Şuşanı işğaldan azad edən fateh sərkərdə

Şuşanı işğaldan azad edən fateh sərkərdəPrezident, Müzəffər Ali Baş Komandan və müdrik sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin ən qısa zamanda qalibi olan Azərbaycan dövlətinin, Azərbaycan xalqının və Milli Ordumuzun bir yumruq kimi birləşib göstərdiyi şücaət, qəhrəmanlıq haqqında bir çox araşdırmalar aparılacaq, kitablar yazılacaqdır. Cəmi 44 gün ərzində dünyanı heyrətə gətirən döyüş taktikası və texnikasının əsasında güclü və dayanıqlı iqtisadiyyatın nəticəsində əldə olunmuş yüksək texnoloji və intellektual hərbi potensiala malik vətənpərvər nizami milli ordunun yaradılması üçün xalqın sevgi, inam və birmənalı dəstəyini qazanmış lider amili çox vacib şərtlərdəndir.
Hakimiyyətdə olduğu 18 il ərzində güclü iqtisadiyyat və bu iqtisadi tərəqqi üzərində qüdrətli ordu yaradılmasına nail olan Prezident İlham Əliyev Vətən müharibəsinində Azərbaycan ordusunun Şanlı Qələbəsinin memarı oldu və Qarabağın mirvarisi olan Şuşa şəhəri azad ediləndən sonra Ermənistan kapitulyasiya etdi.
Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərin bərpasına başlandı və hazırda bu işlər çox böyük sürətlə davam edir. Postmüharıbə dövründə dəfələrlə azad edilən ərazilərə səfərlər edən Prezident İlham Əliyev bir neçə dəfə Şuşada da olmuşdur. Bu il dekabr ayının 24-də - özünün 60 illik yubileyini Qalib Prezident, Müzəffər Ali Baş Komandan olaraq ailəsi üzvləri ilə birlikdə Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açlışında iştirak etmiş və bu hərbi hissənin açılması ilə həm düşmənə, həm də onların havadarlarına növbəti mesajını göndərmişdir. Hadrut kimi strateji yerdə Komando hərbi hissəsinin açılması bundan sonra da silahlı qüvvələrimiz ərazilərimizin təhlükəsizliyinin təmin olunması üçün daha da təkmilləşəcəkləri deməkdir.
42 yaşında dünyanın ən mürəkkəb geosiyasi regionunda və hələ bir çox meqalayihələrin işə düşmədiyi, risk faizinin çox yüksək olduğu Azərbaycana rəhbərliyə seçilərək bütün məsuliyyəti öz üzərinə götürən İlham Əliyev 18 il ərzində böyük nailiyyətlərə imza atmışdır. Ölkənin infişaf və tərəqqisinə nail olmuş və ən başlıcası 30 ilə yaxın müddətdə hər bir Azərbaycanlının səbirsizliklə gözlədiyi arzunu reallaşdıraraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmişdir.
Prezident İlham Əliyev artıq neçə illərdir ki, öz ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd edir. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Öz 50 illiyini Ağcabədidə məcburi köçkünlərlə bərabər qeyd edən Prezident İlhan Əliyev bu il dekabrın 24-də 60 illiyini də ailə üzvləri ilə birlikdə Qarabağda - Şuşada keçirib.
Yubileyin mübarək, əziz Prezident. Biz səninlə fəxr edirik.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2279   Tarix: 26 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Əfsuslar olsun ki, Azərbaycand

22 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr