Naxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTO

Naxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTOHər il buraya Azərbaycanın bölgələrindən və xarici ölkələrdən minlərlə zəvvar, turist və qonaq gəlir. El arasında deyirlər ki, "Əshabi-Kəhf"i yeddi il ardıcıl ziyarət etmək Kərbəla, hətta Həcc ziyarətinə bərabərdir.

"Kaspi" qəzetinin əməkdaşı Naxçıvandan məqalə hazırlayıb.

Qədim oğuz-türk yurdu Naxçıvan tarixi-memarlıq, təbiət abidələri, ilk insan yaşayış məskənləri, sənət əsərləri, mineral və müalicəvi əhəmiyyətli su mənbələri ilə zəngindir. Burada dini ziyarətgahlar, pir və imamzadələr də çoxluq təşkil edir. Təkcə ziyarətgahların sayı 140-a yaxındır. Onlar inanclı insanların, yerli və xarici turistlərin daim ziyarət etdiyi əsas məkanlardır.

Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin birgə təşəbbüsü ilə Naxçıvan şəhərinə təşkil edilən media-tur çərçivəsində bu bölgənin dini turizm potensialı, o cümlədən iki əsas ziyarətgahla daha yaxından tanış edilib.

Naxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTONuh Peyğəmbərin yurdu

Bu ziyarətgahlardan biri Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsidir. Rəvayətə görə, təxminən 7500 il bundan əvvəl baş vermiş daşqın zamanı Həzrəti Nuh peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki İlandağa toxunub, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salıb. Həmin yerin Gəmiqaya adlandırılması, bu ərazidə Nəbi yurdu adlanan yaylaq yerinin və yaxınlıqda Nuhdaban adlanan qədim yaşayış məskəninin mövcud olması, əfsanədə öz əksini tapan mətləblərin gerçəkliyə uyğunluğunu ehtimal edir. Həzrəti Nuh peyğəmbərlə bağlı rəvayətlərdə hətta onun özünün və bacısının məzarlarının Naxçıvan şəhərində olması barədə məlumatlar öz əksini tapıb. Nuh və ona iman gətirənlərin mindiyi gəminin ilk dəfə Naxçıvanda quruya çıxması ilə insanların burada məskən salması da rəvayətlərdə yer alıb.

İddia olunur ki, yeni nəsil məhz buradan törəyərək artıb, təşəkkül tapıb. Təsadüfi deyil ki, "Naxçıvan" sözü "Nuh tərəfdarlarının çıxdığı yer" mənasında işlədilir, muxtar respublikaya Nuh Yurdu da deyilir.

Naxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTOTədqiqatçılar məlumat veriblər

"Naxçıvanqala" Tarix Memarlıq Muzey Kompleksinin direktoru Rəhim Rəhimovun verdiyi məlumata görə, Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi turistlərin ən çox ziyarət etdikləri abidələrdən biridir. Onun sözlərinə görə, Nuh türbəsi Naxçıvan şəhərinin cənub tərəfində Köhnəqala adlanan ərazidə VIII-XII əsrlərə aid memarlıq abidəsidir. Nuhun türbəsinin Naxçıvanda olması haqqında İ.Şopen, Dyubua-de Monpere, K.A.Nikitin, V.M.Sısoyev və digər tədqiqatçılar məlumat veriblər. Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli də XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuhun türbəsinin naturadan şəklini çəkib. Əsərdə Nuh peyğəmbərin türbəsi ilə yanaşı, yerləşdiyi ərazi təsvir edilib.

Naxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTOQafqazın ən böyük məscid kompleksi tikilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında" 2006-cı il 28 iyun tarixli Sərəncamı əsasında 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunub, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılıb. 2010-cu ildə türbənin yaxınlığındakı Köhnəqala - Naxçıvanqala əvvəlki görkəminə qaytarılıb, muzey yaradılıb. Ali Məclis Sədrinin 2013-cü ildə imzaladığı digər sərəncamla "Naxçıvanqala" Tarix Memarlıq Muzey Kompleksi yaradılıb. Hazırda bu ərazidə Qafqazın ən böyük məscid kompleksindən biri inşa edilir.

Naxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTOQurani-Kərimdə adı çəkilən "Əshabi-Kəhf"

Muxtar respublika ərazisində mövcud olan dini obyektlərdən ən mühümü müqəddəs Qurani-Kərimin "Əl-Kəhf" surəsində haqqında bəhs edilən "Əshabi-Kəhf" ziyarətgahıdır. "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıq zamanı bələdçi Ələkbər Məmmədli söylədi ki, müqəddəs kitabın "Əl-Kəhf" ("Mağara") surəsinin 9, 10, 11, 12 və 18-ci ayələrində mağara barədə ayrıca bəhs olunması, bu qədim ziyarətgahın İslama qədərki dövrdə tanınmasına və məşhurlaşmasına dəlalət edir: "Dini rəvayətə görə, qədim dövrlərdə şahın zülmündən bezən gənclər təkallahlığa iman gətirib və hökmdarın qəzəbindən qaçmaq üçün bu mağaraya sığınıblar. Allah onları 309 il yuxuya verib, şahın zülmündən qoruyub. Sözügedən mağara Naxçıvan şəhərindən, təqribən 12 km aralıda – Culfa rayonunda, Haçadağ və Nəhəcir dağları arasındakı ərazidə yerləşir. Dəniz səviyyəsindən 1665 metr yüksəklikdəki mağara ən qədim zamanlardan ulu tanrıya pənah gətirənlərin, müqəddəsliyə, ilahi gücə inananların səcdəgahı olub. Aparılmış tədqiqatlar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən "Əshabi-Kəhf" məhz Naxçıvandadır".

Xatırladaq ki, ulu öndər Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə "Əshabi-Kəhf"də abadlıq və yenidənqurma işləri aparılıb. 2004-cü ildən ziyarətgah "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksi adı altında fəaliyyət göstərməyə başlayıb. Son illərdə "Əshabi-Kəhf" ziyarətgahının ərazisində aparılmış yenidənqurma, bərpa və abadlıq işləri zamanı zəvvarlar üçün daha rahat şərait yaradılıb və məscid tikilib. Hər il buraya Azərbaycanın bölgələrindən və xarici ölkələrdən minlərlə zəvvar, turist və qonaq gəlir. El arasında deyirlər ki, "Əshabi-Kəhf"i yeddi il ardıcıl ziyarət etmək Kərbəla, hətta Həcc ziyarətinə bərabərdir.
Naxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTONaxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTONaxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTONaxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTONaxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTONaxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTONaxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTONaxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTONaxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTONaxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTO


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 2271   Tarix: 20 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Husilər İsrailə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüblər

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər İsrailə növbəti raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüblər. "Report" TASS-a istinadən xəbər verir ki, hərəkatın nümayəndəsi Yəhya Saria bildirib ki, üsyançı qüvvələr Təl-Əvivdəki hərbi obyektə hipersəsli ballisti

3 may 2025
.

Tramp Uitkoff və Kuşnerin İslamabada səfərini ləğv edib

ABŞ Prezidenti Donald Tramp xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib. "Report"un məlumatına görə, o, bunu "Fox News" telekanalının jurnalisti Aişə Hesniyə deyib. Jurnalist "X" sosial şəbəkəsində yazı

26 aprel
.

Xaricə səfərdən əvvəl bu 4 məqama diqqət edin - Ekspertdən TÖVSİYƏ

Fransada keçirilən etiraz aksiyaları fonunda Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkəyə səfərlə bağlı xəbərdarlıq və tövsiyələri turistlərin səyahət planlarına yenidən baxmasına səbəb ola bilər. Təhlükəsizliklə bağlı narahatlıqlar bəzi şəxslərin səfərlərini təxirə salmasına, alternativ istiqamətlə

21 oktyabr
.

Cəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçib

8-10 sentyabr 2026-cı il tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən WTM Spotlight Riyadh 2026 beynəlxalq turizm sərgisində Zakher Travel olaraq Azərbaycanı təmsil etməkdən böyük qürur duyduq. xəbər verir ki, bunu sözügedən şirkətin prezidenti Cəfər Qara deyib. O bildirib ki, Zakhe

15 sentyabr
.

Hakan Fidan: "Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəs səylərini dəstəkləyir"

"Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə yetirməyə hazırdır". -ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Ukrayna üzrə qondarm

11 may 2025
.

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo

21 fevral
.

Aİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb

Avropa ölkələrinin nümayəndələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması məsələsi ilə bağlı İranın hərbi-dəniz qüvvələri, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) danışıqlara başlayıblar. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb

17 may
.

Boğulma hadisələri daxili turizmə təsir göstərir - AÇIQLAMA

Yay mövsümündə çimərliklərdə baş verən boğulma halları və təhlükəsizliklə bağlı problemlər cəmiyyətin ciddi narahatlıq doğuran məsələlərindən birinə çevrilir. Bu cür hadisələr təkcə insanların həyatı üçün risk yaratmır, həm də ölkənin turizm imicinə və daxili turizmin inkişafına təsir göstərən amillərdə

5 avqust
.

KİV: ABŞ-də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb

ABŞ-nin bəzi şəhərlərində Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb. "ICE - rədd ol!" - şüarının səsləndirildiyi qeyd olunub. Qəzetin məlumatın

1 fevral