Bakıda dönərdən zəhərlənənlərin hamısı evə buraxılıb - YENİLƏNİB + FOTO

Bakıda dönərdən zəhərlənənlərin hamısı evə buraxılıb - YENİLƏNİB + FOTOÖtən gün Bakıda dönərdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən səkkiz nəfərin hər biri evə buraxılıb.

Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, gətirilərkən onların vəziyyətləri orta-ağır olsa da, qısa müddət ərzində həkimlərin sayəsində sağalıblar.

Xatırladaq ki, 1-i qadın, 7-si kişi olmaqla qəbul olunan 8 nəfərin hər biri dünən gün ərzində müxtəlif vaxtlarda "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər.

Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır və adıçəkilən obyektin fəaliyyəti dayandırılıb.

Həmçinin baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

11:49
"Bu günə qədər belə hadisə baş verməyib, heç vaxt şikayət olmayıb".

Bu barədə Oxu.Az-a Bakıda kütləvi zəhərlənmə qeydə alınan "Dönər Market"in administratoru Orxan Ağayev deyib.

O bildirib ki, ətin sertifikatı var:

"Əti gətirən şirkət də, biz də məhsula cavabdehik. Bütün sertifikatlar var. Birinci belə haldır baş verir. Həmin səkkiz nəfərin dönərdən zəhərlənməsinin sübut olunmasını gözləyirik. Ekspertizanın cavabını gözləyirik. AQTA tərəfindən sertifikatımız var. İki ildən çoxdur fəaliyyət göstəririk, belə hadisə baş verməyib. Əti bizə gətirən şirkət var, biz də onlardan tələb edəcəyik ki, vəziyyəti izah etsinlər.

Koronavirusla bağlı hər həftə müəssisədə dezinfeksiya işləri də aparılır. Ətlərə gəldikdə isə, istəyirsinizsə, özüm də bu ətlərdən yeyim. Mən ölməsəm, deməli, məhsulda problem yoxdur. Bu birinci haldır baş verib. Ola bilər həmin vətəndaşlar dönərdən sonra başqa qida qəbul ediblər, bəlkə də ondan zəhərlənmə olub".
Bakıda dönərdən zəhərlənənlərin hamısı evə buraxılıb - YENİLƏNİB + FOTOBakıda dönərdən zəhərlənənlərin hamısı evə buraxılıb - YENİLƏNİB + FOTOBakıda dönərdən zəhərlənənlərin hamısı evə buraxılıb - YENİLƏNİB + FOTOBakıda dönərdən zəhərlənənlərin hamısı evə buraxılıb - YENİLƏNİB + FOTO11:30
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verən obyektin fəaliyyəti dayandırılıb.

Bu barədə Oxu.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Bədəlbəyli küçəsində yerləşən dönərxananın fəaliyyəti ötən gündən etibarən dayandırılıb.

11:04

Bakıda dönərdən zəhərlənənlərin adları məlum olub.

Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Zəhərlənən şəxslərin siyahısı:

Cavid Bayramov

Murad Xəlilov

Tünzalə Fəttahova

Həmid Əliyev

Səid Soltanov

Rafiq Mirzəyev

Qüdrət Ömərov

Maqsud Soltanov.

Mərkəzdən bildirilib ki, zəhərlənənlər arasında 16 yaşlı yeniyetmə Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib:

"Onlar "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər. Vəziyyətləri yaxşılaşan Q.Ömərov, M.Xəlilov artıq evə buraxılıblar. Digərlərinin müalicəsi davam etdirilir".

10:47

Daxili İşlər Nazirliyi (DİN) Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

DİN-nin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub:

"Hazırda Nəsimi RPİ-də bununla bağlı araşdırmalar aparılır".

10:42

Bakıda dönərxanalardan birində baş vermiş kütləvi zəhərlənmə iddiası ilə bağlı rəsmi qurumlar hərəkətə keçib.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

10:26

"Zəhərlənən şəxslərin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir".

Bu sözləri Oxu.Az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu deyib.

E.Hidayətoğlu bildirib ki, zəhərlənən şəxslərdən biri evə buraxılıb:

"Səkkiz nəfərdən biri qadın, digərləri kişidir. Zəhərlənənlərin dediyinə görə, dönəri "28 Mall" yaxınlığında yerləşən dönərxanalardan birindən alıblar. Hadisə ötən gün saat 13:00-17:00 aralığında baş verib. Bu adamların xəstəxanaya müraciəti bir neçə saat ərzində artıb. Zəhərlənənlərdən bəzilərinin vəziyyəti orta-ağır, bəzilərinin vəziyyəti isə stabildir".

