Azərbaycanda son 10 ayda 84 kişi zorakılıqla üzləşib - RƏSMİ
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu ilin sentyabr ayınadək qurumun "Qaynar xətti"nə daxil olan müraciətlərin təhlilini aparıb.
Dövlət Komitəsindən verilən məlumata görə, müraciətlər bir neçə meyara əsasən araşdırılıb.
Onun sözlərinə görə, bu meyarlara zəng edənin cinsi, ailə vəziyyəti, təhsili, iş vəziyyəti, üzləşdiyi zorakılığın növü, hansı bölgədə yaşadığı, yaşı, zəng üçün müraciət edənin kim olduğu, eləcə də yönləndirildiyi tərəfdaş qurum daxildir.
Belə ki, ötən ilin dekabrın 1-dən bu ilin sentyabrın 30-dək olan müddətdə qəbul edilən zənglərin təhlilinə əsasən müəyyən edilib ki, zəng edənlərin əksəriyyəti qadınlardır.
Komitə sözçüsü qeyd edib ki, bu müddət ərzində ümumi 359 zəng edəndən 275-i qadın, 84-ü isə kişi olub:
"Ailə vəziyyətlərini təhlil edərkən məlum olub ki, zəng edənlər arasında evli olanlar çoxluq təşkil edir. Onlar arasında 197 nəfər evli, 130 nəfər subay, 32 nəfər isə boşanıb.
Təhsil səviyyəsi meyarında orta təhsilli olanların üstünlük təşkil etdiyi məlum olub. Onlardan 262 nəfər orta təhsilli, 80 nəfər ali təhsilli, 17 nəfər isə təhsilsizdir.
Məlum olub ki, zəng edənlərin əksəriyyəti işsizdir. Bunlardan 247 nəfər işsiz, 112 nəfər işi olan şəxslərdir".
Qeyd edilib ki, zəng edənlərin əksəriyyəti psixoloji, iqtisadi, fiziki, cinsi zorakılıq növləri arasından psixoloji və fiziki zorakılığa məruz qalanlar olub:
"Həmçinin zəng edənlərin əksəriyyəti Bakıdan zəng edənlər olub. 230 nəfər paytaxtdan, 129 isə nəfər isə digər bölgələrdən olub. Ümumi zəng edənlərin əksəriyyəti 18-35 yaş arasındadır. 359 nəfərin 165-i 18-35 yaş, 121-i 35-56 yaş, 55-i 56 yaşdan yuxarı, 18-i 0-18 yaş aralığına aid olub.
Zəng edən 84 kişidən 33-ü 18-35 yaş, 34-ü 35-56 yaş, 14-ü 56 yaşdan yuxarı, 3-ü isə 0-18 yaş aralığına aiddir. Zəng edən 275 qadından 132-i 18-35 yaş, 87-i 35-56 yaş, 41-i 56 yaşdan yuxarı, 15-i 0-18 yaş aralığına aid olub. Həmçinin zəng edənlərin əksəriyyəti məişət zorakılığından zərərçəkən və vətəndaş mövqeyi göstərən şəxslərdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1139 Tarix: 18 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır
25 oktyabrAzərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25 oktyabr"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26 oktyabr"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın
25 oktyabrElm sahəsinə əlavə milyonlar ayrılacaq
Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını
25 oktyabrAzərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları
25 oktyabr