Rusiya sülhməramlıları erməni yaraqlılarını Qarabağdan çıxaracaqmı? - Ekspertlə MÜSAHİBƏ
Qarabağda, Rusiya sülhməramlı qüvvələrinin (RSQ) məsuliyyəti zonasında yerləşən ərazidə hələ də erməni silahlı birləşmələri var, baxmayaraq ki, ötən ilki sənədə görə, onlar çıxarılmalı idi. RSQ icazə olmasa, təxminən dörd il sonra Qarabağı tərk edəcək. Bəs bu halda, lazım gələrsə, komando qüvvələri ərazinin qalan yaraqlılardan təmizlənməsi ilə məşğul ola bilərmi?
Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Birinci Qarabağ müharibəsi iştirakçısı, Horadizin azad edilməsində iştirak etmiş ayrıca kəşfiyyat batalyonunun komandiri İlham Ağalar ilə söhbət edib. O, prioritet vəzifələrdən olmamasına baxmayaraq, komando qüvvələrinin ərazini təmizləmək barədə də təlim aldıqlarını bildirdi.
"Başqa bir məsələ - onlardan istifadə etmək lazımdırmı? Azərbaycanın daxili qoşunları da bunun öhdəsindən mükəmməl gələcək. İndi daha önəmlisi komando qüvvələrinin Hadrutda peyda olmasıdır", - deyən "mavi beret" sahibi Ermənistanda Hadrutun və Şuşanın "geri qaytarılması" planlarının heç kimə sirr olmadığını vurğulayıb.
"Amma olmayacaq. Hadrutdakı yeni mobil bölmə heç olmasa bir müddət revanşistlərin bu haqda danışmasını dayandıracaq. Azərbaycan ordusu, komando qüvvələri də daxil olmaqla, problemsiz və çox sürətlə Qarabağın hər yerində işləri qaydasına salacaq", - deyə komandir əlavə edib.
Müsahib Rusiya sülhməramlı qüvvələrinin çıxması məsələsinin ayrıca proses olduğunu qeyd edib:
"Moskva onu çıxarmaq istəyəcəkmi? İstəməsələr konflikt, təxribat yarada və bu qarışıqlıq bəhanəsi ilə qalmağa çalışa bilərlər", - deyə o, bildirib.
Bununla belə, Birinci Qarabağ müharibəsi iştirakçısı olan İlham Ağalar Azərbaycanın bunu başa düşdüyünü və mümkün variantları nəzərə aldığını qeyd edib.
"Azərbaycanın Silahlı Qüvvələri siyasətə qarışmır, ancaq siyasətin alətidir, davamıdır. Bir şey də dəqiqdir - ordumuz qarşıya qoyulan bütün vəzifələri yerinə yetirib və bundan sonra da yerinə yetirəcək", - deyə İlham Ağalar sözlərini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR