Bəxtsiz gənc dəhşətli HADİSƏ törətdi: Bıçaqladığı şəxsə təcili yardım çağırdı, faydası olmadı

Bəxtsiz gənc dəhşətli HADİSƏ törətdi: Bıçaqladığı şəxsə təcili yardım çağırdı, faydası olmadı2021-ci ilin fevralın 8-də, gecə saatlarında baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az istintaq materiallarına əsasən, hadisənin motivlərini təqdim edir.

Qətli törətmiş 1990-cı il təvəllüdlü Elvin Əhmədovun həyat yoluna nəzər yetirəndə görünür ki, onun taleyində uşaq vaxtlarından məşəqqətlər başlayıb, yəni bəxti gətirən olmayıb.

Anası və bacısı hələ o uşaq ikən ailəsini tərk edib, daha sonra atası vəfat edib.

Elvin bu günə qədər anası və bacısından xəbərsizdir, onun böyük qardaşı da itkin siyahısındadır. Elvinin digər qardaşı da həbs həyatı yaşayır.

Kədərli tale yaşayan Elvinin üzü nəhayət 2019-cu ildə gülməyə başlayıb, belə ki, o, sevdiyi xanımla evlənib və bu nikahdan bir övladı dünyaya gəlib.

Elvin Tovuz rayonu Ceyrançöl qış otlaq sahəsində, atasının əmisi nəvəsi Vüsal Qurbanovun fermasında çoban kimi işləyib ailəsini dolandırıb. Vüsal Qurbanov Elvinin atası öldükdən sonra həmişə onun əlindən tutub, ona dayaq olub.

Elvin evləndikdən sonra gündəlik qayğılarla yaşayıb və evinə bir tikə çörək qazanmaq üçün qış otlaq sahəsində əlləşib-vuruşub.

Heç kimlə işi yox, başını aşağı salıb işini görür və ferma sahibi də, digərləri də ondan çox razıdırlar.

Günlərin birində, 2021-ci ilin fevralın 7-də qayınatası ona zəng edir, deyir ki, Elvinin bacanağı Rahilin qaldığı yatağa qonaq gedəcək. Elvinə bildirir ki, Rahil onu da çağırıb.

"Kaş ki getməyəydi" deyirsən, amma adını nə qoyuruqsa qoyaq, görünür ki, olacaqlardan qaçmaq olmur.

Rahil özü də başqasının yatağında çoban işləyir. Həmin yataqda bacanağı Rahilin ailəsindən başqa digər ailələr də yaşayır.

Onlar gəlirlər, yeyib içirlər, sonradan qətlə yetirilən İlqar Məmmədov da onlarla birlikdə olur.

İçkinin təsirindən İlqar Məmmədov zarafatla ciddiyyətin sərhədini itirir, belə ki, o, Rahilin azyaşlı qızını da özləri ilə aparacağını deyir.

Elvin Əhmədov ifadəsində deyib: "Biz yeyib-içdikdən sonra çölə çıxdıq, hamı öz evinə getməyə hazırlaşırdı. İlqar Rahildən balaca qızını özləri ilə aparmaları üçün icazə istədi. Rahil isə başqa vaxt gəlib onlarla qalmasını bildirdi. Mənim baldızım Aybəniz də Rahilin razı olmadığını dedi. İlqar isə "Rahil qələt eləyir, mən deyəndən sonra Rahil kimdir" dedi".

İlqarın guya ərklə dediyi bu söz Elvinin xoşuna gəlmir, o iradını səsləndirir ki, ailələrin yanında belə davranış yolverilməzdir.

Mübahisə dərinləşir, vəziyyət o həddə çatır ki, emosiyaları sakitləşdirmək üçün araya girən Elvinin qayınatası İlqarın hədəfinə gəlir.

"Biz maşına minib getmək istəyirdik, bir də gördüm ki, İlqar əlinə ağac parçası alıb arxadan qayınatamın başına zərbə endirdi", - deyə, Elvin ifadəsində söyləyib.

Bundan sonra onun İlqarla davası başlayır, əlbəyaxa olurlar, İlqar Elvinin ailəsinin yanında onu yumruqla vurur və nalayiq ifadələr işlədir.

Qisas almaq niyyətinə düşən Elvin İlqar Məmmədovu qəsdən öldürmək qərarına gəlir (istintaq belə deyir), cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə bacanağı Rahil Qeybalıyevin qaldığı otağa gedərək otaqda olan stolun üzərindəki bıçağı götürür. Onları sakitləşdirmək mümkün olmur, Elvin İlqarın üzərinə hücum edərək əlindəki bıçaqla onun döş qəfəsinə bıçaq zərbəsi endirir.

Yataqda olanlar, o cümlədən İlqar Məmmədovun ailəsi hadisədən xəbər tutur, bu zaman Elvin peşmançılıq hiss edir və şəxsən özü təcili yardım çağırır. Təcili yardım gecikdiyi üçün İlqarı avtomobilə qoyub xəstəxanaya aparırlar, İlqar özü isə yaralı halda başı Elvinin dizinin üstündə olur.

İlqarı xəstəxanaya aparsalar da, onun həyatını xilas etmək mümkün olmur.

Elvin ifadəsində qeyd edib ki, onun İlqarı öldürmək niyyəti olmayıb.

Məhkəmə Elvinin əməlini Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) ilə tövsif edib və Elvinə 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1486   Tarix: 16 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub

10 oktyabr
.

Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib

Qaxın Zəyəm kəndində məktəbdə yıxılan şagird xəsarət alıb. APA-ya istinadən xəbər verir ki, kənd sakini 2012-ci il təvəllüdlü İ.Mustafazadə təhsil aldığı Zəyəm kənd tam orta məktəbində yıxılaraq xəsarət alıb. 9-cü sinif şagirdi olan İ. Mustafazadə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Ona ilki

20 oktyabr
.

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye

11 oktyabr
.

Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onlar xəstəxanay

18 oktyabr
.

Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi

Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu

18 oktyabr
.

Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı

Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1

11 oktyabr
.

Çörək bıçağına görə arvadını döydü, cinayət işi açıldı

Ağcabədidə kişi arvadını döyüb. xəbər verir ki, hadisə rayonun kəndlərinin birində qeydə alınıb. Kənd sakini 36 yaşlı Arif Mustafayev (şərti adla) yaşadıqları evin həyətində arvadını taxta parçası ilə döyüb. Buna səbəb isə arvadının çörək kəsdikləri bıçağı həyətdəki tualetin yanına, mişar daşının üstün

18 oktyabr
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

4 oktyabr
.

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili

14 oktyabr