10:10

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

Onun sözlərinə görə, zəhərlənənlərin hamısı Kliniki Tibbi Mərkəzə gətirilib:

"İlkin məlumatlara görə, müxtəlif vaxtlarda dönərdən zəhərlənən səkkiz nəfər gətirilib. Onlardan biri yeniyetmədir".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 8505   Tarix: 13 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gürcüstanda qohumunu öldürməkdə təqsirli bilinən azərbaycanlı saxlanılıb

Tbilisidə Azərbaycan vətəndaşının qəsdən öldürülməsində şübhəli bilinən şəxs Gürcüstanın Batumi Beynəlxalq Hava Limanında saxlanlıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, əməliyyat Tbilisi Polis Departament

11 iyul
.

Sürücü öldü, maşındakı badımcanlar kanala səpələndi - Video

Qusarın Samur qəsəbəsində (SDK yolu adlanan ərazi) ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" "Shimal.News"a istinadən xəbər verir ki, Samur-Dəvəçi kanalının yaxınlığında "DAF" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə 28 yaşlı sürüc

7 iyul
.

Qaradağda AĞIR QƏZA - Ölən və yaralananlar var

Qaradağ rayonunda ölümlə nəticələnən qəza olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza hadisəsi rayonun Qobustan qəsəbəsi ərazisində baş verib. Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını "VAZ 21015" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"ı

11 iyul
.

Şirniyyat dükanına silahlı hücum edən yeniyetmələr həbs olunub - VİDEO

Türkiyənin Adana şəhərində ötən il iki dəfə silahlı hücuma məruz qalan şirniyyat dükanı bir neçə gün əvvəl yenidən atəşə tutulub. Polis araşdırması nəticəsində hücumu həyata keçirənlərin 15 və 16 yaşlı yeniyetmələr olduğu müəyyən edilib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Seyhan rayonund

7 iyul
.

Lisenziyası ləğv edilən plastik cərrah hovuzda ölü tapıldı

ABŞ-ın Kaliforniya ştatında keçmişdə estetik əməliyyatdan sonra bir pasiyentin ölümünə görə həkimlik lisenziyası ləğv edilən 71 yaşlı plastik cərrah Sarva Aldoori yaşadığı evin hovuzunda ölü tapılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Bakersfild şəhərində baş verib. Polis həkimin ölüm səbəbini

6 iyul
.

Pitbullun hücumuna məruz qalan 4 yaşlı qız həyatını itirib

Almaniyanın Maqdeburq şəhəri yaxınlığında baş verən faciəvi hadisədə pitbull cinsindən olan it 4 yaşlı qıza hücum edib. Ağır xəsarətlər alan azyaşlı həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Maqdeburq yaxınlığındakı Osternienburge

10 iyul
.

Ağır yol qəzası: eyni ailədən 3 nəfər həlak olub

Türkiyənin Malatya vilayətinin Arguvan rayonunda gecə saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində eyni ailənin üç üzvü həyatını itirib, bir nəfər isə xəsarət alıb. xarici mediaya istinadla xəbər verir ki, qəza Arguvan rayonunun Morhamam məhəlləsi ərazisində qeydə alınıb. İlkin məlumat

6 iyul
.

Kuryer şirkətinin avtomobilini yandırmağa cəhd edən şəxs saxlanılıb - VİDEO

Türkiyənin Aksaray şəhərində evinin qarşısında avtomobil park edilməsinə etiraz edən 35 yaşlı şəxs kuryer şirkətinə məxsus yük avtomobilinin təkərlərini kəsərək onu yandırmağa cəhd edib. xarici mediaya istinadla xəbər verir ki, Selçuk bulvarında yaşayan Şaban A. daha əvvəl yük avtomobilinin sürücüs

8 iyul
.

Sərhəd Keçid Məntəqəsində 2 vaşaq və 2 serval pişiyi ələ keçirilib

Türkiyənin Ədirnə vilayətində yerləşən Hamzabəyli Sərhəd Keçid Məntəqəsində aparılan yoxlamalar zamanı xarici nömrə nişanlı avtomobildə qanunsuz daşınan 2 vaşaq və 2 serval pişiyi aşkarlanaraq mühafizəyə götürülüb. Bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyənin Təbiətin Mühafizəsi və Mill

7 iyul