Sudanın baş naziri istefa verdi
Sudanın baş naziri Abdullah Hamduk vəzifəsindən istefa verdiyini açıqlayıb.
"Mən məsuliyyəti öz üzərimə götürmək və baş nazir postundan istefa verdiyimi elan etmək, həmçinin bu nəcib ölkənin başqa bir kişisinə və ya qadınına şans vermək qərarına gəldim", - deyə o, dövlət televiziyasında açıqlamasında bildirib.
O, Xartumda yeni nümayişlər zamanı üç etirazçının öldürülməsindən bir neçə saat sonra istefa verib.
Sudanda oktyabrdan başlayan etirazlarda 50 nəfərdən çox insan həyatını itirib.
Hamduk 2019-cu ilin avqustundan baş nazir postunu tutub.
Lakin 2021-ci ilin oktyabr-noyabr aylarında ölkədə dövlət çevrilişi baş verəndə o, hakimiyyətdən uzaqlaşdırıldı. Hamduk yalnız noyabrın 21-də Sudan ordusu ilə siyasi bəyannamədə razılaşdıqdan sonra vəzifəsinə bərpa edilib./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR