unutmasınlar ki, "Dəmir yumruq" öz yerindədir. Onların bu təxribatları sonda Ermənistanın dövlət kimi xəritədən silinməsinə səbəb ola bilər. Ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində ərazi bütövlüyümüzü təmin edən Azərbaycanın Müzəffər Ordusu növbəti dəfə döyüş əməliyyatına başlasa, qısa müddət ərzində nəinki qədim Azərbaycan torpaqlarımızı geri qaytaracaq, hətta Ermənistanın dövlət kimi varlığını sual altına ata bilər. Ona görə də Ermənistan rəhbərliyinin üçtərəfli 10 nobar bəyannaməsinin şərtlərinə əməl etməsi ölkəsinin taleyi üçün daha yaxşı olardı.

Düşmənin istənilən təxribatına qarşı ordumuz tərəfindən qəti cavab verilir və veriləcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qısa zaman ərzində ərazi bütövlüyümüzü təmin edərək, öz gücünü və qüdrətini nəinki Ermənistana, bütün dünyaya sübut etdi.

Ulu Öndər Heydər Əliyevin dövründən başlayan ordu quruculuğu cənab Prezident İlham Əliyevlə ən yüksək səviyyə çatdırılıb. Yüksək döyüş qabiliyyətinə malik olan, ən müasir hərbi texnika, silah-sürsatla təmin edilən Azərbaycan Ordusu bu gün 50 ən güclü ordular sırasındadır. Ermənistan çox yox, 1 il öncə uğradığı biabırçı məğlubiyyətini unutmasa, daha yaxşı olar. Dünənki təxribat zamanı erməni terrorçu dəstələri bir daha Azərbaycan Ordusunun gücünü öz başında hiss etdi. Çünki 10 noyabr təxribatı Ermənistan tərəfi üçün xeyli sayda canlı qüvvə və texnika itkisi ilə nəticələndi. 16 noyabr təxribatı isə onu göstərdi ki, Azərbaycan həm hərbi, həm də diplomatik sahədə olduqca möhkəmdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1154   Tarix: 17 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

25 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

Park Yasamaldan ŞİKAYƏT: Kristal Abşeron vətəndaşı evindən çıxarmaq istəyir

ın redaksiyasına "Kristal Abşeron" şirkətindən şikayət daxil olub. Beləki, "Kristal Abşeron" şirkətinin Park Yasamal layihəsində mənzil alan vətəndaşın üzləşdiyi vəziyyət şirkətin müştərilərlə münasibətini yenidən gündəmə gətirir. Beş illik ipoteka ilə mənzil əldə edən, indiyədə

26 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı - sağlam cəmiyyətin və güclü gələcəyin təməli

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən əsas amillərdən biridir. Çünki bu gün yetişən nəsil sabah ölkənin idarəçiliyində, iqtisadiyyatında, elmində, təhsilində, mədəniyyətində v

26 oktyabr
.

Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!

Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər

26 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr