Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli sərəncamı ilə Məmməd Aslan oğlu Abbasbəyli İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
İqtisadiyyat Nazirliyindən Sonxeber.az-a verilən məlumatda bildirilib ki, 1975-ci il təvəllüdlü Məmməd Abbasbəyli Gəncə şəhərində anadan olub, Xəzər Universitetində beynəlxalq əlaqələr, Bakı Dövlət Universitetində hüquq ixtisası üzrə ali təhsil, həmçinin ABŞ-ın Perdyu və Corc Vaşinqton universitetlərində hüquq üzrə magistr dərəcəsi alıb.
2000-ci ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının həqiqi üzvüdür.
Əmək fəaliyyətinə 2000-ci ildə Nyu-York şəhərində yerləşən "Salans Hertzfeld & Heilbronn" hüquq şirkətində başlayıb, 2003-cü ilədək şirkətin Bakı ofisində fəaliyyətini davam etdirib. 2004-2008-ci illərdə bir sıra iri xarici sənaye və investisiya korporasiyalarında hüquqşünas, hüquq bölməsinin rəhbəri və baş menecer vəzifələrində işləyib.
2009-2014-cü illərdə Azərbaycanda fəaliyyət göstərən xarici şirkətin baş icraçı direktoru olub. Eyni dövrdə mobil və stasionar rabitə və telekommunikasiya, xarici qızıl və əlvan metal hasilatı, neft-qaz və iri tikinti sənayesi şirkətlərinin direktorlar şuralarının həmsədri və üzvü kimi fəaliyyət göstərib. 2013-2014-cü illərdə ADA Universitetinin Biznes fakültəsinin Himayədarlar Şurasının üzvü və Şura nəzdindəki komitənin həmsədri olub.
2019-cu ildə iqtisadiyyat nazirinin müşaviri təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin edilib. Bununla yanaşı, 2020-ci ildə İqtisadiyyat Nazirliyinin Apelyasiya Şurasının və Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.
Ailəlidir, 3 övladı var.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1508 Tarix: 24 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşİƏT Pİ-nin 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olundu
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olunub. xəbər verir ki, sənəd əsasən Fələstinə, regional münaqişələrin sülh yolu ilə həllinə və İslam dünyasında əməkdaşlıq perspektivlərinin inkişafına həsr olunub. Bəyannamənin mətnin
25 iyunTeymur Musayevin müavinlərinin SAYI ARTIRILDI - Fərman
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə əsasən, səhiyyə nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb. Qeyd edək ki, hazırda səhiyyə nazir
2 iyulİlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularım
3 iyulİlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri
30 iyunPrezident İlham Əliyev Kral III Çarlzı təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd
13 iyunAzərbaycan nümayəndə heyəti İrandadır
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak üçün Tehrana gedib. xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın nümayəndə heyətini hava limanında parlament sədri Məhəmməd Baqir Qalibafın müavini qarşılayıb. Qeyd edək ki, İran
3 iyulAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
2 iyul