Erməni gülləsinə tuş gələn Anar Rəhimli danışdı - FOTO
Dünən saat 14-00 radələrində Ağdam rayonunda erməni silahlı qüvvələrinin atəşinə məruz qalaraq yaralanan "Smart Com" MMC şirkətinin əməkdaşı Anar Rəhimli yaşanankar barədə danışıb.
Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, Anar Rəhimli Xaçın su anbarı istiqamıtində güllə yarası alıb.
"Xaçın su anabarı istiqamətindən qayıdırdıq və Talış yüksəkliyinə gedəcəkdik. Qarşımıza bir post çıxdı. İş yoldaşım avtomobildən düşüdü ki, yolu açsınlar. Biz düşündük bu, bizim postdur. Amma iş yoldaşım qaçaraq avtomobilə əyləşdi və dedi ki, təcili sür arxaya bura erməni postudur. Avtomobili geriyə çevirən zaman düşmən atmağa başladı.
Biz mülki geyimdə və avtomobildə idik. Güllənin biri qoluma dəydi, sümüyüm sındı. Avtomobili idarə edə bilmədim və maşın dirəyə çırpıldı və oradan dərəyə düşdü və aşdı. Avtomobildən süründük və çıxdıq.
Mən orada qaldım və iş yoldaşım telefonun şəbəkəsi tutan əraziyə qaçdı və kömək çağırdı. Təcili yardım gəldi və bizi ilk olaraq hərbi hospitala, oradan isə Gəncə şəhər özəl xəstəxanalardan birinə gətirildik" - deyə Anar Rəhimli bildirib.
Məlumat üçün qeyd edək ki, hazırda onun müalicəsi davam edir, yaralı şəxs əməliyyat ediləcək.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5249 Tarix: 30 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə
10 mayEmin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
"Məktəblərdə hər il uşaq sayı təhlil olunur. Burada bir məqsəd var ki, sistem rasionallaşsın və təhsilin keyfiyyəti artsın". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev azsaylı şagirdi olan məktəblərin birləşdirilməsi məsələsindən danışarkən deyib
10 maySüni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ - VİDEO
Süni intellektlə saxta materiallar hazırlayıb yayanları cəza gözləyir. Belə ki, şəxsin razılığı olmadan onun səs, videogörüntü və şəkillərindən istifadə edənlər məsuliyyətə cəlb olunacaqlar. Bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, informasiya, informasiyalaşdırm
10 mayNazir: "Ermənistandakı prosesləri yaxından izləyirik"
"Ermənistandakı prosesləri yaxından izləyirik". xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib:. O bildirib ki, Ermənistan böyük siyasi prosesin astanasındadır:. "İyunun 7-də Ermənistanda parlament seçkisi keçiriləcək. Bu seçki Ermənista
10 may