Uşaqlar üçün "Squid Game" təhlükəsi - ARAŞDIRMA

Uşaqlar üçün "Squid Game" təhlükəsi - ARAŞDIRMAUşağın onlayn fəaliyyətinə nəzarət etmək sizin əlinizdədir. Mütəxəssislərin fikirləri və aparılan araşdırmalar onu göstərir ki, uşaqların internetdən istifadəsində mütləq bir limit və ciddi nəzarət olmalıdır, əks halda...

Talehin 4 yaşı var. Telefon, kompüter, planşet ən sevimli oyuncağıdır. Qlobal "hörümçək toru" digər insanlar kimi onu da təsir dairəsinə alıb. Hazırda internet ən böyük xoşbəxtliyidir. Düzdür, virtual aləmin insana zövq verən tərəfləri çoxdur. Lakin uşaqlar üçün nəticələri hər zaman yaxşı olmur. Taleh son günlərin məşhur "Squid Game" serialını izləyib. Bacısı ilə oyun oynayarkən məğlub olduğu üçün onu öldürməyə çalışıb.

Məlumat üçün bildirək ki, Cənubi Koreya istehsalı olan serialda uduzanın öldürüldüyü uşaq oyunlarından bəhs edilir.

Düzdür, internetdən istifadə uşaqların dünyagörüşü, məlumatlarını artırır. Lakin virtual şəbəkədə aqressiv və ya sosial təhlükəli məzmunda olan informasiyalar, məlumatlar, şərhlər, yazılar, audio və videomateriallar, filmlər, reklamlar kifayət qədərdir. Təbii ki, bununla əlaqədar uşaqların internetdən istifadə zamanı müxtəlif arzuolunmaz məlumata əlçatanlığının, sərf etdikləri gündəlik saatların və digər tənzimlənməli faktorların vacibliyi ön plana çıxır. Bəs uşağın aldığı məlumatlara valideyn nəzarət edə bilərmi? Uşağın yanında olmadıqda belə, telefon, planşet, kompüterləri necə uzaqdan idarə edə bilərik?

"Kaspi" qəzeti bu barədə araşdırma aparıb.

Yeni texnologiyalar, telekommunikasiya və innovasiyalar üzrə ekspert Cəlil Xəlilov deyir ki, hər bir valideyn cihazdan asılı olmayaraq, əlavə proqramlar yükləmədən internetdə övladına nəzarət edə bilər:

"Cihazdan asılı olmayaraq, istifadə etdiyimiz hər bir platforma əlavə proqramlar yükləmədən istər telefonda, planşetdə (android və ya iOS əməliyyatlı), istərsə də kompüterdə (Windows və ya Mac əməliyyat sistemli) bir sıra geniş "uşaq nəzarəti" imkanlarını təqdim edir. İnternetə giriş məhdudiyyəti günün vaxtından asılı olaraq, cihazdan istifadə etmə saatlarının təyini, ayrıca tətbiq/proqram səviyyəsində istifadə məhdudiyyəti, müəyyən olunan internet səhifələrinə və ya ümumi şərtli saytlara (məsələn 18+) giriş məhdudiyyəti, telefondan yalnız müəyyən kontaktlara yığa bilmə və digər əlverişli nəzarət ayarları mövcuddur. Bütün bunları valideyn birbaşa öz telefonunda ayarlar bölməsində sazlaya bilər".

Ekspert deyir ki, nəzarətin işləməsi üçün valideyn uşaqların cihazlarında istifadə etdikləri hesabları (account) düzgün şərtlə – uşaq hesabı kimi yaradaraq (child account) ekosistemdə vahid ailə hesabı (family account) çərçivəsində təyin etməlidir: "Yalnız bu prinsiplə yaradılan hesablar idarə oluna bilir və bütün funksiyalar düzgün işləyir. Hər bir əməliyyat sistemində özünəməxsus idarəetmə mexanizmləri var: "Android" əməliyyat sistemində bu "Google Family Link" proqramı vasitəsilə, iOS sistemində birbaşa ayarlar menyusunda "ekran vaxtı" bölümündə, "Windows" əməliyyat sistemində "Family Safety" proqramı vasitəsilə həyata keçirilir. Valideyn bu alətlərdən yararlanaraq uşağın istifadə etdiyi cihazı, onunla keçirdiyi vaxtı, girdiyi hər bir proqramı idarə edib məhdudiyyətlər qoya bilər. Bu da o deməkdir ki, uşağın internetdə və cihazdan istifadəsində nəzarət və arzuolunmaz kontentə giriş uzaqdan asanlıqla təmin və idarə oluna bilər".

Uşaq psixoloqu Nikolay Kuznetsov deyir ki, uşaqların internetdə üzləşdiyi psixoloji cəhətdən ən çətin hadisələrdən biri "kiber buillinq"dir. Psixoloqun sözlərinə görə, internetlə uşağı tək buraxmaq yad adamla tək qoymaqla eynidir: "Valideynin xəbəri olmadan uşaq tanımadığı insanlar tərəfindən virtual aləmdə zorakılığa məruz qala bilər. Hər şey zahirən zərərsiz zarafatlar və istehza ilə başlayar və yeniyetmə intihar etməyə hazır olduqda kədərli nəticələrə səbəb olur. Əksər hallarda uşağın özü heç bir şeydə günahkar deyil. Sadəcə ona qarşı silah tutan kütlənin gücünə müqavimət göstərmək onun üçün inanılmaz dərəcədə çətindir. Səbəblər çox əhəmiyyətsizdir".

Psixoloq deyir ki, internetdə təhqir olunmaq real həyatdakından daha çətindir: "Çünki zorakılığa məruz qalmağın ətrafda hiss olunmur. Bu zorakılıq onlarla təhqir və birbaşa hədələrlə gücləndirilir. Yeniyetmə yaxşı yatmır, daha pis oxumağa başlayır, depressiyaya düşür, özünə çəkilir və heç kimi görmək istəmir". Psixoloqun sözlərinə görə, belə vəziyyətdə valideynlərin uşağa kiber zorakılığın qurbanına çevrilməsinin onun günahı olmadığını çatdırması vacibdir: "Uşağa hər zaman onun yanında olacağını və kömək edəcəyini çatdırmaq vacibdir. Əgər zorakılıq sürətlə davam edirsə, onu dayandırmaq üçün bütün qapıları döymək lazımdır: zorakılığı törədən uşaqların valideynlərinin, müəllimlərin və direktorun mesajlarını bloklamaq üçün resurs administratorları ilə əlaqə saxlayın".

Müasir dövrdə uşaq və yeniyetmələrin internetdən istifadəsini tamamilə qadağan etmək düzgün deyil. Çünki onlar informasiya dövrünün uşaqlarıdır. Amma onun onlayn fəaliyyətinə nəzarət etmək sizin əlinizdədir. Mütəxəssislərin fikirləri və aparılan araşdırmalar onu göstərir ki, uşaqların internetdən istifadəsində mütləq bir limit və ciddi nəzarət olmalıdır. Əks halda, aqressiv, ünsiyyətdən qaçan və kompleksli bir nəslin yetişməsinə şərait yaradacağıq.
Uşaqlar üçün "Squid Game" təhlükəsi - ARAŞDIRMA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3824   Tarix: 27 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?

Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını

26 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr
.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

25 oktyabr
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə

26 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr