Həkim-pediatr: Uşaqların bədənində əmələ gələn səpkilər COVID-19-un əlaməti ola bilər

Həkim-pediatr: Uşaqların bədənində əmələ gələn səpkilər COVID-19-un əlaməti ola bilərDərisində səpkilərin yaranması ilə yanaşı, uşağın bədən temperaturu da yüksəkdirsə, bu, yoluxucu xəstəliyin simptomu ola bilər.

Valideynlər adətən bunu allergiya adlandırsalar da, belə deyil. Allergiya zamanı da hərarət yüksəlir, lakin qısa müddət və kəskin halda davam edir. Bir sözlə, bu hal bir neçə xəstəliyin xəbərçisi ola bilər. Həmçinin tibbin gündəmi olan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə xəstələnən uşaqların bədənində səpkilər əmələ gəlir. COVID-19-un ağırlaşması hesab edilən Mis-C sindromu da kavasaki sindromu ilə oxşardır.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər həkim-pediatr Aytən İsmayılzadəyə məxsusdur.

Uşaqlarda səpki və hərarətlə müşayiət olunan virus xəstəlikləri barədə danışan həkim-mütəxəssis deyib: "Hərarətli günlərdən sonra ağız ətrafında yaranan səpkilər uşağın əllərinə və ayaqlarına da yayılır. Körpələrdə isə səpkilər hətta bütün ayaq və qolu, ağız, dil və boğazı da əhatə edə bilər. Bu, koksaki virusunun əlamətidir. Koksaki virusu zamanı yarana səpkilər gövdəyə yayılmır. Xoralaşmağa meyilli və göynədici səpkilərdir. Belə olan halda, səpkiləri aradan qaldırmaq üçün xüsusi tədbir görməyə ehtiyac yoxdur, bir həftə ərzində səpkilər öz-özünə yox olur. Hətta böyük yaşlı (6-7) uşaqlar koksaki virusuna yoluxduğu zaman onlarda hərarət yüksəlməyə bilər.

Əgər yüksək hərarət davam etdikcə gözlər qızarırsa, bütün bədəndə, xüsusilə də gövdə və gövdəyə yaxın yerlərdə sıx yerləşmiş xırda və tikan kimi səpkilər varsa, bu, qızılca virusunun əlaməti ola bilər. Qızılcaya yoluxduğu zaman uşaq özünü çox narahat və halsız hiss edir və bədəm temperaturu yüksəlir.

Uşağın bədən temperaturu çox az yüksəldikdə və ya normada olduğu halda belə bədəni səpirsə və bu səpkilər saç kökləri olan hissədən başlayıb bədənə yayılırsa, su çiçəyi virusundan şübhələnmək lazımdır. Su çiçəyi virusuna görə bədənə yayılan səpkilərin içi sulu olur və güclü qaşıntı verir. Həmin virus uşaqlarda ağırlaşmalara səbəb ola bilər. Ona görə də mütləq ehtiyatlı davranmaq lazımdır".

A.İsmayılzadə, həmçinin səpkilərə səbəb olan digər virus infeksiyaları barədə də məlumat verib. O bildirib ki, hərarət olmadan yaranan sulu səpkilər sonradan kənarlara doğru dərini açaraq yayılır, sulanır, üstü kərtmək bağlayır və artırsa bu "sarı yara"dan xəbər verir. Belə streptodermiya və ya impetiqo xəstəlikləri mikrob mənşəli olduğu üçün müalicəsi antibiotiklər vasitəsilə aparılır.

Uşağın hərarətinin yüksəlməsi ilə yanaşı, onun boyun limfa düyünləri böyüyür, özünü halsız his edir və solğun dəri üzərində xırda səpkilər yaranırsa, bu, məxmərək ola bilər. Qızılca kimi məxmərək də ağırlaşmaya səbəb ola bilər, ona görə də bu simptomlar müşahidə edilən zaman həkim-mütəxəssisə mütləq müraciət etmək lazımdır.

Hərarət fonunda çox halsızlıq, limfa düyünlərinin şişməsi, güclü boğaz ağrısı, qaraciyərin böyüməsi və yanaşı olaraq səpkilər müşahidə edilirsə, infeksion mononukleoz xəstəliyindən şübhələnmək olar. Həmin xəstəliyə yoluxan uşaq infeksionist tərəfindən müayinə və müalicə olunmalıdır".

Həkim-mütəxəssis uşaqlarda rast gəlinən skarlatina və rozeola virus infeksiyaları barədə danışıb.

"Uşağın bədəni, hətta əllərinin içi və ayağının da səpirsə, dili, yanaqları və boğazı qıpqırmızıdırsa, skarlatinaya yoluxmuş bilər. Həmin uşaqların ilk həftə ərzində antibiotik qəbul etməsi mütləqdir. Bu xəstəlik ürək və böyrəklərdə ciddi fəsadlara səbəb ola bilər. Bundan başqa, uşaqların bədənində 3-5 gün davam edən yüksək hərarətdən sonra əmələ gələn ləkəli və solğun səpkilər rozeola xəstəliyinin əlamətləridir", - deyə həkim-pediatr əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2590   Tarix: 17 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

25 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

Park Yasamaldan ŞİKAYƏT: Kristal Abşeron vətəndaşı evindən çıxarmaq istəyir

ın redaksiyasına "Kristal Abşeron" şirkətindən şikayət daxil olub. Beləki, "Kristal Abşeron" şirkətinin Park Yasamal layihəsində mənzil alan vətəndaşın üzləşdiyi vəziyyət şirkətin müştərilərlə münasibətini yenidən gündəmə gətirir. Beş illik ipoteka ilə mənzil əldə edən, indiyədə

26 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı - sağlam cəmiyyətin və güclü gələcəyin təməli

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən əsas amillərdən biridir. Çünki bu gün yetişən nəsil sabah ölkənin idarəçiliyində, iqtisadiyyatında, elmində, təhsilində, mədəniyyətində v

26 oktyabr
.

Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!

Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər

26 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr