Ölkəmizə buğda idxalının azalmasının səbəbi nədir? – ARAŞDIRMA

Ölkəmizə buğda idxalının azalmasının səbəbi nədir? – ARAŞDIRMAEkspert bildirir ki, ölkəmizə buğda idxalının azalmasının müxtəlif səbəbləri var. Pandemiyanın yaratdığı problemlər, istehsalçı ölkələrdə məhsul qıtlığının yaranması əsas faktor hesab olunur.

2021-ci ilin son on ayında ölkəyə 890,2 min ton buğda idxal edilib. 2020-ci ilin eyni dövründə isə ölkəyə 1,1 milyon ton buğda gətirilib. Rəqəmlər göstərir ki, buğda idxalında azalma var. Uzun müddətdir ki, ölkənin buğda ilə bağlı idxaldan asılılığı, bunun aradan qaldırılması müzakirə mövzusu idi. Bu statistik göstəricini idxaldan asılılığın azalması kimi qiymətləndirə bilərikmi? Ölkədə buğda istehsalı artıb, yoxsa biz çörəyi az yeməyə başlamışıq? Azalmanın başqa səbəbləri varmı?

Bu barədə "Kaspi" qəzeti məqalə dərc edib.

Pandemiyanın diktəsi

İqtisadçı ekspert Murad Calalov deyir ki, buğda idxalının azalmasının müxtəlif səbəbləri var: "Azərbaycanda buğda istehsalının artmasının təsiri yoxdur" desək, düzgün olmaz. Təsiri var, amma cüzi miqdardadır. Əsas səbəblər isə başqadır. Dünya üzrə buğda istehsalının səviyyəsi aşağı düşüb. Bu, özünü ixracda da göstərir. Əsas ixracatçı ölkələr pandemiyaya görə əhalisini risklərdən sığortalamaq üçün məhdudiyyətlər, kvotalar tətbiq edirlər. Yəni baş verə biləcək qıtlığın qarşısını almaqdan ötrü ölkədə baza yaradırlar. Əsas səbəblərdən biri budur".

Ekspertin fikrincə, səbəblərdən ikincisi çatdırılma zəncirindəki qırılmalardır: "Pandemiyaya görə ölkələrdə qapanmalar baş verir. Bu da öz təsirini göstərir. Bir ölkə qapanma tətbiq edir, digərinin sərhədləri açıqdır. Yəni bir ölkədə sərhədlər açıq olduğu halda qonşu ölkə qapanma yaradırsa, bu, qırılmalara gətirib çıxarır".

Bahalaşan yanacaq

M.Calalovun sözlərinə görə, yanacaq qiymətlərindəki artım və digər bahalaşmalar da idxalın azalmasına təsir göstərir: "Vergi, gömrük rüsumları, dünyada və Azərbaycanda yanacağın qiymətinin bahalaşması da təsir edən səbəblərdəndir. Daşınmada ən çox dizel yanacağından istifadə edilir. Dizelin qiymətinin artması, ümumilikdə qiymət artımına da gətirib çıxarır. Bu da idxalı azaldan səbəblərdəndir".

"Statistik məlumatlara görə, 2020-ci ilin avqust ayında 1 ton buğdanın ixrac qiyməti təqribi olaraq 190-240 dollar arasında dəyişib. Amma həmin ilin dekabrında bu qiymət 220-270 dollar arasında yüksəlib" deyən ekspert vurğuladı ki, bu da son 4 ildə olan ən yüksək göstəricidir: "2017-2018-ci illərdə isə buğdanın tonu 200 dollardan aşağı idi".

Rusiya və Qazaxıstanda istehsalın azalması

Ekspert bildirir ki, Azərbaycanın buğda idxal etdiyi əsas ölkələrdə bu məhsulun istehsalının azalması da idxal rəqəmlərində özünü göstərir: "Azərbaycanın buğda idxal etdiyi birinci ölkə Rusiya, ikincisi Qazaxıstandır. Bu ölkələrdə buğda istehsalında azalma qeydə alınır. Rusiyada 2021-ci ildə, təxminən 80-81 milyon ton buğda istehsalı proqnozlaşdırılırdı ki, bu da 2020-ci illə müqayisədə 5 milyon ton azalma demək idi. Qazaxıstanda da istehsalın azalması prosesi davam edir. Qazaxıstanda buğda istehsalı keçən illə müqayisədə 18 milyon ton azalıb, 13.5 milyon tona düşüb. İstehsalın azalması xarici ölkələrə buğda satışının ümumi həcminin də azalmasına gətirib çıxarır".

58 yox, 70 faiz olarsa…

Calalov deyir ki, idxalı azaltmaq, özünütəminata daha çox diqqət ayırmaq lazımdır: "Az olsun, amma özünün olsun və asılılıq aradan qaldırılsın. Özünütəminat isə zamanla istehsalı və məhsulun çeşidini artırır. Azərbaycanın buğda ilə təminetmə göstəricisi 58 faizdir. Amma təhlükəsizlik şəraitini aşmaq, riskdən çıxa bilmək üçün minimum 70 faiz olmalıdır. Varlı olaraq tanıdığımız Qətər, Küveyt, Oman kimi dövlətlər var ki, onlarda özünütəminat sıfır faizdir. Bu, onların zəif dövlət olduğunun göstəricisi yox, iqlim şəraiti, coğrafi mövqeyi və buğda istehsalının mümkün olmaması ilə bağlıdır. Onlarda arid iqlim tipi, quraqlıq, səhralıqdır. Ona görə də, özünütəminat mümkün deyil".

İstehsala dövlət yardımı

Ekspert dövlətin buğda istehsalını artırmaq üçün müəyyən tədbirlər gördüyünü bildirdi: "Özünütəminat, digər ölkələrdən asılılığı aradan qaldırmaq, idxalı azaltmaq üçün 5 ildən çoxdur ki, buğda və un məhsulunun idxalı üzərindən əlavə dəyər vergiləri ləğv olunub. Hazırda dövlət buğda istehsalçılarına hər hektara görə 210 manat əkin subsidiyaları ödəyir. Kənd təsərrüfatında çalışanlar üçün aqroparkların yaradılması prosesləri gücləndirilir. Bütün infrastrukturu dövlət öz hesabına qurur. Su, qaz, elektrik enerjisi çəkilir, 10 minlərlə hektar torpaq sahəsi pulsuz verilir".

Gələcəkdə bu ərazilərdə də istehsal olacaq ki...

"Gələcəkdə işğaldan azad olunmuş torpaqlarda da buğda istehsalı nəzərdə tutulur ki, bunun da idxaldan asılılığın azaldılmasında rolu olacaq" deyən ekspert hesab edir ki, həmin ərazilərdə kütləvi şəkildə buğda əkmək də yanlış olardı: "Orada infrastruktur, iqlim şəraiti və digər nüanslar nəzərə alınmalıdır. İşğaldan azad olunmuş ərazilərdə bu sahənin genişləndirilməsi nəzərdə tutulur. Bu da ölkə büdcəsinə, iqtisadiyyatına müsbət təsir göstərəcək. Ancaq bu, qısa müddət üçün deyil, uzunmüddətli zaman çərçivəsində nəzərdə tutulur".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1464   Tarix: 26 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Epşteynin intihardan əvvəlki məktubunun mətni AÇIQLANDI: "Vida vaxtını özün seçə bilmək əsl zövqdür"

ABŞ məhkəməsi Epşteynin kamerasında tapılan məktubun dərc olunmasına razılıq verib. Məktubda maliyyəçi ölüm anını seçmək azadlığından bəhs edir və günahını inkar edir. Ceffri Epşteynin keçmiş kamera yoldaşı Nikolas Tartalonaya qarşı cinayət işində illərdir gizli saxlanılan sənəd ABŞ-da ictimaiyyətə açıqlanıb

7 may
.

Bu ölkədə ət reklamları yığışdırıldı

Niderlandın paytaxtı Amsterdam şəhərinin rəhbərliyi ət və qazıntı yanacağı məhsullarının küçə reklamına tarixi qadağa tətbiq edərək, dünyada belə bir qərar qəbul edən ilk paytaxt olub. xarici mediaya istinadən xəbər verir ki, mayın 1-dən etibarən burger və aviabilet reklamları lövhələrdən, eləcə də avtobu

5 may
.

İnsan ruhunun çəkisi həqiqətən 21 qramdırmı?

1901-ci ildə ABŞ-nin Massaçusets ştatının Haverhill şəhərində yaşayan həkim Dr. Dunkan MacDougall insan ruhunun ölçülə bilən bir kütləyə sahib olduğuna inanırdı. O, ruhun bədəni tərk etdiyi anı dəqiq müəyyən edib çəkisini ölçə biləcəyinə əmin idi və bu məqsədlə bir sıra qeyri-adi təcrübələr aparmağ

4 may
.

Qazaxıstanlı idman müəliminin paylaşımı gündəm olub - VİDEO

Qazaxıstanlı idman məşqçisi Anastasiya Makshayeva paylaşdığı rəqs videosu ilə sosial şəbəkələrdə gündəm olub. xarici mediaya istinadən xəbər verir ki, sosial mediada qısa zamanda yayılan görüntülər minlərlə baxış toplayıb. Anastasiya Makshayevanın enerjili rəqs performansı istifadəçilər tərəfindən böyü

7 may
.

Süni intellektlə hava proqnozunu öyrənmək - Təhlükə qaçılmazdır

Süni intellekt vasitəsilə hava proqnozlarına baxmaq adət halına çevirilib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, yeni nəsil modellər bəzi hallarda fəlakətli hava hadisələrini düzgün proqnozlaşdıra bilmir. xarici mediaya istinadla xəbər verir ki, süni intellekt texnologiyaları iqlim dəyişikliklərini

7 may
.

Sağlamlığın gizli düşməni: Hansı qidalar orqanizmdə iltihab yaradır?

Bir çox insanın gündəlik rasionuna daxil olan bəzi məhsullar orqanizmdə iltihab proseslərini gücləndirə və sağlamlığa ciddi zərər vura bilər. xəbər verir ki, bu barədə ekspert Klaudia Meyreles "Metropoles" nəşrində dərc olunan məqaləsində xəbərdarlıq edib. Mütəxəssisin bildirdiyinə görə, müəyyə

8 may
.

Qadınlar metroda gənc qızların fotosunu çəkən şəxsi döydülər - VİDEO

Tokyo metrosunda gənc qızların gizli şəkildə uyğun olmayan fotolarını çəkdiyi iddia edilən şəxs qadın sərnişinlər tərəfindən saxlanılıb. xarici mediaya istinadən xəbər verir ki, metroda gənc qızların gizlicə fotolarını çəkməyə çalışan şəxs qadın sərnişinlərin diqqətini çəkib. Vəziyyətin fərqinə vara

7 may
.

"Uzak Şehir"dən gedir

Türkiyədə yayımlanan "Uzak Şehir" serialında mövsüm finalına yaxın yeni ayrılıqlar gündəmə gəlib. xarici mediaya istinadən xəbər verir ki, serialda "Şahin Albora" obrazını canlandıran Alper Çankaya mövsüm finalı ilə birlikdə layihədən ayrılacaq. İddia olunur ki, aktyorun ayrılığ

8 may
.

Bu 3 cins şalvar qadını daha incə göstərir: "İncə bel" effekti necə yaradılır?

Düzgün model seçildikdə cins şalvarlar bədən quruluşunun üstünlüklərini vurğulayır və gizlətmək istədiyiniz hissələri örtür. Qaynarinfo xəbər verir ki, hər qadın üçün fiquru daha incə göstərən şalvar tapmaq mümkündür. Ən çox effekt verən üç populyar modeli təqdim edirik. Hansı cins şalvarlar daha inc

5 may