Azərbaycanda 29 yaşlı oğlan keçmiş xanımının sevgilisini qanına qəltan etdi - TƏFƏRRÜAT
Noyabrın 16-da gecə saatlarında Göyçay şəhərində 1992-ci il təvəllüdlü Mirzəyev Fərid Rza oğlunun tanışı, 1989-cu il təvəllüdlü Məmmədov Vüsal Elçin oğluna çoxsaylı bıçaq zərbələri endirirək onu öldürməyə cəhd etməsi hadisəsinin təfərrüatları üzə çıxıb.
Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Göyçayın N.Nərimanov küçəsindəki evdə baş verib. Belə ki, Fərid Mirzəyev keçmiş həyat yoldaşı S.Ağayeva ilə Vüsal arasında münasibətin olması və onların qeyri-rəsmi ər-arvad kimi yaşamasını öyrəndikdən sonra onu öldürmək qərarına gəlib. Bu məqsədlə o, özü ilə gətirdiyi bıçaqla 32 yaşlı Vüsal Məmmədova çoxsaylı zərbələr endirib. Döş qəfəsi və qarın boşluğundan öldürücü xəsarətlər alan Vüsal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmıb. F.Mirzəyev hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib.
Fərid Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1848 Tarix: 18 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır
25 oktyabrAzərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25 oktyabr"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26 oktyabr"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın
25 oktyabrElm sahəsinə əlavə milyonlar ayrılacaq
Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını
25 oktyabrAzərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları
25 oktyabr