Azərbaycan icması fransalı siyasətçilərin məsuliyyətsiz addımına etiraz ediblər
Fransada yaşayan Azərbaycan icması Fransa prezidentliyinə namizəd Valeri Pekrezin fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə sərt etirazını bildirib.
Diaspora Komitəsindən verilən məlumata görə, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının (FAKŞ) yaydığı bəyanatda bildirilib ki, Azərbaycan icması olaraq prezidentliyə namizəd Valeri Pekrezin, senator Bruno Riteiro və Avropa Parlamentinin keçmiş deputatı Mişel Barnyenin Azərbaycan Respublikasının Qarabağ bölgəsinə qanunsuz səfərini və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan separatçı rejimin liderləri ilə görüşünü qətiyyətlə pisləyirlər: "Bu məsuliyyətsiz siyasi addım Qafqaz regionunda möhkəm sülhə nail olmağa çalışan Azərbaycan və Ermənistan dövlət başçılarının son yaxınlaşması kontekstində xüsusilə dağıdıcı və təhlükəlidir".
Soydaşlarımız xanım Pekrezə xatırladıblar ki, Fransanın prezidenti seçiləcəyi təqdirdə, bu səfər onu sülh prosesinin gələcək iştirakçısı kimi nüfuzdan salacaq və Fransanı istənilən beynəlxalq danışıqlardan kənarlaşdıracaq.
Nəzərə çatdırılıb ki, Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə görüşünə öz töhfəsini verib. "Beynəlxalq münaqişələrdə Fransanın vasitəçilik ənənələrinə sadiq qalan, seçki maraqlarının toqquşmasının hər hansı instrumentallaşdırılmasından imtina edən fransızlar onun hörmətli və məsuliyyətli yanaşmasını yalnız alqışlaya bilər", - deyə FAKŞ üzvləri vurğulayıblar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR