Ələtdəki dəhşətli qəzanın təfərrüatı: Sürücü narkotik qəbul edibmiş - FOTO

Ələtdəki dəhşətli qəzanın təfərrüatı: Sürücü narkotik qəbul edibmiş - FOTOBakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 61-ci kilometrliyində baş verən qəzada "Ford Transit" markalı mikroavtobusun sürücüsünün narkotik vasitə istifadə etdiyi məlum olub.

Sonxeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Belə ki, 17 dekabr 2021-ci il tarixdə saat 19:45 radələrində 1985-ci il təvəllüdlü Gədəbəy rayon sakini İsmayılov Cəmşid Alı oğlu idarə etdiyi "Ford Transit" markalı, 99-CA-495 dövlət qeydiyyat nişanlı mikroavtobusla Qazax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan, 1984-cü il təvəllüdlü Saatlı rayon sakini Əliyev Rövşən Yaşar oğlunun idarə etdiyi VAZ-2105 markalı, 50-DU-435 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində "Ford Transit" markalı mikroavtobusda olan sərnişinlər 2001-ci il təvəllüdlü Əlili Əli Xaliq oğlu və 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə Təlfildar qızı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə, 1987-ci il təvəllüdlü Əliyeva Samirə Nüsrət qızı, 1980-ci il təvəllüdlü Əliyev Xaliq Şahbaz oğlu, 1994-cü il təvəllüdlü Mərdanov Zabit Rəhman oğlu travma şöbəsinə yerləşdirilib, 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə Fizuli qızı, 1968-ci il təvəllüdlü Ağabəyova Gülnaz Baba qızı, 1961-ci il təvəllüdlü Məmmədova Təranə Fərman qızı və 2008-ci il təvəllüdlü Əlili Nigar Xaliq qızı müayinə olunaraq evə buraxılıblar.

Hadisədən sonra tibbi müayinə zamanı "Ford Transit" markalı mikroavtobusun sürücüsü Cəmşid İsmayılovun narkotik vasitə olan marixuanadan istifadə etdiyi məlum olub və o, özü də bunu etiraf edib.

Bununla yanaşı müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş sürücü Cəmşid İsmayılov, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə, yəni yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub başqa şəxslərin sağlamlığına zərər vurduğuna görə 2011-ci və 2013-cü illərdə cinayət məsuliyyətinə cəlb edilib.
Ələtdəki dəhşətli qəzanın təfərrüatı: Sürücü narkotik qəbul edibmiş - FOTOƏlətdəki dəhşətli qəzanın təfərrüatı: Sürücü narkotik qəbul edibmiş - FOTOƏlətdəki dəhşətli qəzanın təfərrüatı: Sürücü narkotik qəbul edibmiş - FOTOƏlətdəki dəhşətli qəzanın təfərrüatı: Sürücü narkotik qəbul edibmiş - FOTOƏlətdəki dəhşətli qəzanın təfərrüatı: Sürücü narkotik qəbul edibmiş - FOTOƏlətdəki dəhşətli qəzanın təfərrüatı: Sürücü narkotik qəbul edibmiş - FOTO


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1303   Tarix: 18 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub

10 oktyabr
.

Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib

Qaxın Zəyəm kəndində məktəbdə yıxılan şagird xəsarət alıb. APA-ya istinadən xəbər verir ki, kənd sakini 2012-ci il təvəllüdlü İ.Mustafazadə təhsil aldığı Zəyəm kənd tam orta məktəbində yıxılaraq xəsarət alıb. 9-cü sinif şagirdi olan İ. Mustafazadə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Ona ilki

20 oktyabr
.

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye

11 oktyabr
.

Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onlar xəstəxanay

18 oktyabr
.

Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi

Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu

18 oktyabr
.

Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı

Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1

11 oktyabr
.

Çörək bıçağına görə arvadını döydü, cinayət işi açıldı

Ağcabədidə kişi arvadını döyüb. xəbər verir ki, hadisə rayonun kəndlərinin birində qeydə alınıb. Kənd sakini 36 yaşlı Arif Mustafayev (şərti adla) yaşadıqları evin həyətində arvadını taxta parçası ilə döyüb. Buna səbəb isə arvadının çörək kəsdikləri bıçağı həyətdəki tualetin yanına, mişar daşının üstün

18 oktyabr
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

4 oktyabr
.

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili

14 oktyabr