Kəmaləddin Heydərov yenidən federasiya prezidenti seçildi
Dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının hesabat-seçki konfransı keçirilib.
Oxu.Az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Əvvəlcə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra, Azərbaycan Taekvondo Federasiyasının son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Kəmaləddin Heydərov yenidən Azərbaycan Taekvondo Federasiyasının prezidenti seçilib.
Konfransda həmçinin Nağı Səfərov və Niyaməddin Paşayev federasiyanın vitse-prezidentləri seçiliblər. Federasiyanın Nizamnaməsinə əsasən, federasiya prezidenti daha bir vitse-prezidenti təyin etmək səlahiyyətinə malikdir. Digər vitse-prezident İcraiyyə Komitəsinin növbəti iclaslarında təyin ediləcək. Konfransda Taekvondo Federasiyası İcraiyyə Komitəsinə də seçkilər keçirilib. Ələkbər İmaməliyev, Gündüz Abdullayev, Səməd Heydərov və Vüqar Məmmədov İcraiyyə Komitəsinə üzv seçiliblər.
Konfransda Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxış edərək qurumun bundan sonrakı fəaliyyətində görüləcək işlər və qarşıdakı planlar barədə fikirlərini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1191 Tarix: 30 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə
10 mayEmin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
"Məktəblərdə hər il uşaq sayı təhlil olunur. Burada bir məqsəd var ki, sistem rasionallaşsın və təhsilin keyfiyyəti artsın". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev azsaylı şagirdi olan məktəblərin birləşdirilməsi məsələsindən danışarkən deyib
10 maySüni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ - VİDEO
Süni intellektlə saxta materiallar hazırlayıb yayanları cəza gözləyir. Belə ki, şəxsin razılığı olmadan onun səs, videogörüntü və şəkillərindən istifadə edənlər məsuliyyətə cəlb olunacaqlar. Bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, informasiya, informasiyalaşdırm
10 mayNazir: "Ermənistandakı prosesləri yaxından izləyirik"
"Ermənistandakı prosesləri yaxından izləyirik". xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib:. O bildirib ki, Ermənistan böyük siyasi prosesin astanasındadır:. "İyunun 7-də Ermənistanda parlament seçkisi keçiriləcək. Bu seçki Ermənista
10 may