Azərbaycanda koronavirusdan ölənlərin sayı buna görə azalmır - AÇIQLAMA

Azərbaycanda koronavirusdan ölənlərin sayı buna görə azalmır - AÇIQLAMAHazırda ölkəmizdə kütləvi şəkildə vaksinasiya prosesi həyata keçirilir. Demək olar ki, əhalinin böyük əksəriyyəti COVID-19-a qarşı peyvənd olunub. Son zamanlar yoluxma hallarında azalma müşahidə edilsə də, koronavirusdan dünyasını dəyişənlərin sayında heç bir dəyişiklik yoxdur. COVID-19-a yoluxanların gündəlik statistikasında xəstəlikdən vəfat edənlərin sayı 20 nəfərdən çox olur. Ölkədə uğurlu vaksinasiya prosesi həyata keçirildiyi təqdirdə ölənlərin sayında azalma qeydə alınmır. Halbuki peyvənd virusa yoluxanların xəstəliyini yüngülləşdirmək, vəziyyəti ağır olan şəxsləri isə ölümdən xilas etmək üçün nəzərdə tutulub. Belə olan halda niyə virusdan ölənlərin sayı azalmır?

Mövzu ilə bağlı BAKU.WS-ə müsahibə verən tibb elmləri doktoru, professor Adil Qeybulla virusdan ölənlərin sayının azalmamasını bir insanın bir neçə də koronavirusa yoluxması, o cümlədən saxta COVID-19 pasportu olanların çoxalması ilə əlaqələndirib:

"Ölkədə vaksinasiya prosesi həyata keçirilsə də saxta peyvənd passportu alanlar da var. Bunlar xeyli problem yaradırlar. Adları sənədlərə vaksin olunmuş kimi düşür. Bu da saxta statistikanın yaranmasına səbəb olur. Bundan sonra da vaksinasiya statistikası reallığı tam əks etdirmir. Bundan başqa ölənlər arasında neçəsinin peyvənd olunandan sonra vəfat etdiyini müəyyənləşdirmək lazımdır.

Vaksin olunan şəxslər arasında ya ölüm halı yoxdur, varsa da çox cüzi haldadır. Hazırda dünya da peyvəndlənmə prosesi uğurla getmir. Bu da prosesin ləngiməsinə səbəb olur. Nəticədə virus mutasiyaya uğramaqda davam edir. Bu da belə məsələləri yaradır. Artıq ikinci, üçüncü dəfə xəstələnən olan zaman ölüm hallarında da azalma müşahidə edilmir. Vaksinasiya istər dünyada istərsə də ölkəmizdə nə qədər intensiv şəkildə həyata keçirilsə bir o qədər yoluxamanın qarşısı alına bilər".

Məsələ ilə bağlı BAKU.WS-ə danışan həkim-mütəxəssis Vasif İsmayıl isə virusdan ölüm hallarının azalmamasını aktiv xəstə sayı ilə əlaqələndirir:

"Azərbaycanda aktiv xəstə sayı müəyyən bir səviyyədə qaldığı və çox şiddətli dərəcədə artmadığı üçün ölüm faizi də stabilləşib. Azərbaycanda bu dalğanın bitməməsinə səbəb təhsil müəssisələrinin açılmasının böyük rolu var. Buna görə də bu bəlada qurtulmaq üçün hamıya ancaq peyvənd olunmağı məsləhət görürəm".

Qeyd edək ki, dünyada pandemiyanın yayılmasından bu günə qədər ölkəmizdə 561,925 şəxs koronavirusa yoluxub, 7 471 nəfər isə vəfat edib. Bu ümumi yoluxanların 7%-dir. Statistik rəqəm qonşu Türkiyədə yoluxanların 11%-ni, İranda 4.7%-ni, Rusiyada 3%-ni, Gürcüstanda isə 7%-ni təşkil edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1207   Tarix: 17 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

25 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

Park Yasamaldan ŞİKAYƏT: Kristal Abşeron vətəndaşı evindən çıxarmaq istəyir

ın redaksiyasına "Kristal Abşeron" şirkətindən şikayət daxil olub. Beləki, "Kristal Abşeron" şirkətinin Park Yasamal layihəsində mənzil alan vətəndaşın üzləşdiyi vəziyyət şirkətin müştərilərlə münasibətini yenidən gündəmə gətirir. Beş illik ipoteka ilə mənzil əldə edən, indiyədə

26 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı - sağlam cəmiyyətin və güclü gələcəyin təməli

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən əsas amillərdən biridir. Çünki bu gün yetişən nəsil sabah ölkənin idarəçiliyində, iqtisadiyyatında, elmində, təhsilində, mədəniyyətində v

26 oktyabr
.

Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!

Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər

26 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr