Ermənilərin Ağdamda yaraladıqları şəxs "Bakcell"in əməkdaşı imiş - RƏSMİ
Erməni Silahlı Qüvvəlləri Ağdamda xidməti vəzifəsini icra edən "Bakcell" MMC-nin əməkdaşına atəş açaraq yaralayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilən "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla "Bakcell" MMC-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1459 Tarix: 30 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə
10 mayEmin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
"Məktəblərdə hər il uşaq sayı təhlil olunur. Burada bir məqsəd var ki, sistem rasionallaşsın və təhsilin keyfiyyəti artsın". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev azsaylı şagirdi olan məktəblərin birləşdirilməsi məsələsindən danışarkən deyib
10 maySüni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ - VİDEO
Süni intellektlə saxta materiallar hazırlayıb yayanları cəza gözləyir. Belə ki, şəxsin razılığı olmadan onun səs, videogörüntü və şəkillərindən istifadə edənlər məsuliyyətə cəlb olunacaqlar. Bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, informasiya, informasiyalaşdırm
10 mayNazir: "Ermənistandakı prosesləri yaxından izləyirik"
"Ermənistandakı prosesləri yaxından izləyirik". xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib:. O bildirib ki, Ermənistan böyük siyasi prosesin astanasındadır:. "İyunun 7-də Ermənistanda parlament seçkisi keçiriləcək. Bu seçki Ermənista
10 may