Azərbaycanlı turistlərə koronavirusdan sığorta tələbi - onu almaq mümkündürmü?

Azərbaycanlı turistlərə koronavirusdan sığorta tələbi - onu almaq mümkündürmü?Koronavirus pandemiyası ilə əlaqədar olaraq son zamanlar bir sıra ölkələr visa məsələlərini sərtləşdirib. Belə ki, artıq visa müraciətləri zamanı təqdim edilən səyahət sığortalarında COVID-19 təminatı ilə bağlı maddənin mövcud olması, təminat məbləğinin maksimum həddə olması tələb olunur.

Azərbaycan ərazisində fəaliyyət göstərən sığorta şirkətlərinin təqdim etdiyi sığorta sənədində bu barədə müdəaların olmaması və COVID-19-la bağlı təminatın 1000-1500 manat civarında olması Azərbaycandan həmin ölkələrə uçmaq istəyənlərə müəyyən problem yaradır. Bir çox hallarda isə vətəndaşlarımız bu problemi həll etmək üçün xarici sığorta şirkətlərinin xidmətlərindən istifadə etməyə məcbur olur.

"Report"a açıqlaması zamanı məsələnin bu gün gündəmdə olan əsas problemlərdən biri olduğunu qeyd edən sığorta məsələləri üzrə ekspert Əli Bayramov bildirir ki, bu sığorta şirkətlərinin qeyri-peşəkar olması ilə əlaqədardır:

"Bütün Avropa ölkələri olmasa da dövlətlərin böyük əksəriyyəti, hətta qonşu Gürcüstan belə COVID-19 təminatı olmadan xarici vətəndaşları öz ərazilərinə buraxmırlar.

Bundan əlavə tələblər arasında limitlərlə bağlı də şərtlər var. Belə ki, bir sıra ölkələr bu xəstəlik üzrə təminatın maksimal həddə olmasını istəyirlər. Bu da tam anlaşılandı. Çünki Azərbaycan vətəndaşı o ölkədə olduğu zaman koronavirusa yoluxa bilər və bu da müəyyən xərclər əmələ gətirər. Bəzi ölkələrdə bu xərclərin qarşılanması öz vətəndaşları üçün ödənişsiz olsa belə, xarici vətəndaşlar üçün pulsuz deyil. Nəticədə isə problem yaranır. Bu səbəbdən də ölkələr viza müraciəti zamanı belə bir tələb qoyublar.

Azərbaycana gəldikdə isə, həmişə olduğu kimi bizim sığorta şirkətləri qərar qəbul etməkdə gecikir. Əslində burda ciddi problem yoxdur. Sığorta şirkətlərimiz mövcud təkrarsığortaçılar, yaxud digər mötəbər təkrarsığortaçılar vasitəsi ilə bu təminatı əldə edib müvafiq qaydada öz müştərilərinə təklif edə bilərlər. Koronavirusa yoluxma halların çox olması sığortaçılarımızın bu məsələdən çəkinməsinin səbəbidir. Məsələn Avropada koronavirusun müalicəsi baha olduğu üçün sığorta şirkətləri böyük vəsait itirəcəklərindən ehtiyat edirlər. Bu səbəbdən də onlar belə bir limit [1000-1500 manat civarında] qoyublar. Çünki böyük risk olduğunu düşünürlər. Amma bu əsas vermir ki, belə bir addımı atsınlar. Çünki bizim sığorta bazarında müasir dövrdə olan sığorta risklərinə qarşı da addımsızlıqları var.

İndi bütün dünyada ən böyük risklərdən biri kiber risklərdir. Artıq ölkəmizdə də tez-tez sadə vətəndaşlara qarşı "fishing" hücumlarının həyata keçirildiyini və bu üsulla onların kartlarından pul oğurlandığını görürük. Sual olunur ki, bəs Azərbaycan bazarı bu risklə bağlı təminat verirmi? Təbii ki, yox!

Burada çətin bir iş yoxdur. Əslində COVID-19-la bağlı təminat verə bilən böyük şirkətlər var. Sığorta şirkətlərimiz qorxursa, öz risklərini təkrarsığorta şirkətləri ilə ilə bölüşə bilərlər. Nəticədə ölkə vətəndaşlarına lazım olan təminatı təqdim edə bilərlər. Bu sadəcə sığorta şirkətlərinin qeyri-peşəkarlığı və dünyada baş verənlərlə ayaqlaşmamasıdır".

Ekspert hesab edir ki, vətəndaşların xarici sığorta şirkətlərinə müraciət etməsi ölkədən valyuta axınına səbəb olur:

"Bu səbəbdən də Şengen zonasına gedən Azərbaycan vətəndaşı məcbur olur AXA kimi qlabal şirkətlərin sistemindən onlayn şəkildə həmin təminatı alsın. Bu isə qanunvericiliyin tələbinin kobud şəkildə pozulması deməkdir. Çünki qanunvericiliyə görə, Azərbaycanla bağlı sığorta predmeti, sığorta marağı yalnız yerli şirkətlərdə sığortalanmalıdır. Əgər Azərbaycan vətəndaşı xarici sığorta şirkətindən bu təminatı alırsa bu ölkədən valyuta axını deməkdir və itirən də Azərbaycan iqtisadiyyatı olur.

