Bakı sakinlərinə "Paytaxt" salatı neçəyə başa gələcək?
Qarşıdan gələn Yeni il bayramında "Paytaxt" salatı Bakı sakinlərinə orta hesabla 10,11 manata başa gələcək.
APA bazardakı qiymətlər və salatın inqrediyentləri əsasında apardığı hesablamalara görə, standart 4-5 nəfərlik ailəyə növbəti günə qalmaq şərti ilə hazırlanan "Paytaxt" salatının xam çəkisi təxminən 2,5-2,7 kq olacaq və bu həcmdə salatın qiyməti 10,11 manat təşkil edəcək. Bu, dekabr ayının əvvəli ilə müqayisədə 1,8 faiz azdır.
"Paytaxt" salatının inqrediyentlərinə gəldikdə, standart reseptə turşu xiyar (2 ədəd – 300 q), təzə xiyar (2 ədəd – 300 q), yaşıl noxud (1 banka – 300-400 q), mayonez (1 banka – 350-400 ml), kartof (500 q), kök (400 q), yumurta (4 ədəd – 200 q), toyuq filesi (300 q), şüyüd (1 dəstə) daxildir.
Ayrı-ayrı malların qiymətlərinə gəldikdə, salatın ən bahalı inqrediyentləri toyuq filesi (300 q – 2,3 manat), yaşıl noxud (300-400 qramlıq banka 2,1 manata) və mayonezdir (400 ml banka və ya paket – 2,23 manat), ən ucuz isə şüyüd (dəstəsi 0,2 manat) başa gələcək.
Qiymət artımlarına gəldikdə, aylıq müqayisədə yumurta və şüyüdün qiyməti dəyişməyib qalıb. Təzə xiyarın qiymətində isə kəskin artım baş verib (42,4%). Yeni il qabağı mağazaların təklif etdiyi endirimlər fonunda yaşıl noxud və mayonezin ortalama qiymətləri müvafiq olaraq 11,3 faiz və 5,5 faiz enib.
Beləliklə, Azərbaycanda "Paytaxt" salatı indeksi aylıq müqayisədə 1,8 faiz azalıb.

Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3441 Tarix: 30 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü
7 noyabrYarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü
16 noyabrUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
7 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabr5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
8 noyabrRomantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq
Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz
15 noyabrBeyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17 noyabrZirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13 noyabr