"OBA" marketlər şəbəkəsi xalqımızı təbrik edir – VİDEO

"OBA" marketlər şəbəkəsi xalqımızı təbrik edir – VİDEOAzərbaycan pərakəndə satış sektorunda ən çox marketə sahib, keyfiyyətli məhsullar və münasib qiymətlərlə 5 ildir müştərilərinə qonşu olan "OBA" marketlər şəbəkəsi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edib.
Hər zaman müştərilərinə yüksək keyfiyyət və sərfəli qiymətlərlə xidmət göstərməyi əsas hədəf tutan yaxın qonşumuz "OBA" 2021-ci ildə bir çox uğura imza atıb.
İlin əvvəlində "OBA Market" mobil tətbiqini istifadəyə verən marketlər şəbəkəsi bununla müştərilərinə hər 10 AZN və üzəri alış-verişlərdə keşbek və xüsusi hədiyyələr qazanmaq imkanı yaradıb.

"OBA" marketlər şəbəkəsi xalqımızı təbrik edir – VİDEOQonşuluq prinsipini üstün tutub, müştərilərini "Qonşu, xoş gəldin" deyə qarşılayan "OBA" geridə qoyduğumuz ildə çəkdiyi reklam çarxları ilə də fərqlənməyi bacarıb. Qurban bayramı ərəfəsində yayımlanan çarx qardaş ölkə Türkiyə mediasında da gündəm olub.
2021-ci il "OBA" üçün daha bir uğurla yadda qalıb. Belə ki, marketlər şəbəkəsi 1000-ci marketinin açılışını edərək Azərbaycan pərakəndə satış sektorunda ən çox marketə sahib olan ilk şəbəkə olub. Şirkət son bir ildə müştəri məmnuniyyətini artırmaq məqsədilə marketlərini genişləndirib, məhsul çeşidini artırıb, interyer və eksteryerində önəmli dəyişikliklər edib.

"OBA" marketlər şəbəkəsi xalqımızı təbrik edir – VİDEOAzərbaycan xalqının daim yanında olan "OBA" marketlər şəbəkəsi 2021-ci ildə bir çox Korporativ Sosial Məsuliyyət tədbirləri həyata keçirib. Layihələr içərisində şəhid ailələri və qazilərə dəstək xüsusi yer tutub.

Bilik Günü ərəfəsində keçirilən layihə çərçivəsində "OBA" marketlər şəbəkəsi kollektivi yeni tədris ilinin başlaması münasibətilə Ağdam və Beyləqan rayonlarının şəhid və qazi övladları ilə görüşüb. Həmin rayonlarda yaşayan 150-yə yaxın şagirdə məktəb ləvazimatları ilə yanaşı, ərzaq hədiyyələri və oyuncaqlar təqdim edilib.

"OBA" marketlər şəbəkəsi xalqımızı təbrik edir – VİDEO"OBA" marketlər şəbəkəsi şəhidlərin adını ucaltmaq və onların xatirəsini əbədi yaşatmaq məqsədilə 8 Noyabr Zəfər Günündə Tərtər rayonununda yerləşən "Vətən bağı - Şəhidlər parkı"nın açılışında iştirak edib və "Vətən bağı"nda şəhidlər bulağını istifadəyə verib.
"OBA" marketlər şəbəkəsi xalqımızı təbrik edir – VİDEO"OBA" marketlər şəbəkəsi il ərzində müştərilərini də unutmayıb. Novruz bayramı, 28 May Müstəqillik Günü, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 15 Sentyabr Bilik Günündə və digər bayramlarda müştəriləri üçün maraqlı və bol hədiyyəli layihələr həyata keçirib.
Müştərilərini daim yenilikləri ilə sevindirən "OBA" marketlər şəbəkəsi il sonunda "Şanslı qonşu" lotereyasına start verib. Oktyabrın 18-dən yanvarın 29-dək keçiriləcək lotereya şirkətin 5 illik fəaliyyəti dövründə ilk dəfə keçirilən lotereyadır. Lotereyanın məqsədi müştərilərini yalnız endirimləri ilə deyil, bol hədiyyələrlə də sevindirməkdir. Müştərilər hər 10 AZN-lik alış-verişdə 1 şans qazanaraq lotereyaya qoşulub möhtəşəm hədiyyələrin sahibi olmaq imkanı əldə edəcəklər.

"OBA" marketlər şəbəkəsi xalqımızı təbrik edir – VİDEOŞanslı qonşular 2021-ci ilin istehsalı olan 5 "Kia Rio" avtomobili, hər biri 5 ədəd olmaqla İstanbula səyahət turu, soyuducu, televizor, qabyuyan, paltaryuyan, planşet, kondisioner, mobil telefon və 500 AZN-lik hədiyyə kartları qazanacaqlar. Lotereyanın qalibləri fevralın 12-də "Xəzər" televiziyasının canlı efirində müəyyən olunacaq.

"OBA" il sonunda daha bir möhtəşəm kampaniyaya start verərək müştərilərinə bir addım daha yaxınlaşıb. "CİBƏ QƏNAƏT" adlanan kampaniyada seçilmiş yüzlərlə məhsul müştərilərə xüsusi endirimlərlə təqdim olunur. Dekabrın əvvəlində start götürən kampaniya hər həftənin 5-ci günündən növbəti həftənin 4-cü gününə qədər davam edir.
"OBA" marketlər şəbəkəsi 2022-ci ildə də Azərbaycanın hər bir bölgəsində böyüməyə, inkişaf etməyə və müştərilərinə daha yaxın olmağa davam edəcək. Yeni ildə görüşənədək! Bayramlarınız mübarək!
Qeyd edək ki, "Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC ölkə üzrə 1000-dən çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1176   Tarix: 30 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar

24 oktyabr
.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr