Bakıda kişini tualetdə soydular: 10 dollarlıq quldurluğu görüntüləri - ANBAAN VİDEO
Dekabrın 23-də paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, hadisədən əvvəl metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşən banklardan birinə daxil olan zərərçəkən orada 10 min manat dəyərində ABŞ dolları xırdalayıb. Daha sonra naməlum şəxs bankdan çıxan zərərçəkəni izləyərək onun baş nahiyəsinə dəmir parçası ilə vuraraq pulu götürüb və hadisə yerindən yayınıb.
Zərərçəkən ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat verəndən sonra hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.
25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Rafiq Kərimov tutularaq istintaqa təqdim edilib.
O, ifadəsində həmin gün zərərçəkənin pul xırdaladığını müşahidə edəndən sonra onu izlədiyini bildirib. Zərərçəkən sanitar qovşağına gedən zaman isə ona hücum edərək pulu ələ keçirdiyini etiraf edib. Cinayət baş verən vaxt həmin şəxsin görüntüləri ərazidə olan müşahidə kameraları vasitəsi ilə də görüntülənib.
Hadisə ilə əlaqədar 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib.
Fakta bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2330 Tarix: 30 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə
10 mayEmin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
"Məktəblərdə hər il uşaq sayı təhlil olunur. Burada bir məqsəd var ki, sistem rasionallaşsın və təhsilin keyfiyyəti artsın". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev azsaylı şagirdi olan məktəblərin birləşdirilməsi məsələsindən danışarkən deyib
10 maySüni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ - VİDEO
Süni intellektlə saxta materiallar hazırlayıb yayanları cəza gözləyir. Belə ki, şəxsin razılığı olmadan onun səs, videogörüntü və şəkillərindən istifadə edənlər məsuliyyətə cəlb olunacaqlar. Bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, informasiya, informasiyalaşdırm
10 mayNazir: "Ermənistandakı prosesləri yaxından izləyirik"
"Ermənistandakı prosesləri yaxından izləyirik". xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib:. O bildirib ki, Ermənistan böyük siyasi prosesin astanasındadır:. "İyunun 7-də Ermənistanda parlament seçkisi keçiriləcək. Bu seçki Ermənista
10 may