Onu da qeyd edim ki, uzun illər Səyahət sığortası portfelləri Azərbaycan sığorta şirkətləri üçün ən mənfəətli sığorta sahəsi olub. Bu baxımdan da sığorta şirkətləri zərərli olmaqla bağlı iddia edə bilməzlər. Bu da bir növ absurd vəziyyəti göstərir. Əgər zərərlilik aşağıdırsa sən niyə oturmusan yerində və heç bir təşəbbüs göstərmirsən?

Bu məsələlərin qaldırılması ilə Azərbaycan Sığorta Assosiasiyası (ASA) və problemin həlli isə Azərbaycan Mərkəzi Bankının öhdəsinə düşür. ASA oturub müzakirə aparmalıdır və konkret təkliflər verməlidir".

Ölkədə fəaliyyət göstərən sığorta şirkətlərindən birinin Direktorlar Şurasının sədrinin müşaviri Turabxan Turabxanov da problemin mövcudluğunu qeyd edir. Sığorta şirkətinin rəsmisi hesab edir ki, COVID-19 üzrə təminatın yüksək olması komissiya haqlarının da artmasına səbəb olur:

"COVID-19 xəstəliyi ilə bağlı, ölkədə vaksin vurduranların sayı artdıqca, səfər sığortası üçün müraciətlərin də sayı artır. Şengen ölkələrinə bağlı olan ölkələrin səfirlikləri COVID-19 xəstəliyinə qarşı tam təminat istəyirlər. Amma bizdə yerli şirkətlər müəyyən bir məbləğə qədər təminat verirlər. Bu təminat təxminən 1500-2000 manat arasında olur və ona görə də çox vaxt səfirliklər bu müqaviləni qəbul etmirlər. Vətəndaşlar da məcbur qalıb xarici şirkətlərdən alırlar sığortanı və bu da çox baha qiymətə başa gəlir.

Bu təminatın xaricdən alınması da təxminən 250 avroya başa gəlir. Təbii ki, bu bizim şirkətlərdən cüzi fərq qiyməti ilə fərqlənir. O qədər də böyük fərq olmur. Azərbaycanda bu təminatın verilməsi daha yaxşı olar. Bu sahədə böyük boşluq var. Hamı kimi mən də narazıyam. Yəqin ki, bizim özümüzdə bu təminatın nəyə görə olmaması ilə bağlı müəyyən problemlər var ki, bundan da bizim xəbərimiz yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 1431   Tarix: 25 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Husilər İsrailə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüblər

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər İsrailə növbəti raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüblər. "Report" TASS-a istinadən xəbər verir ki, hərəkatın nümayəndəsi Yəhya Saria bildirib ki, üsyançı qüvvələr Təl-Əvivdəki hərbi obyektə hipersəsli ballisti

3 may 2025
.

Tramp Uitkoff və Kuşnerin İslamabada səfərini ləğv edib

ABŞ Prezidenti Donald Tramp xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib. "Report"un məlumatına görə, o, bunu "Fox News" telekanalının jurnalisti Aişə Hesniyə deyib. Jurnalist "X" sosial şəbəkəsində yazı

26 aprel
.

Xaricə səfərdən əvvəl bu 4 məqama diqqət edin - Ekspertdən TÖVSİYƏ

Fransada keçirilən etiraz aksiyaları fonunda Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkəyə səfərlə bağlı xəbərdarlıq və tövsiyələri turistlərin səyahət planlarına yenidən baxmasına səbəb ola bilər. Təhlükəsizliklə bağlı narahatlıqlar bəzi şəxslərin səfərlərini təxirə salmasına, alternativ istiqamətlə

21 oktyabr
.

Cəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçib

8-10 sentyabr 2026-cı il tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən WTM Spotlight Riyadh 2026 beynəlxalq turizm sərgisində Zakher Travel olaraq Azərbaycanı təmsil etməkdən böyük qürur duyduq. xəbər verir ki, bunu sözügedən şirkətin prezidenti Cəfər Qara deyib. O bildirib ki, Zakhe

15 sentyabr
.

Hakan Fidan: "Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəs səylərini dəstəkləyir"

"Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə yetirməyə hazırdır". -ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Ukrayna üzrə qondarm

11 may 2025
.

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo

21 fevral
.

Aİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb

Avropa ölkələrinin nümayəndələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması məsələsi ilə bağlı İranın hərbi-dəniz qüvvələri, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) danışıqlara başlayıblar. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb

17 may
.

Boğulma hadisələri daxili turizmə təsir göstərir - AÇIQLAMA

Yay mövsümündə çimərliklərdə baş verən boğulma halları və təhlükəsizliklə bağlı problemlər cəmiyyətin ciddi narahatlıq doğuran məsələlərindən birinə çevrilir. Bu cür hadisələr təkcə insanların həyatı üçün risk yaratmır, həm də ölkənin turizm imicinə və daxili turizmin inkişafına təsir göstərən amillərdə

5 avqust
.

KİV: ABŞ-də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb

ABŞ-nin bəzi şəhərlərində Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb. "ICE - rədd ol!" - şüarının səsləndirildiyi qeyd olunub. Qəzetin məlumatın

1 fevral